Redaktor
"Azər Türk Bank"ın mənfəəti azalıb
Azər Türk Bank 2025-ci ilin IV rübünü 10 milyon 131 min manat xalis mənfəətlə başa vurub.
Valyuta.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11 milyon 177 min manat və ya 52,5% azdır.
Faiz gəlirləri 2025-ci ildə 126 milyon 760 min manat təşkil edib. Bu göstərici əvvəlki illə müqayisədə 19 milyon 539 min manat və ya 18,2% artıb. Lakin gəlirlərlə paralel olaraq faiz xərcləri daha sürətlə artaraq 64 milyon 855 min manata çatıb. Bu, illik müqayisədə 35,8% artımdır.
Xərclərin strukturunda əsas yük depozitlər üzrə faizlərə düşür. Bu istiqamətdə ödənişlər 31,9% artaraq 55 milyon 871 min manata qalxıb. Cəlb edilmiş kreditlərə görə faizlər isə 11,7% artaraq 4 milyon 819 min manata çatıb.
Bununla yanaşı, qeyri-faiz xərcləri də artmaqda davam edib. 2025-ci ilin IV rübündə bu xərc qrupu 78 milyon 329 min manat təşkil edib ki, bu da illik müqayisədə 17,6% artım deməkdir.
Bankın kredit portfeli üzrə göstəricilərdə isə azalma müşahidə olunub. 2025-ci ilin sonuna müştərilərə verilmiş kreditlər 787 milyon 352 min manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12 milyon 541 min manat və ya 1,6% azdır.
Kredit portfelinin əsas istiqaməti olan biznes kreditləri üzrə göstəricilər də geriləyib. 2024-cü ildə 311 milyon 817 min manat olan bu göstərici 2025-ci ildə 252 milyon 503 min manata düşüb. Nəticədə biznes kreditləri 59 milyon 314 min manat və ya 19,0% azalıb.
Öhdəliklər üzrə göstəricilərə gəldikdə isə, Mərkəzi Bank və dövlət fondları qarşısında olan öhdəlikləri artaraq 205 milyon 958 min manata (7,5% artım) çatıb. Əvəzində, kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər 13,9% azalaraq 243 milyon 891 min manata düşüb.
Mayya Hüseynova
Əlaqəli Xəbərlər
"Ziraat Bank Azərbaycan": Mənfəət artsa da, xərclər və risklər yüksəlir
“Yapı Kredi Bank Azərbaycan”dan əhali 10 milyon manatlıq depoziti geri çəkib
Expressbank-ın mənfəəti kəskin azaldı - TƏHLİL
“AccessBank”ın maliyyə institutlarına borcu 335 milyon manata çatıb
“Unibank”ın mənfəəti artıb, lakin faiz xərcləri marjanı sıxışdırır
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər2026-cı ildə yüksək maaşlı işlər üçün CV-də olmalı 3 əsas bacarıq
06.03.2026Ekspertlər hazırda almaq üçün ən yaxşı üç büdcə smartfonunu açıqladı
06.03.2026Azərbaycanda qadın sahibkarlara ayrılan qrantın məbləği açıqlandı
06.03.2026İran-Azərbaycan sərhədində yük avtomobillərinin buraxılışına başlanıldı
06.03.2026Süni intellektdə "qırmızı xətt" mübahisəsi iki texnologiya nəhəngini qarşı-qarşıya gətirdi
06.03.2026Turist izdihamı olmayan cənnət: Bu yay ziyarət etməyə dəyər 5 Aralıq dənizi adası
06.03.2026BP yayda AÇG-də dərin laylardan qaz hasilatına başlayacaq
06.03.2026
İlham Əliyev Azərbaycan qadınlarını təbrik etdi
06.03.2026“Qaynar” bazara girən startapların ən böyük səhvi açıqlanıb
06.03.2026Azərbaycanda kompüterlərin bazar payı azalıb, mobil istifadə artıb
06.03.2026“Qaradağ Şüşə Zavodu” investisiya müsabiqəsinə çıxarılıb
06.03.2026Neft 150 dollara... - Qətərdən qlobal iqtisadiyyatı məhv edə biləcək ssenari barədə xəbərdarlıq
06.03.2026
Dövriyyəsi kəskin azalan investisiya şirkətləri - CƏDVƏL
06.03.2026"Azərpambıq"ın xaricə satışdan gəlirləri 1,5 milyon dollar azalıb
06.03.2026Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur ®
06.03.2026Azərbaycana gələn əcnəbilər arasında işsizlərin sayı artıb
06.03.2026