Redaktor
Kredit kartı borcu ilə başlayan biznes milyardlıq şirkətə çevrildi
Henri Şakın qurduğu “DiscoverOrg” (sonradan “ZoomInfo”) satış kəşfiyyatı və biznes məlumatları sahəsində böyük platformaya çevrilib. Bu gün şirkətin dəyəri təxminən 1,8 milyard dollardır.
Valyuta.az xəbər verir ki, Şak biznes ideyasını universitetdə oxuyarkən işlədiyi “iProfile” şirkətində əldə etdiyi təcrübədən götürüb. Şirkət korporativ əməkdaşların əlaqə məlumatlarını toplayaraq satış komandalarına təqdim edirdi. Şak burada marketinq prosesini dəyişərək ənənəvi poçt göndərişləri əvəzinə e-poçt marketinqindən istifadə etdi və şirkətin gəliri 300 min dollardan 5 milyon dollara qədər artdı.
Bu təcrübə ona satış üçün dəqiq məlumat bazasının böyük dəyər yaratdığını göstərdi. 2007-ci ildə Şak və tərəfdaşı Kirk Braun “DiscoverOrg” şirkətini yaratdılar. Onlar böyük korporasiyalar əvəzinə orta ölçülü şirkətlər üçün qərar verən menecerlər haqqında məlumat bazası qurmağa fokuslandılar.
İlk illərdə bütün proseslər manual şəkildə aparılırdı. Komanda internetdə məlumat toplayır, sonra isə həmin məlumatların düzgünlüyünü yoxlamaq üçün birbaşa şirkətlərə zəng edirdi. Bu yanaşma platformanın bazarda daha dəqiq və etibarlı məlumat təqdim etməsinə imkan verdi.
Biznesi başlatmaq üçün Şak kredit kartlarından 50 min dollar borc götürdü. İlk üç il ərzində qurucular ildə cəmi 24 min dollar maaş alırdı və şirkət yalnız müştərilərdən əldə olunan gəlir hesabına böyüyürdü. Bu maliyyə intizamı nəticəsində “DiscoverOrg” 2014-cü ilə qədər xarici investisiya almadan 30 milyon dollar gəlirə çatdı.
2019-cu ildə Şak daha geniş məlumat bazasına sahib olan “ZoomInfo” şirkətini satın aldı və iki platformanı birləşdirdi. Birləşmədən sonra şirkət “ZoomInfo” adı ilə fəaliyyətini davam etdirdi və 2020-ci ildə birjada yerləşdirildi. Bu gün platformadan 35 mindən çox müştəri tərəfindən istifadə edir.
Onun fikrincə, rəhbərlərin əsas vəzifələrindən biri komandadakı insanları inkişaf etdirməkdir. Şak bu barədə rəhbərlərinə belə deyirdi:
“Üç həftə əvvəl işə götürdüyünüz adamın uyğun olmadığından şikayət etməyin. Ona məşq etdirin, kömək edin və burada uğurlu olması üçün yol göstərin”.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSağalmaz xəstəliklərdən həyat sığortasında 3 dəfəyə yaxın artım olub
12.03.2026DİN: Ən geniş yayılmış dələduzluq üsullarından biri süni intellektlə səsin təqlididir
12.03.2026Şəxsin razılığı olmadan görüntüsündən süni intellektdə istifadə edilməsi həbsə səbəb olacaq
12.03.2026Yeni cərimələr müəyyənləşir: Bəzi şəxslər 500 manatdan 1 500 manatadək cəzalandırıla bilərlər
12.03.2026"Azərsığorta” sədrinin müşavirinin avtomobilindən 45 000 manat oğurlanıb
12.03.2026"Mastercard" iri kripto nəhəngləri ilə yeni ödəniş sistemi yaratmağa hazırlaşır
12.03.2026Kredit kartı borcu ilə başlayan biznes milyardlıq şirkətə çevrildi
12.03.2026"Replit" 400 milyon dollar investisiya cəlb edib
12.03.2026
YDM-lərdə ən çox kəşbək verən banklar hansılardır? - CƏDVƏL
12.03.2026İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü ilə görüşüb
12.03.2026Sabahın hava proqnozu
12.03.2026Dövlət Agentliyi: Karqo xidmətlərində istehlakçılara qiymətlər barədə düzgün məlumat verilmir
12.03.2026DİN rəsmisi: "Ötən il Azərbaycanda 1 709 kibercinayət faktı qeydə alınıb"
12.03.2026