Redaktor
Bu şəxslərin pensiyasına əlavələr ediləcək
Pensiya yaşı bir çox insan üçün dincəlmək, istirahət etmək dövrünün başlanğıcı kimi hesab olunur. Ancaq bu mərhələdə belə, işləməyə davam edənlər var. Onların bəziləri maddi ehtiyacdan, bəziləri isə peşəsinə olan sevgisindən işləməyə davam edirlər.
Bu məqamda bir çox insana maraqlıdır ki, şəxs pensiya yaşına çatdığı halda işləməyə davam edirsə, onun əmək pensiyası artılırmı və yaxud yığılan vəsait ona necə qaytarılır?
Valyuta.az xəbər verir ki, deputat Vüqar Bayramov Bizim.Media-ya açıqlamasında bildirib ki, pensiya yaşı tamam olmuş, amma işləməyə davam edən vətəndaşlar üçün pensiya işlədiyi müddətdə yenidən artırılır.
O, Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq məsələni izah edib:
“Qanunvericiliyə əsasən, işləyən vətəndaşlar üçün pensiya məbləği ilk dəfə 6 ildən bir, 2 dəfə olmaqla artırılır. Bu zaman işinə davam edən vətəndaş üçün onun 6 il ərzində pensiya hesabında yığılan kapital 72-yə bölünür, alınan məbləğ isə pensiyaya əlavə olunur”.
Millət vəkili məsələnin izahına uyğun nümunə də verib:
“Məsələn, vətəndaşın pensiyası 700 manatdırsa, onun işlədiyi müddətdə pensiya hesabında 8000 manatlıq bir yığım varsa, o 72-yə bölünür. Alınan məbləğ pensiyasına əlavə edilir.
Təbii ki, 6 il müddətində vətəndaşın pensiya hesabında nə qədər kapital yığılırsa, bu ona daha çox pensiya almaq imkanı yaradır. Buna görə də işləyən vətəndaşlar üçün pensiya artımları işlədiyi müddətdə 6 ildən bir olmaqla həyata keçirilir”.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycana təhlükəli arılar gətirilib - Açıqlama
26.03.2026Devy Remsidən əməl etməli olduğunuz 6 maliyyə məsləhəti
26.03.2026İran neft satışlarından milyardlarla dollar gəlir əldə edib
26.03.2026Hörmüz boğazından keçid ödənişli olacaq? - İran parlamentindən qərar
26.03.2026Qızıl istehsalında 14%-lik azalma olub
26.03.2026"Meta" süni intellekt xərclərinə görə yüzlərlə əməkdaşını ixtisar edir
26.03.2026Alma ixracından alınan gəlir 4 milyon dollar artıb
26.03.2026Özəl fondların yaradılması ilə pensiyalar artacaq
26.03.2026Nəsillərarası sərvətin formalaşdırılması üçün yüksək gəlirli ailələrin istifadə etdiyi 5 strategiya
26.03.2026Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2 milyard manatı ötüb
26.03.2026
“TikTak”a yeni CEO təyin edildi
26.03.2026Zəngilan üçün 1 milyonluq tender elan edildi
26.03.2026"Silikon vadi"sinə qısa yol: İRİA müraciətlərin qəbuluna başladı
26.03.2026Necə varlanmaq olar? - İqtisadçı açıqladı
26.03.2026