"Binance” ADGM çərçivəsi üzrə qlobal lisenziya alan ilk kriptovalyuta birjası oldu

Redaktor

10.12.2025 19:43
66

"Binance” ADGM çərçivəsi üzrə qlobal lisenziya alan ilk kriptovalyuta birjası oldu

Dünyanın ən böyük kriptovalyuta birjası (ticarət həcminə və istifadəçi sayına görə) olan "Binance" bu gün mühüm tənzimləyici nailiyyəti elan edib: BƏƏ-nin paytaxtı Abu-Dabidə yerləşən beynəlxalq maliyyə mərkəzi ADGM-in (Abu Dhabi Global Market) Maliyyə Xidmətləri Tənzimləmə Təşkilatı - FSRA "Binance"in qlobal platforması "Binance.com" üçün geniş və kompleks tənzimləmə çərçivəsi altında rəsmi icazə verib.

Bu, dünya miqyasında bir ilk olmaqla, "Binance"in dünyanın ən etibarlı və tam uyğunluğa malik rəqəmsal aktiv ekosistemini yaratmaq missiyasında mühüm mərhələdir. ADGM-in FSRA tərəfindən verilmiş lisenziya "Binance"ə yüksək etibarlılıq qazandırır, BƏƏ-dən kənara çıxan çoxsaylı bazarlara maneəsiz çıxış imkanı yaradır və şirkətin rəqəmsal maliyyə sahəsində tənzimləyici irəliləyişin önündə dayandığını bir daha təsdiqləyir.

Bu geniş əhatəli tənzimləyici təsdiq "Binance"in qlobal platforması "Binance.com" üçün ADGM daxilində fəaliyyət göstərən üç ayrı tənzimlənən hüquqi şəxs vasitəsilə verilir. Hər üç qurum (Birja, Klirinq Palatası və Broker-Diler) ADGM-in beynəlxalq səviyyədə tanınmış və “qızıl standart” hesab edilən tənzimləmə çərçivəsinə uyğun olaraq müəyyən maliyyə xidmətləri fəaliyyətlərini həyata keçirmək üçün fərqli tənzimləyici icazələrə malikdir.

"Nest Services Limited" (adı bu yaxınlarda “Nest Exchange Limited” olaraq dəyişdiriləcək) Şirkət Tanınmış İnvestisiya Birjası – RIE olaraq təsdiq edilmişdir və Çoxtərəfli Ticarət Platforması (MTF) idarə etmək icazəsi almışdır. Bu qurum spot və derivativ məhsullar daxil olmaqla bütün “birjadaxili” (on-exchange) ticarət fəaliyyətlərinə cavabdeh olacaq.

"Nest Clearing and Custody Limited" - Şirkət Tanınmış Klirinq Palatası – RCH olaraq təsdiq edilmişdir və əlavə olaraq kastodiya və Mərkəzləşdirilmiş Depozitar (CSD) xidmətləri göstərmək icazəsi almışdır. Bu qurum rəqəmsal aktivlərin klirinqi, hesablaşması və təhlükəsiz saxlanmasını idarə edəcək, yüksək əməliyyat dayanıqlığı və aktivlərin qorunmasını təmin edəcək.

BCI Limited (bu yaxınlarda “Nest Trading Limited” olaraq dəyişdiriləcək) Şirkət Broker-Diler kimi təsdiq edilmişdir və aşağıdakı fəaliyyətlər üçün icazələrə malikdir: investisiyalar üzrə alqı-satqı aparılması, investisiya əməliyyatlarının təşkili, aktivlərin idarə olunması, kastodiya təşkil edilməsi və pul köçürmə xidmətləri. Bu qurum "Binance"in “birjadan kənar” (off-exchange) xidmətlərini təmin edəcək, o cümlədən OTC ticarət, konversiya xidmətləri və digər əsas fəaliyyəti özündə birləşdirən xidmətlər.

"Binance"in həmtəsisçisi və həmtəsis icraçı direktoru Riçard Tenq qeyd edib: “ADGM-in nüfuzlu çərçivəsi üzrə tənzimləyici statusun əldə edilməsi bizim uyğunluğa, şəffaflığa və istifadəçi müdafiəsinə olan dərin sadiqliyimizi əks etdirir. ADGM dünyanın ən hörmətli maliyyə tənzimləyicilərindən biridir və onların ‘qızıl standart’ çərçivəsi altında FSRA lisenziyasına sahib olmaq "Binance"in uyğunluq, idarəetmə, risklərin idarə olunması və istehlakçıların qorunması üzrə ən yüksək beynəlxalq standartlara cavab verdiyini göstərir”. 

