Redaktor
Dünyanın ən gənc milyarderləri - Ən gəncinin 20 yaşı var
“Forbes” jurnalının 2026-cı il üçün açıqladığı “Dünyanın milyarderləri” siyahısına görə, 30 yaşdan aşağı milyarderlərin sayı indiyədək ən yüksək səviyyəyə çatıb.
Valyuta.az xəbər verir ki, son siyahıya əsasən 30 yaşına çatmadan milyarder olan 35 nəfər var. Bu, dünyada mövcud olan 3 428 milyarderin cəmi 1 faizini təşkil etsə də, ötən illə müqayisədə artım deməkdir.
Son bir ildə böyük investisiya raundları, süni intellekt sahəsində sürətli inkişaf və miras yolu ilə əldə edilən sərvətlər gənc yaşda milyarder olmağı daha da asanlaşdırıb. Siyahıdakı gənclər müxtəlif sahələrdə - dərman mağazalarından və sənaye məhsullarından tutmuş proqnoz bazarları və süni intellekt startaplarına qədər fərqli bizneslərdən sərvət qazanıblar. Onların əksəriyyəti sərvətini miras alsa da, 12 nəfər sərvətini özü qurub.
Ən gənc öz zəhməti ilə milyarder olanlar
Dünyanın ən gənc "self-made" milyarderləri bu il siyahıya yeni daxil olan Mercor adlı süni intellekt əsaslı işə qəbul startapının qurucularıdır.
Surya Midha, Brendan Foody və Adarsh Hiremath adlı üç gənc sahibkarın hər biri 22 yaşındadır və onların hər birinin sərvəti 2,2 milyard dollar qiymətləndirilir. Bu isə onların hər yaş ili üçün təxminən 100 milyon dollar sərvətə sahib olduqları deməkdir.
Surya Midha isə həmtəsisçilərindən bir neçə ay daha gənc olduğu üçün hazırda dünyanın ən gənc "self-made" milyarderi hesab olunur. O, bu titulunu ötən il siyahıda olan Scale AI şirkətinin qurucusu Alexandr Wangdan alıb.
Midha və onun tərəfdaşları həm də "Forbes" milyarderlər siyahısına daxil olan ən gənc "self-made" milyarderlər hesab olunur. Onlar bu göstərici ilə iki onillik əvvəl 23 yaşında milyarder olan Mark Zuckerbergi də geridə qoyublar.
Ən gənc "self-made" qadın milyarder
Bu il siyahıda daha bir diqqətçəkən dəyişiklik də var. Luana Lopes Lara hazırda dünyanın ən gənc "self-made" qadın milyarderi hesab olunur.
29 yaşlı braziliyalı sahibkar Kalshi adlı proqnoz bazarı platformasının həmtəsisçisidir. Keçmişdə peşəkar balerina olan Lara daha sonra ABŞ-da MIT universitetində təhsil alıb və burada şirkətin digər həmtəsisçisi Tarek Mansour ilə tanış olub.
Onunla birlikdə Mansour da bu il 30 yaşdan aşağı milyarderlər siyahısına daxil olan 17 yeni addan biridir. Bu yeni milyarderlərin 11-i sərvətini özü qurub.
Süni intellekt gənc milyarderlərin əsas mənbəyinə çevrilir
Siyahıya daxil olan gənclərin bir çoxu sərvətini süni intellekt texnologiyaları sahəsində qazanıb.
Məsələn, Fabian Hedin (26 yaş) İsveçdə fəaliyyət göstərən "Lovable" adlı süni intellekt əsaslı proqramlaşdırma startapının həmtəsisçisidir.
Həmçinin "Cursor" adlı süni intellekt proqram təminatı şirkətinin qurucuları Michael Truell (25), Aman Sanger (25) və Arvid Lunnemark (26) da bu siyahıda yer alıblar.
Dünyanın ən gənc milyarderi
Hazırda dünyanın ən gənc milyarderi 20 yaşlı Amelie Voigt Trejesdir.
