Redaktor
Bələdiyyə fəaliyyətində əsas pozuntular - SİYAHI
Bələdiyyələrin fəaliyyətində rast gəlinən pozuntular əsas etibarilə bələdiyyə torpaqlarının idarə edilməsi, maliyyə vəsaitlərindən istifadə, şəffaflıq və hesabatlılığın təmini, bələdiyyə idarəçiliyi və digər məsələləri əhatə edir.
Valyuta.az xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi zamanı bildirilib.
Təhlillərin nəticələrinə əsasən yerli özünüidarəetmə fəaliyyətində yol verilən aşağıdakı səciyyəvi nöqsanları göstərilir:
bələdiyyənin adından başqalarına hüquq verən saxta sənədlərin hazırlanması;
bələdiyyə mülkiyyətinə aid torpaq sahələrinin saxta sənədlər əsasında satılması;
bələdiyyənin vəzifəli şəxsləri tərəfindən bələdiyyə əmlakı barəsində təkbaşına qərar verilməsi;
bələdiyyənin vəzifəli şəxsləri tərəfindən bələdiyyə torpaqlarının istifadəsi və mühafizəsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməməsi;
bələdiyyə əmlakının mənimsənilməsi və ya israf edilməsi;
bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətinin, habelə hərraca və ya müsabiqəyə çıxarılan torpaqların ilkin qiymətinin bazar qiyməti nəzərə alınmadan real dəyərindən daha aşağı müəyyən edilməsi;
bələdiyyənin vəzifəli şəxslərinin səhlənkarlığı nəticəsində yerli vergi və ödənişlərin, o cümlədən icarə haqlarının toplanması işinin aşağı səviyyədə təşkil edilməsi, bununla da bələdiyyənin maliyyə vəziyyətinin əsaslı şəkildə pisləşməsi.
Bələdiyyələrin fəaliyyəti ilə bağlı vətəndaş şikayətlərinin əsas səbəbləri araşdırılıb və təhlil nəticəsində məlum olub ki:
Bakı şəhəri üzrə bələdiyyələr tərəfindən əsasən ötən dövrlərdə qanunsuz torpaq sahələrinin ayrılması, vergiödəmə obyektlərinin uçotu və yerli vergilərin hesablanmasında qanunvericiliyin tələblərinin pozulması, yerli əhəmiyyətli məsələlərin həlli, o cümlədən abadlaşdırma və yaşıllıqların mühafizəsi ilə bağlı vəzifələrin lazımi səviyyədə yerinə yetirilməməsi hallarına rast gəlinir;
Region bələdiyyələri üzrə isə əsasən torpaq sahəsinin ayrılması ilə bağlı qanunvericiliyin tələblərinə əməl edilməməsi, bələdiyyə torpaqlarının zəbt edilməsi və ya təyinatından kənar istifadə olunması, qeyri-qanuni istifadə edilən, habelə icarə müddəti bitmiş torpaqların bələdiyyənin sahibliyinə qaytarılması və dəymiş ziyanın ödənilməsi istiqamətində hər hansı tədbirin görülməməsi kimi nöqsanlara yol verilir.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSüni intellektdə milyard dollarlıq tapmaca: Rəqəmlər yalan danışır?
27.02.2026"Kasıb olsanız belə, uduzan olmayın - indi gümüşə investisiya edin" - Robert Kiyosaki
27.02.2026Uşaqlarda məzmun istehsalı və rəqəmsal təhlükəsizlik - 6 vacib qayda
27.02.2026
Azərbaycanın 67 şəhərin Baş planı təsdiq olunub
27.02.2026"Nvidia" bu il fərdi kompüterlər üçün öz prosessorlarını buraxacaq
27.02.2026“Zeytun Pharmaceuticals” ilə 6,48 milyonluq müqavilə imzalanıb
27.02.2026ABŞ-ın tarif dəyişikliyi: Dollar uduzur, Çin qazanır
27.02.2026"İçərişəhər"də minatəmizləmə fəaliyyətinə icazə verildi
27.02.2026Azərbaycanda məşhur otel bağlandı - FOTOLAR
27.02.2026Azərbaycanda uşaqların sosial şəbəkələrə girişi qadağan olunacaq
27.02.2026Nazir direktoru işdən çıxardı
27.02.2026Milyarder Larri Ellison Trampın qonşuluğuna köçdü
27.02.2026Bakı Biznes Mərkəzi borca düşüb
27.02.2026Şamaxıda 4.7 maqnitudalı zəlzələ olub
27.02.2026Azərbaycan 7 ölkədən səməni idxal edib - SİYAHI/MƏBLƏĞ
27.02.2026İcbari Sığorta Bürosunda yeni təyinat
27.02.2026Könüllü sığorta yığımlarında 4 milyonluq itki
27.02.2026Dollardan qaçış qızıla təkan verəcəkmi? - "JPMorgan"dan rekord ssenari
27.02.2026
Milli valyutada əmanətə ən yüksək faiz verən rayonlar - SİYAHI
27.02.2026