Redaktor
Britaniya banknotlarında Çörçillin yerini heyvanlar tuta bilər
Britaniya Bankı növbəti nəsil banknotların dizaynını dəyişmək qərarına gəlib.
Valyuta.Az-ın verdiyi xəbərə görə, yeni seriyada tarixi şəxsiyyətlərin portretləri, o cümlədən Uinston Çörçillin təsviri əvəzinə Böyük Britaniyanın vəhşi təbiətini əks etdirən şəkillər yerləşdirilə bilər. Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, yeni əskinaslarda kirpi və porsuq kimi heyvanların təsvirlərinin yerləşdirilməsi planlaşdırılır.
Agentliyin qeyd etdiyi kimi, qərar təxminən 44 min nəfərin iştirak etdiyi ictimai məsləhətləşmələrin nəticələrinə əsasən qəbul edilib.
Tənzimləyici qurumun məlumatına görə, təklif olunan dizayn mövzuları arasında təbiət mövzusu ən çox dəstək qazanıb, tarixi şəxsiyyətlər isə yalnız üçüncü yeri tutub.
Britaniya Bankının baş kassiri Viktoriya Klelend bildirib ki, təbiət mövzusu banknotların təhlükəsizlik və autentifikasiya baxımından da yaxşı seçimdir.
Onun sözlərinə görə, bu yanaşma növbəti seriyada Böyük Britaniyanın zəngin və müxtəlif vəhşi təbiətini nümayiş etdirməyə imkan verəcək.
Yeni dizayn Britaniya banknotlarının təkamülündə növbəti mərhələ olacaq. Son illərdə tənzimləyici artıq kağız banknotları saxtalaşdırılması daha çətin olan polimer əakinaslarla əvəz edib.
Aydın
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBritaniya banknotlarında Çörçillin yerini heyvanlar tuta bilər
12.03.2026ABŞ "Binance" ilə bağlı İran sanksiyalarının pozulması iddialarını araşdırır
11.03.2026Al bumu səbəbindən Android smartfonları köhnə texnologiyalara qayıdacaq
11.03.2026"Apple" yeni emoji təqdim edir: 2026-cı ilin simvolu bu ola bilər
11.03.2026“Münaqişə davam edərsə, neftin qiyməti 200 dollara çatacaq”
11.03.2026Azərbaycanda Təhlükəsiz İdman Komissiyası yaradıldı
11.03.2026Ən çox satılan 5 albom
11.03.2026IEA ölkələri strateji ehtiyatlardan bazara 400 milyon barel neft çıxaracaq
11.03.2026İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
11.03.2026Texnologiya nəhəngləri elektrik şəbəkəsinin yanlış idarə edildiyini deyir
11.03.2026Prezident İlham Əliyev: Biz külək və günəş enerji stansiyalarına böyük sərmayə yatırırıq
11.03.2026İranın "hədəf" siyahısı genişlənir: Texnologiya nəhəngləri və banklar da siyahıdadır
11.03.2026İlham Əliyev Antonio Koşta ilə mətbuata bəyanatlarla çıxış edirlər
11.03.2026Bu şirkət itmiş hava limanı baqajını alıb yenidən satır
11.03.2026İlham Əliyevin Antonio Koşta ilə təkbətək görüşü keçirilib
11.03.2026