O, 1961-ci ildə Braziliyada yaradılmış sənaye avadanlıqları istehsalçısı WEG şirkətinin həmtəsisçisi olmuş babası Werner Ricardo Voigtdan qalan sərvətin varislərindən biridir.
Johannes hazırda siyahının ikinci ən gənc milyarderi hesab olunur.
Siyahıda sərvətini miras alan digər gənclər arasında "EssilorLuxottica" optika imperiyasının varislərindən Clemente Del Vecchio (21) və Cənubi Koreyanın oyun şirkəti "Nexo"nun qurucusunun qızı Kim Jung-youn (22) da yer alır.
ABŞ və Avropa üstünlük təşkil edir
30 yaşdan aşağı olan bu milyarderlərin 8-i ABŞ vətəndaşıdır, əlavə olaraq 3 nəfər də ABŞ-da yaşayır.
Digər milyarderlərin 13-ü Avropada, 6 nəfəri isə Asiyada yaşayır.
Maraqlıdır ki, ABŞ-dan olan bütün gənc milyarderlər sərvətlərini öz biznesləri hesabına əldə ediblər. Avropada isə milyarderlərin böyük hissəsi sərvətlərini miras yolu ilə əldə edib.
Ümumi sərvət 92 milyard dolları keçir
Ümumilikdə 30 yaşdan aşağı olan 35 milyarderin ümumi sərvəti 92,4 milyard dollar qiymətləndirilir.
Bu göstərici ötən il siyahıda yer alan ən gənc milyarderlərin ümumi sərvəti ilə müqayisədə aşağıdır. Belə ki, ötən il həmin siyahının ümumi sərvəti 152,3 milyard dollar idi. Həmin siyahıda "Red Bull" varisi Mark Mateschitz və "Stripe" şirkətinin həmtəsisçisi John Collison kimi daha yaşlı milyarderlər də yer alırdı.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
YDM-lərdə ən çox keşbek verən banklar hansılardır?
12.03.2026İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü ilə görüşüb
12.03.2026Sabahın hava proqnozu
12.03.2026Dövlət Agentliyi: Karqo xidmətlərində istehlakçılara qiymətlər barədə düzgün məlumat verilmir
12.03.2026DİN rəsmisi: "Ötən il Azərbaycanda 1 709 kibercinayət faktı qeydə alınıb"
12.03.2026
Hər gün “Bu gün son gündür” deyirlər - Müştəri bir dəfə aldana bilər...
12.03.2026Toğrul Əliyev: Rəqəmsal maliyyənin inkişafı istehlakçı hüquqlarının qorunmasından asılıdır
12.03.2026Dünyanın ən gənc milyarderləri - Ən gəncinin 20 yaşı var
12.03.2026İlham Əliyev: Neftin qeyri-tarazlı qiymətləri onu hasil edən ölkələrin xeyrinə deyil
12.03.2026İlham Əliyev: Ermənistan öz tarixində ilk dəfə tranzit ölkəyə çevriləcək
12.03.2026“Premium Bank” nağd mədaxillər üzrə yeni komissiya tutacaq
12.03.2026Nazir müavini: "mygov"dan istifadə edən vətəndaşların sayı 2,5 milyona çatıb
12.03.2026Mərkəzi hökumətə xalis tələblər 5.2 milyard manat azalıb
12.03.2026Cəfər Babayev: "İstehlakçı hüquqlarında rəqəmsal sahə ilə bağlı şikayətlər artır"
12.03.2026Birbanklılar üçün daha bir üstünlük: artıq ƏDV qəbzini skan etməyə gərək yoxdur ®
12.03.2026zypl.ai 2 milyon dollar investisiya cəlb edib
12.03.2026Prezident: Minsk qrupunun həmsədrlərinin məqsədi münaqişəni həll etmək deyildi
12.03.2026İlham Əliyev: Bakı və İrəvan ticarət əlaqələri qurub, bu da sülhün uzunmüddətli olmasından xəbər verir
12.03.2026