Tenq əlavə edib: “Bu lisenziya tənzimləyici aydınlıq və legitimlik təmin edir və "Binance"in qlobal əməliyyatlarını ADGM-dən dəstəkləməsinə imkan yaradır. Qlobal fəaliyyətimiz dünyanın müxtəlif ölkələrində istedad və innovasiyadan yararlanaraq paylanmış şəkildə qalır, lakin bu tənzimləyici baza istifadəçilərimizə "Binance"in beynəlxalq səviyyədə tanınmış, ‘qızıl standart’ çərçivəsi altında fəaliyyət göstərdiyinə dair tam əminlik verir. FSRA-nın innovasiyanı təşviq edərkən istifadəçiləri qoruyan uzaqgörən yanaşmasına görə minnətdarıq”. 

ADGM-in sədri, Zati-aliləri Əhməd Casim Əl-Zaabi bildirib: “Biz rəqəmsal aktivlər və maliyyə innovasiyası sahəsində qlobal aparıcı oyunçu olan" Binance"i ADGM-də salamlamaqdan məmnunuq. Onların iştirakı Əbu-Dabinin innovasiya, dayanıqlı inkişaf və maliyyənin gələcəyi üçün aparıcı beynəlxalq mərkəz kimi mövqeyini daha da möhkəmləndirir. Biz onların ADGM-in qabaqcıl tənzimləyici çərçivəsi və dinamik ekosistemindən istifadə edərək daha innovativ, inklüziv və gələcəyə hazır qlobal maliyyə sektorunun formalaşmasına töhfə verəcəyini səbirsizliklə gözləyirik”. 

Dünya üzrə 300 milyon qeydiyyatdan keçmiş istifadəçi və 125 trilyon dollardan çox ümumi ticarət həcmi ilə "Binance" rəqəmsal aktiv ekosisteminin inkişafına rəhbərlik etməyə davam edir və təhlükəsiz, şəffaf və tam uyğunluğa malik infrastruktur qurur. ADGM-in güclü maliyyə xidmətləri rejimi altında fəaliyyət göstərmək "Binance" istifadəçilərinə yüksək səviyyəli nəzarət və istehlakçı müdafiəsi standartlarından faydalanmağa imkan verir və platformanın institusional və pərakəndə istifadəçilər üçün növbəti inkişaf mərhələsinə keçidini dəstəkləyir.

Zəruri əməliyyat hazırlıqları tamamlandıqdan sonra, "Binance.com" 5 yanvar 2026-cı il tarixindən etibarən ADGM tərəfindən tənzimlənən fəaliyyətlərinə başlayacaq. Bu mühüm mərhələ "Binance"in rəqəmsal maliyyə tənzimlənməsi sahəsində lider mövqeyini daha da gücləndirir. Eyni zamanda BƏƏ-nin maliyyə xidmətlərində innovasiya üçün qlobal mərkəz kimi yüksəlişini, açıq tənzimləyici çərçivələri və güclü istedad bazası ilə dəstəkləndiyini təsdiqləyir.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Nazirlik “Qarabağ Universiteti” üçün 7 milyonluq müqavilə imzalayıb

10.12.2025

"Grok" İlon Maskı "xilas etmək" üçün Yer əhalisinin yarısının məhvinə razılaşdı

10.12.2025

Azərbaycanda ÜDM istehsalı 1,6% artıb

10.12.2025

"Binance” ADGM çərçivəsi üzrə qlobal lisenziya alan ilk kriptovalyuta birjası oldu

10.12.2025

Yaddaş kartları bahalaşdı, "Nintendo" bir həftədə 14 milyard dollar itirdi

10.12.2025

Mərkəzi Bank tender elan edib

10.12.2025

Alimentlə bağlı yeni QAYDA

10.12.2025

Diplomatlar attestasiyadan keçəcəklər - Qaydalar müəyyənləşdi

10.12.2025

Baş nazir iclas keçirdi - Tapşırıqlar verildi

10.12.2025

“Yüksəliş” müsabiqəsinin keçirilməsinə 1 milyon manat ayrıldı

10.12.2025

Prezident rektoru işdən çıxardı - Yeni təyinat

10.12.2025

Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzində mənimsəmə - Cinayət işi açıldı

10.12.2025

"Xiaomi" gəlirsizlik səbəbindən 1000-dən çox mağazanı bağlayacaq

10.12.2025

Yeni icra başçısı daha bir məmuru işdən çıxardı

10.12.2025

Əsas kapitala 16 mlrd. manatdan çox investisiya yönəldilib

10.12.2025

BP Cəbrayıla 13 milyon dollarlıq günəş panelləri gətirib

10.12.2025

Nazirlik rəsmisi: Bəzi qanunlar müasir çağırışlarla uzlaşmır

10.12.2025

Bakı–Bratislava birbaşa uçuşları başlayır

10.12.2025

Süni intellekt 2026-da bütün qaydaları dəyişəcək

10.12.2025

Məzuniyyətlə bağlı nələr dəyişir? - Şöbə müdiri açıqlayır

10.12.2025

Məzənnə

Yüklənir...