Redaktor
Birbank debet kartları arasında köçürmələr limitsiz və komissiyasızdır ®
Maliyyə bazarında texnoloji həlləri ilk tətbiq edən brendlərdən olan Birbank milyonlarla müştərisinə daha rahat, əlçatan maliyyə alətləri təqdim edir. Bank xüsusən də müştərilərin kartdan karta köçürmələrdə əlavə ödəniş, limit kimi narahatlıqlarına birdəfəlik son qoyur. Belə ki, Birbanklılar Birbank debet kartından digər Birbank debet kartına köçürmə edərkən nə limitlə, nə də əlavə ödənişlə qarşılaşırlar. Bu isə o deməkdir ki, debet kart sahibləri istədikləri vaxt, istədikləri məbləği, heç bir maneə olmadan digər Birbank debet kartına köçürə bilirlər. Gecə və ya gündüz, iş günü və ya həftəsonu – proses həmişə sürətli, limitsiz və komissiyasızdır.
Birbank yalnız bankçılıq xidməti deyil, gündəlik həyatın maliyyə rahatlığıdır. Limitsiz və komissiyasız köçürmələr isə bu rahatlığı bir addım da irəli aparır.
Birbank debet kartını Birbank mobil tətbiqindən cəmi bir neçə saniyəyə əldə etmək mümkündür.
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 115 filial və 53 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərİnsansı robotların istehsalı artacaq - 1 milyarda yaxın investisya yatırıldı
12.02.2026Prezidentdən Dövlət Vergi Xidmətinin rəisi ilə bağlı SƏRƏNCAM
12.02.2026Səfərbərlik Xidmətinin işçiləri təltif olundu - SİYAHI
12.02.2026Prezident Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələr verdi - SİYAHI
12.02.2026"Kupça" almaq istəyənlərə şad xəbər - 15 günə veriləcək
12.02.2026Balıq bahalaşdı
12.02.2026
"Kredit ödənişini gecikdirməyinizi banklar 10 il sistemdə görür"
12.02.2026“Gemini” Azərbaycan dilində istifadəyə verildi
12.02.2026Birbank debet kartları arasında köçürmələr limitsiz və komissiyasızdır ®
12.02.2026"Siri"də böyük süni intellekt yeniləməsi yenidən təxirə salındı
12.02.2026