"CFI Financial İnvestisiya Şirkəti"nin dövriyyəsi 93% azalıb

Redaktor

13.02.2026 09:45
38

"CFI Financial İnvestisiya Şirkəti"nin dövriyyəsi 93% azalıb

"CFI Financial İnvestisiya Şirkəti"nin 2026-ci ilin yanvar ayında “Bakı Fond Birjası”da (BFB) apardığı əməliyyatların həcmi 2 milyon 989 min 376 manat təşkil edib. 

Valyuta.az-ın hesablamasına görə, investisiya şirkətinin birja əməliyyatları son bir ildə 93,82% və ya 45 milyon 45 min 566 manat azalıb.

Belə ki, 2025-ci ilin yanvar ayında şirkətin dövriyyəsi 48 milyon 334 min 942 manat təşkil edib. Bağlanan əqdlərin sayı isə 25-dən 5-ə enib. 

Bu dövrdə investisiya şirkətinin birja əməliyyatlarının 2 milyon 934 min 876 manatı ARMB qiymətli kağızlarının, 34 min 100 manatı səhm əməliyyatlarının, 20 min 400 manatı korporativ istiqrazların payına düşüb. Dövlət istiqrazları və repo əməliyyatları isə aparılmayıb. Qeyd edək ki, 2025-ci ilin yanvar ayında isə şirkətin repo əməliyyatları üzrə 39,7 milyon manat, dövlət istiqrazları üzrə isə 8,6 milyon manat dövriyyəsi olmuşdu. 

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...