Şirkətlər niyə işdən çıxmaq istəyən işçinin maaşını artırırlar?

Redaktor

12.03.2026 09:00
1,232

Şirkətlər niyə işdən çıxmaq istəyən işçinin maaşını artırırlar?

Bəzən işçilər maaşın az olmasını əsas gətirərək rəhbərliyə işdən ayrılmaq istədiklərini bildirirlər. Belə hallarda isə rəhbərlik əməkdaşın getməsinin qarşısını almaq üçün ona maaş artımı təklif edir. Əgər maaşı artırmaq mümkündürsə, niyə bu addım daha əvvəl atılmayıb? İşçi belə bir təklifi qəbul edib qalarsa, bu qərar nə dərəcədə doğru sayılır?

Mövzu ilə bağlı İnsan Resursları üzrə ekspert Abid Səmədov Valyuta.az-a bildirib ki, bu hal təşkilatlarda kifayət qədər tez-tez rast gəlinir və məsələyə bir neçə aspektdən yanaşmaq lazım gəlir.

Onun sözlərinə görə, əməkdaş maaşın az olduğunu əsas gətirərək ayrılmaq qərarı verdikdə, rəhbərliyin maaş artımı təklif etməsi HR praktikasında “counteroffer” - yəni işçini saxlamaq üçün verilən əks təklif kimi tanınan bir strategiyadır. Bu zaman təşkilat işçinin dəyərini və onun ayrılmasının yarada biləcəyi riskləri - bilik itkisi, yeni əməkdaşın tapılması və adaptasiya xərclərini nəzərə alaraq onu saxlamağa çalışır.

Ekspert deyir ki, işçilərin tez-tez verdiyi “əgər artım mümkündürsə, niyə əvvəl edilmədi?” sualı da tam məntiqlidir ki, bunun arxasında isə müxtəlif səbəblər dayana bilər: "Bu səbəblər büdcə məhdudiyyətləri, şirkət daxilində maaş balansının qorunması, performans qiymətləndirmə dövrləri və ya rəhbərliyin işçinin narazılığından tam xəbərdar olmaması və.s ola bilər". Bəzi hallarda isə əməkdaş gözləntilərini açıq şəkildə ifadə etmədiyi üçün məsələ yalnız ayrılmaq qərarı verildikdən sonra gündəmə gəlir".

Təlimçilər

Abid Səmədovun sözlərinə görə, işçinin belə bir təklifi qəbul edib qalması avtomatik olaraq yanlış qərar sayılmır: "Lakin beynəlxalq araşdırmalar göstərir ki, "counteroffer" qəbul edən əməkdaşların əhəmiyyətli hissəsi sonradan yenə də şirkətdən ayrılır. Məsələn, beynəlxalq rekrutinq şirkəti Robert Walters tərəfindən yayımlanan 2024 "Salary Survey" hesabatına əsasən, 2023-cü ildə Yaponiyada aparılmış sorğuda (1423 respondent) "counteroffer" qəbul edən işçilərin 38%-i altı ay sonra, əlavə 21%-i isə bir il ərzində şirkətdən ayrılıb. Oxşar nəticələr digər araşdırmalarda da müşahidə olunur. Məsələn, Robert Half şirkətinin məlumatına görə, əks təklif qəbul edən işçilərin 52%-i bir il və ya daha qısa müddət ərzində iş yerini yenidən dəyişir".

Ekspert bildirir ki, bunun əsas səbəbi maaşın çox vaxt problemin yalnız bir hissəsini həll etməsidir: "Çünki işçilərin ayrılmaq qərarının arxasında tez-tez başqa faktorlar dayanır: inkişaf imkanlarının məhdudluğu, rəhbərliklə münasibətlər, iş mühiti və ya motivasiya problemləri. Bu səbəbdən belə bir təkliflə qarşılaşan işçi özünə bir neçə sual verməlidir:

Mən həqiqətən yalnız maaşa görə getmək istəyirdim?

Maaş artsa belə, digər narazılıqlarım qalacaqmı?

Bu şirkətdə uzunmüddətli inkişaf perspektivim varmı?"

Ekspertin fikrincə, əgər problem həqiqətən yalnız maaşla bağlıdırsa və təşkilat bunu sistemli şəkildə həll etməyə hazırdırsa, işçinin qalması rasional qərar ola bilər, lakin maaş artımı sadəcə əməkdaşı qısa müddətlik saxlamaq üçün edilən addımdırsa, bu qərarın uzunmüddətli effektivliyi sual altında qala bilər".

Sonda isə əlavə edir ki, əsas məqam işçi ilə təşkilat arasında açıq kommunikasiya və qarşılıqlı gözləntilərin düzgün idarə etməkdir.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"SpaceX"dan böyük addım- "Anysphere"i 60 milyard dollara alır

17.06.2026

Azərbaycanın Xorvatiyaya neft ixracı 60%-dən çox azalıb

17.06.2026

“Azərişıq” 13,4 milyon manatlıq tender elan edib

17.06.2026

Bakıda 50 milyon dollarlıq saziş imzalandı

17.06.2026

Fərid Osmanov: Startaplar üçün konvertasiya edilən borc mexanizmi tətbiq ediləcək

17.06.2026

TuranBank Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) ilə 15 milyon ABŞ dolları həcmində niyyət bəyannaməsi imzalayıb ®

17.06.2026

Uzaqdan iş modelləri yay aylarında kibertəhlükəsizlik risklərini artırır

17.06.2026

Dünya hava limanlarının reytinqi açıqlandı - SİYAHI

17.06.2026

Azərbaycanda işəgötürənlər işçilərə səhm verə biləcəklər

17.06.2026

Təsisçi və kiçik səhmdarlarla bağlı mühüm dəyişiklik

17.06.2026

Azərbaycana gəlsələr, 20 il vergi verməyəcəklər

17.06.2026

Azərbaycanda "Banklar haqqında" qanunun əhatə dairəsi genişləndirilir

17.06.2026

Bankların yığım əmanətləri: Ən çox faizi hansı bank verir?

17.06.2026

Avropanın ən məşhur kurortlarından biri turizm böhranı yaşayır: Səbəb nədir?

17.06.2026

Süni intellekt dəstəkli saxta rəhbərlər şirkətləri təhdid edir

17.06.2026

"SpaceX"in dəyəri 2,6 trilyon dollara yüksəlib, şirkət qısa müddətə "Amazon"u geridə qoyub

17.06.2026

Səhiyyədə yenilik - Rayonlarda 65 yaşı tamam olan həkimlərin işləməsinə icazə veriləcək

17.06.2026

​"Mərkəzi Asiya və Azərbaycanda islam bankçılığının payı cəmi 4%-dir"

17.06.2026

Sabah Azərbaycanda 36 dərəcə isti olacaq

17.06.2026

Nabran yolu nə vaxt açılacaq?

17.06.2026

Məzənnə

Yüklənir...