Biznes necə qurulmalıdır ki, 10-15 il sonra da aktiv olsun?

Redaktor

13.02.2026 09:00
116

Biznes necə qurulmalıdır ki, 10-15 il sonra da aktiv olsun?

Bəzi şirkətlər illərlə bazarda qalır, digərləri isə yaxşı başlanğıca baxmayaraq qısa müddətdə yoxa çıxır. Bunun səbəbi təkcə maliyyə resursları və ya bazar payı deyil. Getdikcə daha dəyişkən olan iqtisadi mühitdə əsas sual biznesin nə qədər böyüməsi yox, nə qədər davam gətirə bilməsidir. Məhz bu nöqtədə “dayanıqlı biznes modeli” anlayışı gündəmə gəlir.

Bəs biznes necə qurulmalıdır ki, 10-15 il sonra da fəaliyyətini davam etdirə bilsin və dayanıqlı olsun?

Biznes konsultant, idarəçi Anar Bayramov Valyuta.az-a bildirir ki, biznesin dayanıqlılığı üçün əsas şərt dövrün tələbinə uyğun davamlı olaraq dəyişə bilməsidir:

"Dəyişiklik bu gün bizneslər üçün sağ qalmaq mübarizəsidir. Düzgün və vaxtında dəyişiklik etmək üçün isə fərqindəlik önəmlidir. Şirkəti idarə edənlər şirkətin mövqeyi və vəziyyəti barədə fərqində olmalıdırlar ki, gecikmədən müvafiq addımlar ata bilsinlər. Məhz bu səbəbdən dəyişikliyin idarə olunması və transformasiya bizneslər üçün çox aktualdır".

"Şirkətlərdə dəyişiklik mədəniyyəti formalaşmalıdır. Dəyişərək inkişaf etmək onların gündəlik fəaliyyətinin tərkib hissəsinə çevrilməlidir. Şirkətin vizyonu, strategiyası və perspektivi aydın şəkildə müəyyənləşdirilməlidir. Strategiya şirkətin fəaliyyəti üçün əsas istinaddır. Strategiyanın tələblərinə uyğun olaraq düzgün və sağlam biznes modeli qurulmalıdır. Strategiyadan irəli gələn güclü idarəetmə sistemi hazırlanmalıdır. Əslində, sistem “immunitet” yaradır. Sistem zəif və ya primitiv olduqda şirkətlərin dayanıqlılığı da zəif və kövrək olur"- deyə Anar Bayramov qeyd edir.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...