Redaktor
zypl.ai 2 milyon dollar investisiya cəlb edib
Fintex startapı zypl.ai yeni strateji investisiya raundu çərçivəsində 2 milyon dollar vəsait cəlb edib. Razılaşmanın nəticəsinə əsasən, şirkətin dəyəri təxminən 80 milyon dollar olaraq qiymətləndirilib.
İnvestor qismində Alif Capital Holdings şirkətinin majoritar səhmdarı və Jefferson Capital-ın direktoru Hofiz Şahidi çıxış edib. Layihə daha əvvəl də beynəlxalq investisiya fondları — Prosus Ventures, Carbide Ventures və Plug and Play Tech Center tərəfindən dəstəklənib.
Valyuta.az-ın məlumatına görə, cəlb olunan vəsait şirkətin xarici bazarlarda fəaliyyətinin genişləndirilməsinə, özünə məxsus zGAN adlı süni intellekt modelinin inkişafına, sintetik məlumat texnologiyalarının Alif Bank-ın rəqəmsal ekosisteminə inteqrasiyasına, həmçinin kredit risklərinin qiymətləndirilməsi və fırıldaqçılıq əməliyyatlarının aşkar edilməsi üzrə həllərin miqyaslandırılmasına yönəldiləcək.
Hazırda zypl.ai-ın məhsullarından 20 ölkədə 60-dan çox maliyyə təşkilatı istifadə edir. Startap Stanford Universiteti mütəxəssislərinin iştirakı ilə yaradılıb və maliyyə sektoru üçün generativ süni intellekt həllərinin hazırlanmasına fokuslanır.
Ekspertlərin fikrincə, bu razılaşma süni intellekt texnologiyaları ilə Mərkəzi Asiya və Yaxın Şərqdə sürətlə inkişaf edən fintex bazarları arasında əməkdaşlıq potensialının yüksək olduğunu göstərir.
Rəna Həsənova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
Hər gün “Bu gün son gündür” deyirlər - Müştəri bir dəfə aldana bilər...
12.03.2026Toğrul Əliyev: Rəqamsal maliyyənin inkişafı istehlakçı hüquqlarının qorunmasından asılıdır
12.03.2026Dünyanın ən gənc milyarderləri - Ən gəncinin 20 yaşı var
12.03.2026İlham Əliyev: Neftin qeyri-tarazlı qiymətləri onu hasil edən ölkələrin xeyrinə deyil
12.03.2026İlham Əliyev: Ermənistan öz tarixində ilk dəfə tranzit ölkəyə çevriləcək
12.03.2026“Premium Bank” nağd mədaxillər üzrə yeni komissiya tutacaq
12.03.2026Nazir müavini: "mygov"dan istifadə edən vətəndaşların sayı 2,5 milyona çatıb
12.03.2026Mərkəzi hökumətə xalis tələblər 5.2 milyard manat azalıb
12.03.2026Cəfər Babayev: "İstehlakçı hüquqlarında rəqəmsal sahə ilə bağlı şikayətlər artır"
12.03.2026Birbanklılar üçün daha bir üstünlük: artıq ƏDV qəbzini skan etməyə gərək yoxdur ®
12.03.2026zypl.ai 2 milyon dollar investisiya cəlb edib
12.03.2026Prezident: Minsk qrupunun həmsədrlərinin məqsədi münaqişəni həll etmək deyildi
12.03.2026İlham Əliyev: Bakı və İrəvan ticarət əlaqələri qurub, bu da sülhün uzunmüddətli olmasından xəbər verir
12.03.2026