Pulsuz hədiyyə verilən məhsul necə milyardlıq biznesə çevrildi? - “Wrigley”in hekayəsi

Redaktor

12.03.2026 08:30
87

Pulsuz hədiyyə verilən məhsul necə milyardlıq biznesə çevrildi? - “Wrigley”in hekayəsi - SƏHƏR OXUSU

Bu gün mağaza kassalarının yanında ən çox rast gəlinən məhsullardan biri saqqızdır. “Juicy Fruit”, “Extra” və digər Wrigley markalı saqqızlar dünyanın bir çox ölkəsində gündəlik istehlak olunan məhsullara çevrilib. Lakin məşhur “Wrigley” saqqız brendinin yaranma hekayəsi olduqca maraqlıdır.

Valyuta.az xəbər verir ki, William Wrigley Jr. əvvəlcə saqqız biznesi ilə məşğul olmayıb. Onun atası 1870-ci ildə Filadelfiyada Wrigley Manufacturing Company adlı şirkət quraraq sabun istehsal edirdi. Wrigley Jr. isə uşaqlıq illərində atasının sabunlarını satmaqla ticarətə başlayıb.

Daha sonra o, öz şirkətini yaradaraq sabun və qabartma tozu satmağa başlayıb. Satışları artırmaq üçün müştərilərə müxtəlif hədiyyələr verirdi. 1890-cı illərdə isə qabartma tozu alanlara pulsuz saqqız paylamağa başlayıb.

Lakin maraqlı məqam ondan ibarət idi ki, müştərilər satılan məhsullardan daha çox hədiyyə verilən saqqızları bəyənirdilər. Bu vəziyyəti görən Wrigley biznes istiqamətini dəyişərək saqqız istehsalına fokuslanıb. Qısa müddətdə “Juicy Fruit” və “Spearmint” kimi məşhur markalar bazara çıxarılıb.

Zaman keçdikcə şirkət qlobal bazarda böyük uğur qazanıb. Məsələn, İkinci Dünya müharibəsi dövründə saqqız ABŞ əsgərlərinə göndərilən paketlərin tərkibinə daxil edilirdi.

Bu gün isə Mars Wrigley şirkəti saqqızdan əlavə şokolad və digər qida məhsulları istehsal edir və dünya saqqız bazarının təxminən 35%-nə nəzarət edir.

Beləliklə, əvvəlcə sadəcə satış stimulu kimi paylanan saqqız sonradan dünyanın ən məşhur qida brendlərindən birinə çevrilib.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Neftimizin qiyməti 5%-dən çox bahalaşıb

12.03.2026

Yalnız varlıların bildiyi 7 lüks brend - FOTOLAR

12.03.2026

Bu il Bakıda ən çox investisiya cəlb edən 3 startap

12.03.2026

Türk lirəsi dəyər itirir

12.03.2026

Şirkətlər niyə işdən çıxmaq istəyən işçinin maaşını artırırlar?

12.03.2026

Pulsuz hədiyyə verilən məhsul necə milyardlıq biznesə çevrildi? - “Wrigley”in hekayəsi - SƏHƏR OXUSU

12.03.2026

Britaniya banknotlarında Çörçillin yerini heyvanlar tuta bilər

12.03.2026

ABŞ "Binance" ilə bağlı İran sanksiyalarının pozulması iddialarını araşdırır

11.03.2026

Al bumu səbəbindən Android smartfonları köhnə texnologiyalara qayıdacaq

11.03.2026

"Apple" yeni emoji təqdim edir: 2026-cı ilin simvolu bu ola bilər

11.03.2026

“Münaqişə davam edərsə, neftin qiyməti 200 dollara çatacaq”

11.03.2026

Azərbaycanda Təhlükəsiz İdman Komissiyası yaradıldı

11.03.2026

Ən çox satılan 5 albom

11.03.2026

IEA ölkələri strateji ehtiyatlardan bazara 400 milyon barel neft çıxaracaq

11.03.2026

İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib

11.03.2026

Texnologiya nəhəngləri elektrik şəbəkəsinin yanlış idarə edildiyini deyir

11.03.2026

Prezident İlham Əliyev: Biz külək və günəş enerji stansiyalarına böyük sərmayə yatırırıq

11.03.2026

İranın "hədəf" siyahısı genişlənir: Texnologiya nəhəngləri və banklar da siyahıdadır

11.03.2026

İlham Əliyev Antonio Koşta ilə mətbuata bəyanatlarla çıxış edirlər

11.03.2026

Bu şirkət itmiş hava limanı baqajını alıb yenidən satır

11.03.2026

Məzənnə

Yüklənir...