"Siri"də böyük süni intellekt yeniləməsi yenidən təxirə salındı

Redaktor

12.02.2026 14:37
33

"Siri"də böyük süni intellekt yeniləməsi yenidən təxirə salındı

“Apple” 2024-cü ildə “Apple Intelligence” platformasını təqdim edərkən ən çox diqqət çəkən elanlardan biri tamamilə yenilənmiş və daha güclü “Siri” olmuşdu. Lakin aradan keçən təxminən bir il yarım ərzində “yeni dövr” kimi təqdim olunan “Siri”nin buraxılış tarixi dəfələrlə təxirə salınıb.

Valyuta.az xəbər verir ki, yeni “Siri”nin mart ayında yayımlanması planlaşdırılan iOS 26.4 yeniləməsi ilə istifadəyə veriləcəyi düşünülürdü. Lakin son məlumatlara əsasən, dəyişikliklər mərhələli şəkildə təqdim olunacaq.

Məlumata görə, bəzi funksiyalar may ayında çıxacaq iOS yeniləməsinə keçirilib, hətta müəyyən yeniliklərin sentyabr ayında təqdim olunması gözlənilən iOS 27 versiyasına qədər gecikə biləcəyi bildirilir.

Gecikmənin səbəbi test mərhələsində ortaya çıxan texniki problemlərlə əlaqələndirilir. Qeyd olunur ki, “Apple” proqram təminatını sınaqdan keçirərkən müxtəlif çətinliklərlə üzləşib və buna görə də buraxılış tarixini bir daha irəli çəkmək məcburiyyətində qalıb.

Edilən dəyişikliklərlə birlikdə “Siri”nin texnologiya dünyasında geniş yayılmış böyük dil modeli əsaslı çatbotlara daha çox bənzəyəcəyi bildirilir. Bu transformasiya baş verərsə, istifadəçilərin “iPhone” və ya “MacBook” cihazlarında ayrıca ChatGPT və ya “Claude” tətbiqini açmasına ehtiyac qalmaya bilər. Bunun əvəzinə birbaşa “Siri” ilə ünsiyyət kifayət edəcək.

Bundan əlavə, “Siri”nin infrastrukturunda “Google Gemini” modelindən istifadə oluna biləcəyi də iddialar arasındadır. Bu isə “Apple”ın rəqəmsal köməkçisində xarici mənbəyə aid güclü süni intellekt modelindən yararlana biləcəyi anlamına gəlir.

“Apple” tərəfindən məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Görünən odur ki, yeni nəsil “Siri” üçün bir qədər də səbirli olmaq lazım gələcək. “Siri”nin məhsul menecerləri üçün də prosesin kifayət qədər çətin keçdiyi qeyd olunur. Gözlənti davam edir.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

İnsansı robotların istehsalı artacaq - 1 milyarda yaxın investisya yatırıldı

12.02.2026

Prezidentdən Dövlət Vergi Xidmətinin rəisi ilə bağlı SƏRƏNCAM

12.02.2026

Səfərbərlik Xidmətinin işçiləri təltif olundu - SİYAHI

12.02.2026

Prezident Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələr verdi - SİYAHI

12.02.2026

"Kupça" almaq istəyənlərə şad xəbər - 15 günə veriləcək

12.02.2026

Balıq bahalaşdı

12.02.2026
"Kredit ödənişini gecikdirməyinizi banklar 10 il sistemdə görür"

"Kredit ödənişini gecikdirməyinizi banklar 10 il sistemdə görür"

12.02.2026

“Gemini” Azərbaycan dilində istifadəyə verildi

12.02.2026

Birbank debet kartları arasında köçürmələr limitsiz və komissiyasızdır ®

12.02.2026

"Siri"də böyük süni intellekt yeniləməsi yenidən təxirə salındı

12.02.2026
İşsiz Azərbaycan vətəndaşları turist kimi hansı ölkələrə səfər ediblər?

İşsiz Azərbaycan vətəndaşları turist kimi hansı ölkələrə səfər ediblər?

12.02.2026

Dövlət büdcəsinin xərcləri bir ay ərzində 7 milyard manatdan çox artıb

12.02.2026

Əvvəl yüksəldi, sonra çökdü: Məşhur bankdan gözlənilməz gümüş proqnozu

12.02.2026

Ötən il dərman istehsalı 7 milyondan çox artıb

12.02.2026

Ramiz Mehdiyev cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq vəsaiti leqallaşdırıb

12.02.2026

DTX Ramiz Mehdiyev və Abbas Abbasov barəsindəki cinayət işi ilə bağlı detalları açıqladı

12.02.2026

Sabah temperatur 18 dərəcəyədək yüksələcək

12.02.2026

"Qoca" ləqəbli polkovnik vəzifəsindən azad edildi

12.02.2026

Xarici valyutada maliyyə institutlarına verilən kreditlər 6.9 milyon manat azalıb

12.02.2026

Agentlik 9 milyona hazır yeməklər alacaq

12.02.2026

Məzənnə

Yüklənir...