Birbanklılar üçün daha bir üstünlük: artıq ƏDV qəbzini skan etməyə gərək yoxdur

Redaktor

12.03.2026 10:50
74

Birbanklılar üçün daha bir üstünlük: artıq ƏDV qəbzini skan etməyə gərək yoxdur ®

Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə innovativ maliyyə həlləri təqdim etməyə davam edir. Dövlət Vergi Xidməti ilə birgə həyata keçirilən sosial əməkdaşlıq nəticəsində Birbanklılar üçün ƏDV-ni geri almaq indi daha rahat oldu.

Belə ki, artıq Kapital Bank/Birbank və Paşa Bank-a məxsus pos terminallarla edilən ödənişlərdə ƏDV-ni geri almaq üçün QR kodu oxutmaq, qəbzləri skan etmək dövrü tarixə qovuşur. Birbank kartı ilə qeyd edilən pos terminallarda ödəniş zamanı qəbz avtomatik olaraq Birbank-ın “Son əlavə olunan çeklər” bölməsinə əlavə edilir və ƏDV növbəti 30 gün ərzində balansa yüklənir. Prosesə qoşulmaq üçün Birbank mobil tətbiqində “ƏDV geri al” bölməsində “Çekləri avtomatik əlavə et” düyməsini aktivləşdirmək yetərlidir.

İlk olaraq yalnız Birbank kartlarında aktiv olan bu yenilik mağaza, restoran, apteklər də daxil olmaqla ölkədə fəaliyyət göstərən bir çox ictimai iaşə obyektlərində keçərlidir. Yaxın zamanlarda layihənin bütün alış-veriş və xidmət nöqtələrini əhatə etməsi planlaşdırılır.

Ətraflı məlumat üçün: https://birbank.az/edvavtoskan

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 114 filial və 53 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

DİN rəsmisi: "Ötən il Azərbaycanda 1 709 kibercinayət faktı qeydə alınıb"

12.03.2026
Hər gün “Bu gün son gündür” deyirlər

Hər gün “Bu gün son gündür” deyirlər - Müştəri bir dəfə aldana bilər...

12.03.2026

Toğrul Əliyev: Rəqamsal maliyyənin inkişafı istehlakçı hüquqlarının qorunmasından asılıdır

12.03.2026

Dünyanın ən gənc milyarderləri - Ən gəncinin 20 yaşı var

12.03.2026

İlham Əliyev: Neftin qeyri-tarazlı qiymətləri onu hasil edən ölkələrin xeyrinə deyil

12.03.2026

İlham Əliyev: Ermənistan öz tarixində ilk dəfə tranzit ölkəyə çevriləcək

12.03.2026

“Premium Bank” nağd mədaxillər üzrə yeni komissiya tutacaq

12.03.2026

Nazir müavini: "mygov"dan istifadə edən vətəndaşların sayı 2,5 milyona çatıb

12.03.2026

Mərkəzi hökumətə xalis tələblər 5.2 milyard manat azalıb

12.03.2026

Cəfər Babayev: "İstehlakçı hüquqlarında rəqəmsal sahə ilə bağlı şikayətlər artır"

12.03.2026

Birbanklılar üçün daha bir üstünlük: artıq ƏDV qəbzini skan etməyə gərək yoxdur ®

12.03.2026

zypl.ai 2 milyon dollar investisiya cəlb edib

12.03.2026

Prezident: Minsk qrupunun həmsədrlərinin məqsədi münaqişəni həll etmək deyildi

12.03.2026

İlham Əliyev: Bakı və İrəvan ticarət əlaqələri qurub, bu da sülhün uzunmüddətli olmasından xəbər verir

12.03.2026
"Dünya təcrübəsində rəhbər vəzifələrə təyinat zamanı "staj" əsas götürülmür"

"Dünya təcrübəsində rəhbər vəzifələrə təyinat zamanı "staj" əsas götürülmür"

12.03.2026

Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir

12.03.2026

Avtobuslarda gedişhaqqı ilə bağlı yeni yanaşma tətbiq ediləcək

12.03.2026

60 manatlıq şirkətə 3 milyonluq sifariş verildi

12.03.2026

Neftimizin qiyməti 5%-dən çox bahalaşıb

12.03.2026

Yalnız varlıların bildiyi 7 lüks brend - FOTOLAR

12.03.2026

Məzənnə

Yüklənir...