“Gemini” Azərbaycan dilində istifadəyə verildi

Redaktor

12.02.2026 15:00
57

“Gemini” Azərbaycan dilində istifadəyə verildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “Google” şirkəti bəyan edir ki, “Gemini” süni intellekt modeli artıq rəsmi olaraq Azərbaycan dilində istifadəyə verilib. Strateji genişlənmə çərçivəsində əlavə edilən 23 yeni dildən biri kimi Azərbaycan dili seçilib. Bu, azərbaycanlı istifadəçilərə “Gemini”nin imkanlarından əsas qlobal dillərlə yanaşı, ana dilində də faydalanmağa imkan yaradır.

Valyuta.az xəbər verir ki, Azərbaycan dili interfeysi artıq veb-versiyada aktivdir, tam mobil dəstək (Android/iOS) mövcuddur və real vaxt rejimində danışıq imkanı yaradan “Gemini Live” funksiyası mövcuddur.

Şirkət “Nano Banana” və “Veo” kimi ən qabaqcıl yaradıcı alətləri də Azərbaycan bazarına gətirdiyini açıqlayıb. “Nano Banana” sadə ideyaları yüksəkkeyfiyyətli vizuallara çevirməyə və mövcud şəkilləri təbii dildə redaktə etməyə imkan verir. “Veo” isə mürəkkəb yaradıcı təlimatlara dəqiq əməl edərək, sinxronlaşdırılmış səslə birlikdə yüksəkkeyfiyyətli (1080p) videolar yarada bilən qabaqcıl modeldir.

Məhsuldarlıq və təhsili dəstəkləmək məqsədilə Azərbaycan dilində üç yeni funksiya da istifadəyə verilib. “Canvas” yazı və kodlaşdırma üçün xüsusi iş mühiti təqdim edir və istifadəçilərə “Gemini” ilə mürəkkəb layihələr üzərində əməkdaşlığa şərait yaradır. “Deep Research” modeli mürəkkəb mövzuları araşdırmağa, bir neçə mənbədən məlumatları sintez edərək hərtərəfli hesabatlar təqdim etməyə imkan verir. Nəhayət, “Guided Learning” istifadəçilərə interaktiv, öyrənmə tərzinə uyğunlaşdırılmış testlər vasitəsilə yeni mövzuları mənimsəməyə kömək edir.

Bu yeniliklər süni intellekt alətlərinin daha geniş auditoriya üçün əlçatan olmasını təmin edəcək.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

İnsansı robotların istehsalı artacaq - 1 milyarda yaxın investisya yatırıldı

12.02.2026

Prezidentdən Dövlət Vergi Xidmətinin rəisi ilə bağlı SƏRƏNCAM

12.02.2026

Səfərbərlik Xidmətinin işçiləri təltif olundu - SİYAHI

12.02.2026

Prezident Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələr verdi - SİYAHI

12.02.2026

"Kupça" almaq istəyənlərə şad xəbər - 15 günə veriləcək

12.02.2026

Balıq bahalaşdı

12.02.2026
"Kredit ödənişini gecikdirməyinizi banklar 10 il sistemdə görür"

"Kredit ödənişini gecikdirməyinizi banklar 10 il sistemdə görür"

12.02.2026

“Gemini” Azərbaycan dilində istifadəyə verildi

12.02.2026

Birbank debet kartları arasında köçürmələr limitsiz və komissiyasızdır ®

12.02.2026

"Siri"də böyük süni intellekt yeniləməsi yenidən təxirə salındı

12.02.2026
İşsiz Azərbaycan vətəndaşları turist kimi hansı ölkələrə səfər ediblər?

İşsiz Azərbaycan vətəndaşları turist kimi hansı ölkələrə səfər ediblər?

12.02.2026

Dövlət büdcəsinin xərcləri bir ay ərzində 7 milyard manatdan çox artıb

12.02.2026

Əvvəl yüksəldi, sonra çökdü: Məşhur bankdan gözlənilməz gümüş proqnozu

12.02.2026

Ötən il dərman istehsalı 7 milyondan çox artıb

12.02.2026

Ramiz Mehdiyev cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq vəsaiti leqallaşdırıb

12.02.2026

DTX Ramiz Mehdiyev və Abbas Abbasov barəsindəki cinayət işi ilə bağlı detalları açıqladı

12.02.2026

Sabah temperatur 18 dərəcəyədək yüksələcək

12.02.2026

"Qoca" ləqəbli polkovnik vəzifəsindən azad edildi

12.02.2026

Xarici valyutada maliyyə institutlarına verilən kreditlər 6.9 milyon manat azalıb

12.02.2026

Agentlik 9 milyona hazır yeməklər alacaq

12.02.2026

Məzənnə

Yüklənir...