Redaktor
Bu il Bakıda ən çox investisiya cəlb edən 3 startap
2026-cı il üzrə Bakıda ən çox maliyyə cəlb edən startapların siyahısı açıqlanıb.
Valytuta.az xəbər verir ki, ən çox investisiya alan ilk üç startap ümumilikdə 84,3 milyon dollardan çox maliyyə cəlb edib. Bildirilir ki, “Tutorlab” startapının cəlb etdiyi maliyyə “Algorithmics”dən 2,05% daha çoxdur.
Siyahıda birinci yerdə “Tutorlab” qərarlaşıb. EdTech sahəsində fəaliyyət göstərən startap təhsil texnologiyaları üzrə həllər təqdim edir. Platforma müəllim və tələbələr üçün rəqəmsal tədris imkanları yaradır. “Tutorlab” Bakıda startaplar arasında şəhər reytinqində 104-cü, Şərqi Avropa üzrə 6 962-ci, qlobal reytinqdə isə 117 433-cü yerdə qərarlaşıb.
İkinci yeri “Algorithmics” tutur. EdTech sahəsində fəaliyyət göstərən bu şirkət uşaqlar və yeniyetmələr üçün proqramlaşdırma və rəqəmsal bacarıqların öyrədilməsi üzrə beynəlxalq layihələr həyata keçirir. Şirkət 2014-cü ildə yaradılıb və ABŞ-ın Boston şəhərində yerləşir. “Algorithmics” Bakıda startaplar üzrə şəhər reytinqində 2-ci, Şərqi Avropa üzrə 260-cı, qlobal reytinqdə isə 6 486-cı yerdə qərarlaşıb.
Üçüncü sırada “Imajin” yer alıb. Startap proqram təminatı və məlumat texnologiyaları sahəsində fəaliyyət göstərir və əsasən VR/AR (virtual və artırılmış reallıq) texnologiyalarına yönəlib. “Imajin” Bakıda şəhər reytinqində 109-cu, Şərqi Avropa üzrə 6 433-cü, qlobal reytinqdə isə 103 945-ci yerdə qərarlaşıb.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərPrezident: Minsk qrupunun həmsədrlərinin məqsədi münaqişəni həll etmək deyildi
12.03.2026İlham Əliyev: Bakı və İrəvan ticarət əlaqələri qurub, bu da sülhün uzunmüddətli olmasından xəbər verir
12.03.2026