Redaktor
Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun vaxtı uzadılıb
Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun vaxtı uzadılıb.
Valyuta.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən xəbər verilib.
Bildirilib ki, ali təhsil müəssisələrinə, həmçinin tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 6 mart saat 13:00-da başa çatacaq.
Ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak etməlidirlər. Elektron ərizəsi təsdiq olunmayan abituriyentlər müsabiqəyə buraxılmırlar.
Qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlərin nəzərinə:
“Azərbaycan dili (dövlət dili kimi)” fənni imtahanından “məqbul” ala bilməyən abituriyentlər ali və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üçün keçirilən müsabiqəyə buraxılmırlar.
“Azərbaycan dili (dövlət dili kimi)” fənni üzrə imtahanın nəticələri iki il qüvvədə olduğundan, 2024 cü ildə bu imtahandan “məqbul” alan abituriyentlər cari ildə bu imtahanda iştirak etmirlər.
Qeyd edək ki, indiyə qədər qeydiyyatdan keçən abituriyentlərin sayı 128073 nəfərdir.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMİDA daha bir şəhərdə yaşayış kompleksi tikəcək
24.02.2026Prezident təsdiq etdi: Kimlərin maaşları artacaq?
24.02.2026Pirəkəşkül məktəblisi nüfuzlu universitetdə 82 minlik təqaüd qazandı
24.02.2026
Kassirlər POS terminal seçimində niyə kartın hansı banka aid olduğunu soruşur?
24.02.2026Azərbaycan neftinin qiyməti 73 dolları keçdi
24.02.2026
Qiyməti artdıqca müştərisi artan biznes - Yeni başlayan ayda 5-12 min qazanır
24.02.2026Kripto araşdırmaçısından böyük iddia: “Şirkətdəki "insider" əməliyyatlarını ifşa edəcəyəm”
24.02.2026Rubl və avro ucuzlaşır
24.02.2026