"Lukoil"un aktivlərini hansı şirkət alır?

Redaktor

13.02.2026 10:23
77

"Lukoil"un aktivlərini hansı şirkət alır? - İlkin razılaşma əldə olundu

Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənən "Midad Energy" şirkəti Rusiyanın sanksiyalara məruz qalan enerji nəhəngi Lukoil-un aktivlərinin alınması ilə bağlı ilkin razılaşma sənədi - “term sheet” imzalayıb.

Valyuta.az xəbər verir ki, razılaşma ABŞ tənzimləyici orqanlarının təsdiqindən asılıdır.

Məlumata görə, yanvar ayının sonunda imzalanan sənəd "Lukoil"un hədəflənmiş bütün aktivlərini əhatə edir. "Midad" şirkəti təklif etdiyi məbləği nağd şəkildə eskrou hesabına yerləşdirməyə razılaşıb. Bu mexanizm ABŞ Maliyyə Nazirliyi də daxil olmaqla zəruri icazələr alınana qədər vəsaitin qorunmasını təmin etmək məqsədi daşıyır.

Mənbələrin bildirdiyinə görə, razılaşma yüksək riskli hesab olunur və "Midad"ın Səudiyyə Ərəbistanındakı güclü siyasi əlaqələri prosesdə mühüm rol oynayır. Şirkət sövdələşmə üçün bütün tənzimləyici tələblərə əməl etməyə çalışır.

Qeyd edək ki, "Midad" bu aktivlər uğrunda tək deyil, əsas rəqiblərdən biri ABŞ-ın nəhəng investisiya şirkəti "Carlyle Group" olub. Lakin sanksiyalar və geosiyasi gərginliklər səbəbindən proses mürəkkəb və qeyri-müəyyən olaraq qalır.

ABŞ hakimiyyəti son aylarda Rusiya enerji aktivləri ilə bağlı bir sıra müvəqqəti ümumi lisenziyaların müddətini uzadıb. Bu addım bazarlarda kəskin pozuntuların qarşısını almaq və aktivlərin idarəedilməsinə nəzarəti saxlamaq məqsədi daşıyır.

Bununla belə, "Lukoil"un aktivlərinin yekun satışı üçün ABŞ hökumətinin açıq və konkret icazəsi tələb olunur. Vaşinqtonun bu satışa razılıq verib-verməyəcəyi isə hələ də bəlli deyil.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Mərkəzi Bankın bank və BOKT-lara xalis tələbi 1 mlrd. manatdan çox azalıb

13.02.2026

“Ən varlı insanlar pullarını iş yerlərindən qazanmırlar” - Ən varlı 1% sərvətini belə idarə edir

13.02.2026
“Unibank”, yoxsa “Expressbank”: hansı bankın kartları daha sərfəlidir?

“Unibank”, yoxsa “Expressbank”: hansı bankın kartları daha sərfəlidir?

13.02.2026

Pensiyaçılara şad xəbər - Artımla birlikdə ödənildi

13.02.2026

Sabahın hava proqnozu

13.02.2026

Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi ®

13.02.2026

2025-ci ildə qanunsuz ayrılmış 3 min hektar torpaq bələdiyyələrə qaytarılıb

13.02.2026

“PAŞA Bank” bu il ödəyəcəyi dividendin məbləğini açıqlayıb

13.02.2026

"Anthropic"in dəyəri 380 milyard dollara çatdı

13.02.2026

Sənaye sahəsi üzrə biznes kredit portfeli artıb

13.02.2026

Türk klubunun sahibi, azərbaycanlı iş adamı maaşları verə bilmir

13.02.2026
 Şirkətlər hansı hallarda birləşdirilir?

Şirkətlər hansı hallarda birləşdirilir?

13.02.2026

"Lukoil"un aktivlərini hansı şirkət alır? - İlkin razılaşma əldə olundu

13.02.2026

Azərbaycan nefti ucuzlaşıb

13.02.2026

Onların pensiyası 3 dəfə artırıldı

13.02.2026

"CFI Financial İnvestisiya Şirkəti"nin dövriyyəsi 93% azalıb

13.02.2026

Azərbaycanda bəzi ailələrə pulsuz 3 otaqlı ev paylanacaq

13.02.2026

Qayalara dırmanarkən istifadə etdiyi alətlərin keyfiyyətindən narazı qalıb, brendini qurdu

13.02.2026

Türk lirəsi enişdə - Yeni məzənnə

13.02.2026

Biznes necə qurulmalıdır ki, 10-15 il sonra da aktiv olsun?

13.02.2026

Məzənnə

Yüklənir...