Redaktor
Bank olmayan kredit təşkilatı filiallar üçün müdirlər axtarır
"International BOKT" filiallarında çalışmaq istəyən mütəxəssislər üçün bir sıra vakansiyalar elan edib.
Valyuta.az xəbər verir ki, Bakı, Sumqayıt, Cəlilabad, Gəncə, Qazax, Sabirabad və Ağdaş filiallarında filial müdiri və filial müdiri müavini vəzifələri üzrə işçi qəbulu aparılır.
Bununla yanaşı, Bakıda açılacaq yeni filiallar üçün filial müdiri və satış üzrə qrup rəhbəri vakansiyaları da elan olunub.
Filial müdiri vəzifəsinə qəbul olunacaq şəxslər filialın gündəlik fəaliyyətinin səmərəli təşkil edilməsi və idarə olunması, satış planlarının hazırlanması və icrası, kredit portfelinin keyfiyyətinə nəzarət, problemli kreditlərin idarə olunması, yeni müştərilərin cəlb edilməsi, filial əməkdaşlarının işinin koordinasiyası və peşəkar inkişafının təmin edilməsi, həmçinin maliyyə və əməliyyat göstəriciləri üzrə hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsinə cavabdeh olacaqlar.
Namizədlərdən maliyyə, iqtisadiyyat, idarəetmə və ya əlaqəli sahə üzrə ali təhsil, bank və ya bank olmayan kredit təşkilatında minimum 3 il, rəhbər vəzifədə isə ən azı 1 il iş təcrübəsi tələb olunur. Həmçinin kredit məhsulları, kredit riskləri və satış prosesləri üzrə biliklər, liderlik və komanda idarəetmə bacarıqları, analitik düşünmə və qərarvermə qabiliyyəti, Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı, eləcə də MS Office proqramlarında sərbəst işləmək bacarığı üstünlük hesab edilir.
Şirkət tərəfindən rəqabətqabiliyyətli əmək haqqı, bonus və motivasiya sistemi, əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə, peşəkar inkişaf və karyera yüksəlişi imkanları təklif olunur. İş qrafiki bazar ertəsindən cümə gününədək saat 09:00–18:00-dır.
Maraqlanan namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Elektron məktubun mövzu hissəsində müraciət edilən vəzifə və filialın adı qeyd olunmalıdır. Məsələn, "Filial müdiri – Bakı" və ya "Filial müdiri müavini – Qazax".
Qeyd edək ki, "International BOKT"un baş ofisi üçün onlayn satış və telemarketinq mütəxəssisi vəzifəsi üzrə də namizəd qəbulu davam edir.
Sərvanə Rəmixanova
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSüni intellektdən məsləhət aldı və 100 milyon gəliri olan şirkət qurdu
28.07.2026Analitiklər bu ilin ən perspektivli 10 səhmini açıqlayıb
28.07.2026UNEC-dən tələbələrə startap imkanı: qaliblərə maliyyə dəstəyi veriləcək
28.07.2026
"Meqa Həyat Sığorta"nın aktivləri azalıb, xərcləri artıb
28.07.2026Büdcə kəsiri ilə üzləşən şirkətlər nə etməlidir?
28.07.2026AZCON Holding və “Amazon Web Services” əməkdaşlığı genişləndirir
28.07.2026Özəl şirkətlər ƏDV hesablarındakı vəsaiti DSMF-yə yönəldə biləcək
28.07.2026“Ziraat Bank Azərbaycan”ın kredit portfeli bir ildə 33% böyüyüb
28.07.2026"Multiverse Computing" şirkəti 500 milyon avro investisiya cəlb etməyi hədəfləyir
28.07.2026"Mercedes"in gəliri azalsa da, mənfəəti gözləntiləri üstələdi
28.07.2026
Yüksək satış varsa, o biznes uğurludur?
28.07.2026Çip sektorundakı qlobal satış dalğası "Bitcoin"i də ucuzlaşdırdı
28.07.2026"Nvidia" süni intellekt təhlükəsizliyi üçün nəhəng şirkətlərlə ittifaq yaratdı
28.07.2026Fərqli sənayelərin ilk milyarderləri
28.07.2026Amazon süni intellect xərcləri səbəbindən minlərlə işçini yenidən işə götürdü
28.07.2026Nvidia və SK Group 500 milyard dollarlıq süni intellekt infrastruktur layihəsinə başlayır
28.07.2026