Redaktor
Razılaşmada ilk rəqəmi deyən qazanır
Maaş danışıqlarına və ya vacib bir razılaşma masasına oturduqda, adətən qarşı tərəfin ilk addımı atmasını gözləmək təhlükəsiz seçim kimi görünür. Ancaq psixologiyanın ən güclü qaydalarından biri olan Çapa effekti (Anchoring) bunun tam əksini deyir. İnsan beyni qərar verərkən qarşılaşdığı ilk məlumata – yəni “çapa”ya – ilişib qalmağa meyllidir. Müsahibədə maaş gözləntisi soruşulanda deyilən ilk rəqəm, əslində bütün müsahibənin gedişatını və yekun nəticəsini müəyyən edən görünməz bir sərhəd yaradır. Çünki beynimiz sonrakı bütün təklifləri və ehtimalları istər-istəməz ilk eşitdiyi rəqəmlə müqayisə etməyə başlayır.
Bu təsirin nə qədər güclü olduğunu göstərən elmi təcrübələr isə kifayət qədər təəccüblüdür. Aparılan araşdırmalarda insanlardan əvvəl tamamilə təsadüfi bir rəqəm çarxı fırlatmaları istənib, daha sonra isə həmin rəqəmlə heç bir əlaqəsi olmayan suallar verilib. Nəticədə insanların cavablarının çarxdan çıxan rəqəmə yaxın olduğu müşahidə edilib.
Yəni masada deyilən ilk rəqəm nə qədər yüksək olarsa, danışıqların nəticəsi də adətən bir o qədər yuxarı səviyyədə formalaşır. İlk rəqəm səsləndirilən kimi qarşı tərəfin beynində bir istinad nöqtəsi yaranır və ondan uzaqlaşmaq düşünüldüyündən qat-qat çətin olur.
Məhz buna görə də danışıqlar masasına oturanda nəzarəti ələ almaqdan çəkinmək olmaz. Məntiqli, amma iddialı bir ilk təklifinin verilməsi qarşı tərəfin beynindəki səviyyəni yuxarı qaldırır və danışıqların istənilən zonada getməsini təmin edir. Susub passiv şəkildə gözləməkdənsə, strateji çapanı atan tərəf olmaq həmişə bir addım irəli aparır.
Masadakı ilk rəqəm sadəcə başlanğıc deyil, gediləcək nöqtənin kompasıdır.
Şəbnəm İbrahimxəlilova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərƏn yaxşı artım səhmləri
12.02.2026“Lassie” 75 milyon dollar investisiya alıb
12.02.2026"Şirkətə işçi götürərkən bu sualı verirəm"
12.02.2026Saxlamaq, yoxsa alıb-satmaq? - Kriptovalyutaya investisiya strategiyası necə seçilməlidir?
12.02.2026Razılaşmada ilk rəqəmi deyən qazanır
12.02.2026Maliyyə çöküşünə səbəb ola biləcək 5 pul vərdişi
12.02.2026Nazirin birinci müavini vəzifəsi ləğv edildi
12.02.2026Dövlət agentliyi "Azəriqaz"ın təşəbbüsünü ləğv etdi
12.02.2026Süni intellekt nəhənglərində nə baş verir? - "Dünya təhlükədə"
12.02.2026Dünyanın ən işlək hava limanı açıqlandı: Bir ildə 95,2 milyon sərnişin
12.02.2026Böyük hədəflərlə təqdim olunan altkoinin arxasındakı şirkət kripto birjasını bağlayır
12.02.2026Bu şəxslərə ən azı 46 gün məzuniyyət verilməlidir - SİYAHI
12.02.2026Azərbaycana beynəlxalq poçt göndərişlərinin həcmi və dəyəri azalıb
12.02.2026İnsansı robotların istehsalı artacaq - 1 milyarda yaxın investisya yatırıldı
12.02.2026Prezidentdən Dövlət Vergi Xidmətinin rəisi ilə bağlı SƏRƏNCAM
12.02.2026Səfərbərlik Xidmətinin işçiləri təltif olundu - SİYAHI
12.02.2026Prezident Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələr verdi - SİYAHI
12.02.2026"Kupça" almaq istəyənlərə şad xəbər - 15 günə veriləcək
12.02.2026Balıq bahalaşdı
12.02.2026