"Kredit ödənişini gecikdirməyinizi banklar 10 il sistemdə görür"

Redaktor

12.02.2026 15:27
35

"Kredit ödənişini gecikdirməyinizi banklar 10 il sistemdə görür"

Vətəndaş bankdan kredit götürüb, bir müddət ödənişlərini vaxtında etsə də, sonradan maddi problemləri olduğu ödənişlərini vaxtında edə bilməyib və borcu yığılıb. Sonra o, bütün borcunu bağlayıb. İndi "Findoc"dan kredit skorunu (ingilis dilindən tərcümədə “score” “xal”, “qiymət” mənasını verir, təcrübədə tərcümə olunmadan “skor” kimi istifadə edilir) yoxlayır və nəticə pis göstərir (ən aşağı skor). Vətəndaş bilmək istəyir ki, kredit skorunu necə yaxşılaşdıra bilər? Ümumilikdə, kredit tarixçəsi pis olduqda, banklarda həmin şəxsə kredit verməkdən çəkinir. 

Sual yaranır ki, kredit tarixçəmizi necə yaxşılaşdıra bilərik?

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Valyuta.az-a bildirib ki, kredit tarixçəsini yaxşılaşdırmağın əsas yolu götürülmüş kredit öhdəliklərini vaxtında və tam şəkildə yerinə yetirməkdir:

"Kredit tarixçəsi maliyyə intizamını əks etdirən rəsmi məlumat bazasıdır və artıq baş vermiş hadisələri dəyişmək mümkün deyil. Vaxtında ödənişlə bağlı problem yaşanması o demək deyil ki, şəxsə gələcəkdə kredit verilməsi tamamilə mümkünsüzdür. Kredit təşkilatları - banklar, bank olmayan kredit təşkilatları və digər kreditorlar - qərar qəbul edərkən riskləri qiymətləndirir və daha ehtiyatlı davranırlar. Kredit tarixçəsinin məqsədi də potensial kreditorları borcalanın əvvəlki öhdəlikləri barədə məlumatlandırmaqdır. Yəni, qərar vermək səlahiyyəti hər bir qurumun özünə məxsusdur. Təcrübədə bir çox hallarda mənfi tarixçə kreditin rədd edilməsi ilə nəticələnə bilər. Lakin bu vəziyyətdən çıxış yolları mövcuddur. Məsələn, girov təqdim etmək və ya zamin cəlb etmək kredit almaq imkanlarını artıra bilər. Bundan əlavə, yeni götürülən kreditlərin vaxtında ödənilməsi zamanla kredit tarixçəsinin müsbət istiqamətdə formalaşmasına səbəb olur".

"Qeyd etmək lazımdır ki, kredit tarixçəsindəki məlumatlar 10 il ərzində sistemdə görünəcək. Bu müddət ərzində həm əvvəlki gecikmələr, həm də sonradan öhdəliklərin vaxtında yerinə yetirilməsi görünür. Nəticə etibarilə, maliyyə intizamının bərpası və davamlı şəkildə qorunması kredit tarixçəsinin yaxşılaşmasında əsas amildir", - deyə ekspert əlavə edib.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

İnsansı robotların istehsalı artacaq - 1 milyarda yaxın investisya yatırıldı

12.02.2026

Prezidentdən Dövlət Vergi Xidmətinin rəisi ilə bağlı SƏRƏNCAM

12.02.2026

Səfərbərlik Xidmətinin işçiləri təltif olundu - SİYAHI

12.02.2026

Prezident Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələr verdi - SİYAHI

12.02.2026

"Kupça" almaq istəyənlərə şad xəbər - 15 günə veriləcək

12.02.2026

Balıq bahalaşdı

12.02.2026
"Kredit ödənişini gecikdirməyinizi banklar 10 il sistemdə görür"

"Kredit ödənişini gecikdirməyinizi banklar 10 il sistemdə görür"

12.02.2026

“Gemini” Azərbaycan dilində istifadəyə verildi

12.02.2026

Birbank debet kartları arasında köçürmələr limitsiz və komissiyasızdır ®

12.02.2026

"Siri"də böyük süni intellekt yeniləməsi yenidən təxirə salındı

12.02.2026
İşsiz Azərbaycan vətəndaşları turist kimi hansı ölkələrə səfər ediblər?

İşsiz Azərbaycan vətəndaşları turist kimi hansı ölkələrə səfər ediblər?

12.02.2026

Dövlət büdcəsinin xərcləri bir ay ərzində 7 milyard manatdan çox artıb

12.02.2026

Əvvəl yüksəldi, sonra çökdü: Məşhur bankdan gözlənilməz gümüş proqnozu

12.02.2026

Ötən il dərman istehsalı 7 milyondan çox artıb

12.02.2026

Ramiz Mehdiyev cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq vəsaiti leqallaşdırıb

12.02.2026

DTX Ramiz Mehdiyev və Abbas Abbasov barəsindəki cinayət işi ilə bağlı detalları açıqladı

12.02.2026

Sabah temperatur 18 dərəcəyədək yüksələcək

12.02.2026

"Qoca" ləqəbli polkovnik vəzifəsindən azad edildi

12.02.2026

Xarici valyutada maliyyə institutlarına verilən kreditlər 6.9 milyon manat azalıb

12.02.2026

Agentlik 9 milyona hazır yeməklər alacaq

12.02.2026

Məzənnə

Yüklənir...