“AccessBank”ın maliyyə institutlarına borcu 335 milyon manata çatıb

Redaktor

15.01.2026 11:32
414

“AccessBank”ın maliyyə institutlarına borcu 335 milyon manata çatıb

“AccessBank” 2025-ci ilin IV rübünün nəticələrini açıqlayıb. 

Valyuta.az xəbər verir ki, bank  yanvar-dekabr aylarını 49 milyon 52 min manat xalis mənfəətlə başa vurub.  

Bu rəqəm ötən ilin eyni dövrünə nisbətən 5 milyon 010 min manat və ya 9,3% azdır. 

Hesabat dövründə bankın faiz gəlirləri 31 milyon 742 min manat və ya 14,1% artaraq 256 milyon 176 min manat olub.

Əsas artım müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirlərində (31 milyon 188 min manat) müşahidə edilib. IV rübdə “AccessBank”ın faiz xərcləri ötən ilin eyni dövrünə nisbətən 19,0% artaraq 84 milyon 192 min manatdan (IV rüb 2024) 100 milyon 208 min manata yüksəlib. Bu artım əsasən depozitlər üzrə faizlər (76 milyon 129 min manat) və cəlb edilmiş kreditlərə görə ödənilən faizlər (23 milyon 8 min manat) ilə bağlıdır. 

Bankın qeyri-faiz gəlirləri komissiya gəlirləri hesabına 432 min manat artaraq bu ilin IV rübündə 18 milyon 546 min manata enib. Qeyri-faiz xərcləri isə 10 milyon 376 min manat artaraq 98 milyon 178 min manata yüksəlib. 

Ümumilikdə, bankın mənfəət vergisindən əvvəlki mənfəəti 60 milyon 083 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 4,7% azalma deməkdir. 2024-cü ilin ilk rübündə bu rəqəm 63 milyon 060 min manat təşkil edib.

Hesabat dövründə “AccessBank”ın cəmi aktivləri 19,2% və ya 285 min 75 manat artaraq 1 milyard 770 milyon 369 min manata, cəmi öhdəlikləri isə 17,9% artaraq 1 milyard 537 milyon 658 min manata bərabər olub. Bu artım əsasən kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər - 2024-cü ildəki 197 milyon 501 min manatdan 335 milyon 438 min manata yüksəlməsi ilə olub. Artım 137 milyon 937 min manat və ya 69,9% olub.

Qeyd edək ki, “AccessBank” 2002-ci ildə dövlət qeydiyyatına alınıb. 

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

2026-cı ildə yüksək maaşlı işlər üçün CV-də olmalı 3 əsas bacarıq

06.03.2026

Ekspertlər hazırda almaq üçün ən yaxşı üç büdcə smartfonunu açıqladı

06.03.2026

Azərbaycanda qadın sahibkarlara ayrılan qrantın məbləği açıqlandı

06.03.2026

İran-Azərbaycan sərhədində yük avtomobillərinin buraxılışına başlanıldı

06.03.2026

Süni intellektdə "qırmızı xətt" mübahisəsi iki texnologiya nəhəngini qarşı-qarşıya gətirdi

06.03.2026

Turist izdihamı olmayan cənnət: Bu yay ziyarət etməyə dəyər 5 Aralıq dənizi adası

06.03.2026

BP yayda AÇG-də dərin laylardan qaz hasilatına başlayacaq

06.03.2026
İlham Əliyev Azərbaycan qadınlarını təbrik etdi

İlham Əliyev Azərbaycan qadınlarını təbrik etdi

06.03.2026

“Qaynar” bazara girən startapların ən böyük səhvi açıqlanıb

06.03.2026

Azərbaycanda kompüterlərin bazar payı azalıb, mobil istifadə artıb

06.03.2026

“Qaradağ Şüşə Zavodu” investisiya müsabiqəsinə çıxarılıb

06.03.2026

Neft 150 dollara... - Qətərdən qlobal iqtisadiyyatı məhv edə biləcək ssenari barədə xəbərdarlıq

06.03.2026
Dövriyyəsi kəskin azalan investisiya şirkətləri

Dövriyyəsi kəskin azalan investisiya şirkətləri - CƏDVƏL

06.03.2026

"Azərpambıq"ın xaricə satışdan gəlirləri 1,5 milyon dollar azalıb

06.03.2026

Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur ®

06.03.2026

Azərbaycana gələn əcnəbilər arasında işsizlərin sayı artıb

06.03.2026
Daha bir Azərbaycan bankı bağlanır - öhdəlikləri ABB-yə ötürülür

Daha bir Azərbaycan bankı bağlanır - öhdəlikləri ABB-yə ötürülür

06.03.2026

Startap rəhbəri gəlir rəqəmləri barədə yalan danışdığını etiraf etdi

06.03.2026

Mərkəzi Bank bu şirkəti 31 min dollar cərimələdi - 600 mindən çox vergi borcu da var

06.03.2026

Ceyhun Bayramov: İran tərəfi məsələni araşdırmağa ciddi şəkildə söz verdi, biz də nəticələri gözləyirik

06.03.2026

Məzənnə

Yüklənir...