"Şirkətə işçi götürərkən bu sualı verirəm"

Redaktor

12.02.2026 22:20
24

"Şirkətə işçi götürərkən bu sualı verirəm"

"Legora" İsveç mənşəli hüquq texnologiyaları sahəsində fəaliyyət göstərən startapdır. Şirkət süni intellekt əsaslı həllər vasitəsilə hüquq şirkətlərinin sənəd analizi, müqavilələrin işlənməsi və hüquqi proseslərin optimallaşdırılması istiqamətində məhsullar təqdim edir. Legora əsasən böyük hüquq firmaları və korporativ hüquq departamentləri üçün AI alətləri hazırlayır.

Valyuta.az xəbər verir ki, şirkətin baş direktoru Maks Cyunstrand (Max Junestrand) startapın formalaşma mərhələsindən etibarən həm məhsul strategiyasında, həm də komanda quruculuğunda aktiv rol oynayır.

"Artificial Lawyer" platformasına verdiyi müsahibədə Maks Cyunstrand qeyd edib ki, hüquq texnologiyaları bazarında dəyişikliklər sürətli olduğu üçün şirkət uzunmüddətli illik planlardan daha çox rüblük planlaşdırmaya üstünlük verir. Onun sözlərinə görə, çevik qərarvermə mexanizmi startap üçün strateji əhəmiyyət daşıyır.

Maks Cyunstrand beynəlxalq mediaya, o cümlədən "Business Insider" nəşrinə və “20VC” podkastına verdiyi müsahibələrdə bildirib ki, o, hələ də əsas namizədlərlə müsahibələrdə şəxsən iştirak edir.

Onun sözlərinə görə, seçim zamanı yalnız texniki bacarıqlar deyil, namizədin motivasiyası və şirkətin missiyasına münasibəti əsas meyarlardandır. Cyunstrand müsahibələr zamanı namizədlərə tez-tez belə bir sual ünvanladığını bildirib:

“Niyə çətin bir işi seçirsiniz? Siz daha rahat bir yerdə də işləyə bilərsiniz”.

CEO bu sual vasitəsilə namizədin uzunmüddətli perspektivini və çətin, intensiv iş mühitinə hazırlığını ölçdüyünü qeyd edib. Onun yanaşmasına görə, startap mühitində yalnız qısamüddətli maraqlarla deyil, missiyaya sadiqliklə işləyən əməkdaşlar daha davamlı nəticə verir.

Maks Cyunstrand müxtəlif platformalarda açıq müzakirələrdə də iştirak edir. O, Reddit üzərindən keçirilən “Ask Me Anything” formatlı sessiyada istifadəçilərin suallarını cavablandıraraq, Legora-nın məhsul inkişafı və hüquq sektorunda süni intellektin tətbiqi ilə bağlı fikirlərini bölüşüb.

Bu çıxışlarında o, süni intellektin hüquqşünasları əvəz etmək məqsədi daşımadığını, əksinə onların işini daha effektiv və sürətli etməyə yönəldiyini vurğulayıb.

Mayya Hüseynova

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ən yaxşı artım səhmləri

12.02.2026

“Lassie” 75 milyon dollar investisiya alıb

12.02.2026

"Şirkətə işçi götürərkən bu sualı verirəm"

12.02.2026

Saxlamaq, yoxsa alıb-satmaq? - Kriptovalyutaya investisiya strategiyası necə seçilməlidir?

12.02.2026

Razılaşmada ilk rəqəmi deyən qazanır

12.02.2026

Maliyyə çöküşünə səbəb ola biləcək 5 pul vərdişi

12.02.2026

Nazirin birinci müavini vəzifəsi ləğv edildi

12.02.2026

Dövlət agentliyi "Azəriqaz"ın təşəbbüsünü ləğv etdi

12.02.2026

Süni intellekt nəhənglərində nə baş verir? - "Dünya təhlükədə"

12.02.2026

Dünyanın ən işlək hava limanı açıqlandı: Bir ildə 95,2 milyon sərnişin

12.02.2026

Böyük hədəflərlə təqdim olunan altkoinin arxasındakı şirkət kripto birjasını bağlayır

12.02.2026

Bu şəxslərə ən azı 46 gün məzuniyyət verilməlidir - SİYAHI

12.02.2026

Azərbaycana beynəlxalq poçt göndərişlərinin həcmi və dəyəri azalıb

12.02.2026

İnsansı robotların istehsalı artacaq - 1 milyarda yaxın investisya yatırıldı

12.02.2026

Prezidentdən Dövlət Vergi Xidmətinin rəisi ilə bağlı SƏRƏNCAM

12.02.2026

Səfərbərlik Xidmətinin işçiləri təltif olundu - SİYAHI

12.02.2026

Prezident Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələr verdi - SİYAHI

12.02.2026

"Kupça" almaq istəyənlərə şad xəbər - 15 günə veriləcək

12.02.2026

Balıq bahalaşdı

12.02.2026
"Kredit ödənişini gecikdirməyinizi banklar 10 il sistemdə görür"

"Kredit ödənişini gecikdirməyinizi banklar 10 il sistemdə görür"

12.02.2026

Məzənnə

Yüklənir...