Redaktor
"Dünya təcrübəsində rəhbər vəzifələrə təyinat zamanı "staj" əsas götürülmür"
Bir dövlət qurumunda şöbələrin daxilində yeni sektorlar yaradılıb. Həmin sektorlardan birinə rəhbər vəzifəsinə cəmi bir neçə ildir çalışan və hələ üç illik iş stajı tamam olmayan əməkdaş təyin edilib. Halbuki həmin şöbədə 10 ildən artıq təcrübəsi olan, intizam pozuntusu və töhməti olmayan, iş prosesini daha yaxşı bilən və yeni gələn əməkdaşlara işi öyrədən başqa bir əməkdaş da var.
Maraqlıdır ki, təcrübəli əməkdaşın iş yükü daha çox olsa da, rəhbər vəzifəyə daha az təcrübəsi olan əməkdaş təyin olunub. Hətta bəzi hallarda təcrübəli əməkdaş həmin rəhbər təyin edilən şəxsin işinin keyfiyyətini də yoxlamalı olur. Belə vəziyyətlərdə rəhbərliyin kadr seçimi prinsipləri nə dərəcədə düzgün hesab olunur?
Valyuta.az-a danışan idarəetmə üzrə türkiyəli təlimçi Ahmet Kandemir bildirib ki, xüsusilə korporativ strukturlarda tez-tez rast gəlinən yanlış bir anlayış var: ən təcrübəli şəxs mütləq rəhbər olmalıdır:
"Yəni, bir insanın hər hansı işdə təcrübəli olması və ya işi çox yaxşı bacarması onun həmin işi yaxşı idarə edə biləcəyi anlamına gəlmir. Müasir idarəetmə anlayışında artıq təcrübə ilə rəhbərlik eyni məna daşımır. Çünki rəhbərlik sadəcə işi görmək demək deyil. Rəhbərlik insanları, prosesləri və nəticələri idarə etmək, qərar qəbul etmək, əməkdaşlarla balans yaratmaq kimi bir çox amilləri özündə birləşdirir. Bir çox qurumlarda artıq rəhbər vəzifələrinə təyinat zamanı Türkiyədə, Avropada və ümumilikdə dünyada yalnız staja - yəni, iş müddətinə baxılmır. Burada komandanı idarə etmək bacarığına, ünsiyyət və problemləri həll etmə qabiliyyətinə, gələcək inkişaf potensialına və çalışdığı qurumun məqsədlərini həyata keçirmək istəyinə diqqət yetirilir. Bir insan 10 il işləyən biri ola bilər və öz sahəsində çox yaxşı mütəxəssis sayılar. Lakin bu, onun komandanı yaxşı idarə edəcəyi, düzgün qərarlar qəbul edəcəyi və məsuliyyət daşıya biləcəyi demək deyil. Yəni bir sahədə ekspert olmaq həmin şəxsin rəhbərlikdə də eyni səviyyədə uğurlu olacağına zəmanət vermir. Burada əsas problem ondan ibarətdir ki, əgər bir qurumda daha təcrübəli əməkdaşlar olduğu halda daha az təcrübəli biri rəhbər təyin olunursa, bu qərar əməkdaşlara açıq və şəffaf şəkildə izah edilməlidir. Əks halda, işçilərin quruma qarşı ədalət hissi zəifləyir. Təşkilat daxilində etimad azalır və əməkdaşların motivasiyası ciddi şəkildə aşağı düşür. Artıq bunu qəbul etməliyik ki, sağlam təşkilatlarda rəhbər vəzifəsinə təyinat yalnız staja və ya iş illərinə görə deyil, səriştəyə, idarəetmə bacarıqlarına və inkişaf potensialına görə həyata keçirilir".

A.Kandemirin sözlərinə görə, burada ən vacib məsələ ondan ibarətdir ki, qurum rəhbərliyi əməkdaşların özlərini dəyərsiz hiss etməsinə yol verməməlidir:
"Əgər belə bir seçim edilirsə, bu qərar düzgün şəkildə izah olunmalı və açıqlanmalıdır. Bu gün dünyada şirkətlər üçün ideal model belə hesab olunur: təcrübəli əməkdaşlar şirkətin “qara qutusu”, yəni korporativ yaddaşıdır. Yeni təyin olunan rəhbərlər isə idarəetmə enerjisini, institusional inkişafı və yenilənməni təmsil edir. Bu iki gücün düzgün şəkildə bir araya gətirilməsi vacibdir. Yəni əsas məntiq təcrübə ilə gənclərin, yeni ideyaların və gələcəyə yönəlmiş baxışın enerjisini birləşdirməkdir. Lakin yenə də vurğulamaq lazımdır ki, təcrübə avtomatik olaraq rəhbərlik haqqı demək deyil".
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərToğrul Əliyev: Rəqamsal maliyyənin inkişafı istehlakçı hüquqlarının qorunmasından asılıdır
12.03.2026Dünyanın ən gənc milyarderləri - Ən gəncinin 20 yaşı var
12.03.2026İlham Əliyev: Neftin qeyri-tarazlı qiymətləri onu hasil edən ölkələrin xeyrinə deyil
12.03.2026İlham Əliyev: Ermənistan öz tarixində ilk dəfə tranzit ölkəyə çevriləcək
12.03.2026“Premium Bank” nağd mədaxillər üzrə yeni komissiya tutacaq
12.03.2026Nazir müavini: "mygov"dan istifadə edən vətəndaşların sayı 2,5 milyona çatıb
12.03.2026Mərkəzi hökumətə xalis tələblər 5.2 milyard manat azalıb
12.03.2026Cəfər Babayev: "İstehlakçı hüquqlarında rəqəmsal sahə ilə bağlı şikayətlər artır"
12.03.2026Birbanklılar üçün daha bir üstünlük: artıq ƏDV qəbzini skan etməyə gərək yoxdur ®
12.03.2026zypl.ai 2 milyon dollar investisiya cəlb edib
12.03.2026Prezident: Minsk qrupunun həmsədrlərinin məqsədi münaqişəni həll etmək deyildi
12.03.2026İlham Əliyev: Bakı və İrəvan ticarət əlaqələri qurub, bu da sülhün uzunmüddətli olmasından xəbər verir
12.03.2026