Redaktor
"Kupça" almaq istəyənlərə şad xəbər - 15 günə veriləcək
Bu gün Abşeron yarımadasında Dövlət Reyestrinə alınmamış 500 mindən artıq ev var. Halbuki həmin evlərin bəzilərinin ilkin sənədləri var. Bəzi vətəndaşlar həmin sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə təqdim edərkən aylarla gözləməli olur. Çünki Reyestr Xidməti təqdim edilən sənədlərin arxivdən kökünü, torpağın təyinatını və digər məsələri araşdırır. Bu da istər-istəməz uzun zaman alır.
Valyuta.az xəbər verir ki, Nazirlər Kabineti 5 oktyabr 2015-ci il tarixli "Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları"nda etdiyi dəyişikliklə bu proses bir qədər sadələşdirilib.
Qərara əsasən, hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərlə torpağın kateqoriyası dövlət torpaq kadastrında saxlanılan məlumatlara uyğun gəlmədikdə qeydiyyat orqanının vəzifəli şəxsləri tərəfindən 15 iş günü müddətində yerquruluşu sənədlərinin təhlili yolu ilə araşdırma aparılacaq.
Araşdırmanın nəticəsinə əsasən təqdim edilən sənədlərdə göstərilən məlumatların doğruluğu təsdiq edildikdə, əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınır və dövlət torpaq kadastrında müvafiq düzəlişlər edilir.
Bu qərar nəyi dəyişəcək?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirdi ki, bu ilk baxışdan texniki məsələ kimi görünür:
"Amma vətəndaşların müraciətlərinə baxılması mexanizmi üçün çox vacibdir. Bu vaxtadək Dövlət Reystrinə edilən müraciətlər hüquq müəyyənedici sənədlərin yetərli olmaması səbəbindən araşdırmalar uzun çəkirdi. Nəticədə, vətəndaşın müraciətinə veriləcək cavablar aylarla uzanırdı. Buna görə də Dövlət Reyestr Xidməti heç bir məsuliyyət daşımırdı.
Artıq müraciətlərin araşdırılması üçün konkret vaxt müəyyən edilib. Bu da müsbət hadisədir. Vətəndaşlar müraciətin cavabı üçün artıq aylarla gözləməyəcək. Bundan sonra edilən müraciətlərə 15 iş günündə baxılacaq. Bütün sənədlər yetərlidirsi, o zaman sənəd dövlət reyestrinə alınacaq. Yaxud çatışmayan sənədlər barədə vətəndaşa bildiriş göndəriləcək".
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBöyük hədəflərlə təqdim olunan altkoinin arxasındakı şirkət kripto birjasını bağlayır
12.02.2026Bu şəxslərə ən azı 46 gün məzuniyyət verilməlidir - SİYAHI
12.02.2026Azərbaycana beynəlxalq poçt göndərişlərinin həcmi və dəyəri azalıb
12.02.2026İnsansı robotların istehsalı artacaq - 1 milyarda yaxın investisya yatırıldı
12.02.2026Prezidentdən Dövlət Vergi Xidmətinin rəisi ilə bağlı SƏRƏNCAM
12.02.2026Səfərbərlik Xidmətinin işçiləri təltif olundu - SİYAHI
12.02.2026Prezident Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələr verdi - SİYAHI
12.02.2026"Kupça" almaq istəyənlərə şad xəbər - 15 günə veriləcək
12.02.2026Balıq bahalaşdı
12.02.2026
"Kredit ödənişini gecikdirməyinizi banklar 10 il sistemdə görür"
12.02.2026“Gemini” Azərbaycan dilində istifadəyə verildi
12.02.2026Birbank debet kartları arasında köçürmələr limitsiz və komissiyasızdır ®
12.02.2026"Siri"də böyük süni intellekt yeniləməsi yenidən təxirə salındı
12.02.2026