Redaktor
Yalnız varlıların bildiyi 7 lüks brend - FOTOLAR
Son illərdə moda dünyasında “Quiet Luxury” (səssiz dəbdəbə) adlandırılan üslub geniş yayılmağa başlayıb. Bu trend böyük loqolar və nümayişkaranə brend adlarından uzaq duraraq sadə dizayn, yüksək keyfiyyət və minimalizmə üstünlük verir. Moda ekspertlərinin sözlərinə görə, bu üslub təmiz xətlər, qəhvəyi, bej və qara kimi sakit rənglər, minimal aksessuarlar və incə detallar ilə seçilir. “Quiet Luxury” xüsusilə yüksək gəlirli insanlar arasında populyardır və “əgər bilirsənsə, anlayırsan” fəlsəfəsinə əsaslanır.
Valyuta.az yalnız varlıların bildiyi 7 sakit lüks brendi təqdim edir:
Bu üsluba uyğun seçilən ən məşhur brendlərdən biri Loro Pianadır. 1924-cü ildə İtaliyada yaradılan bu marka yüksək keyfiyyətli materialları və klassik dizaynları ilə tanınır. Brend uzun illərdir dəbdə sadə, lakin zərif geyimləri ilə “quiet luxury” anlayışının əsas simvollarından hesab olunur.

Siyahıda ikinci yerdə The Row qərarlaşıb. ABŞ-da Eşli Olsen və Meri-Keyt Olsen tərəfindən yaradılan bu brend minimalist və incə dizaynları ilə seçilir. Markanın kolleksiyaları sadə görünüşə malik olsa da, istifadə olunan materialların keyfiyyəti və tikilişi onu yüksək moda seqmentində ön plana çıxarır.

Digər tanınmış brendlərdən biri Bottega Venetadır. Marka böyük loqolardan istifadə etmədən yüksək səviyyəli dizayn təqdim etməsi ilə tanınır. Onun kolleksiyalarında müasir üslub klassik zərifliklə birləşdirilir və bu da “quiet luxury” estetikasına uyğun hesab olunur.

Siyahıda yer alan Totême isə Stokholmda yaradılmış Skandinaviya moda brendidir. Cəmi 10 ilə yaxın fəaliyyət göstərməsinə baxmayaraq, minimalist və zamansız dizaynları sayəsində moda sənayesində sürətlə tanınıb. Markanın kolleksiyaları müasir qarderobla asan uyğunlaşması ilə seçilir.

Digər brendlərdən biri Jil Sanderdir. 1968-ci ildə alman dizayner Jil Sander tərəfindən yaradılan moda evi minimalist və yüksək keyfiyyətli geyimləri ilə tanınır. Brend illərdir sadəlik və zəriflik üzərində qurulan dizayn fəlsəfəsini qoruyub saxlayır.

İtaliyanın məşhur moda markalarından olan Max Mara da siyahıda yer alır. Brend xüsusilə klassik “camel coat” paltoları ilə məşhurdur. Dizayner Achille Maramotti tərəfindən yaradılan marka sadəlik və yüksək keyfiyyət prinsiplərini əsas götürərək uzunömürlü geyimlər təqdim edir.

Siyahının sonuncu brendi isə Khaitedir. Nyu-Yorkda fəaliyyət göstərən bu marka dizayner Catherine Holstein tərəfindən yaradılıb. 2016-cı ildə qurulmasına baxmayaraq, qısa müddətdə “quiet luxury” üslubunun ən çox diqqət çəkən brendlərindən birinə çevrilib.

Moda analitiklərinin fikrincə, “quiet luxury” trendi nümayişkaranə dəbdən fərqli olaraq daha az, lakin daha keyfiyyətli geyimlərə yatırım etməyi təşviq edir. Bu yanaşma minimalizm, zəriflik və yüksək keyfiyyətin birləşməsi ilə formalaşır və dəbdə “az çoxdur” prinsipini ön plana çıxarır.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərC.Babayev: "İstehlakçı hüquqlarında rəqəmsal sahə ilə bağlı şikayətlər artır"
12.03.2026Birbanklılar üçün daha bir üstünlük: artıq ƏDV qəbzini skan etməyə gərək yoxdur ®
12.03.2026zypl.ai 2 milyon dollar investisiya cəlb edib
12.03.2026Prezident: Minsk qrupunun həmsədrlərinin məqsədi münaqişəni həll etmək deyildi
12.03.2026İlham Əliyev: Bakı və İrəvan ticarət əlaqələri qurub, bu da sülhün uzunmüddətli olmasından xəbər verir
12.03.2026