Redaktor
Hər il daha da varlanan insanların 6 gündəlik vərdişi
Deyilir ki, həyatı dəyişmək böyük addımlarla deyil, hər gün təkrarlanan kiçik vərdişlərlə mümkündür. Məsələn, özünü uğurlu hiss etmək üçün ev dəyişmək və ya işdən ayrılmaq əvəzinə, hər gün bir neçə dəfə jim etmək kifayət edə bilər. Çünki kiçik dəyişiklikləri uzunmüddətli qoruyub saxlamaq daha asandır. Bu dəyişikliklər davamlı tətbiq olunduqda isə böyük nəticələrə gətirib çıxarır.
Eyni prinsip pul və varlanmaq məsələsinə də aiddir. Sərvətini ildən-ilə artıran insanlar bir səhər oyanıb gəlir gətirən yeni kosmik texnologiya icad etmirlər. Onlar maliyyə hədəflərinə fokuslanmağa və istiqamətdə qalmağa kömək edən ardıcıl gündəlik vərdişlər formalaşdırırlar. Çünki sərvət toplamaq zaman və səbir tələb edir.
Ekspertlərin fikrincə, hər il daha da varlanan insanların altı gündəlik vərdişi bunlardır:
Onlar gündəlik qeydlər aparırlar
Sərvət quruculuğunda məqsədlərin müəyyənləşdirilməsi və aydın istiqamətin olması əsas şərtdir. Bu isə mütəmadi olaraq düşünmək və qiymətləndirmə aparmaq deməkdir. "Legacy Counsellors, PC" şirkətinin prezidenti Kevin D. Quinn bildirir ki, davamlı olaraq varlanan şəxslər gündəlik jurnal və ya planlayıcı vasitəsilə özləri ilə “yoxlama” aparır, hədəflərini izləyir və inkişaf düşüncə tərzini gücləndirirlər. Qeydlər aparmaq insanlara məqsədlərini dəqiqləşdirməyə və gördükləri işi həmin məqsədlərlə əlaqələndirməyə kömək edir. "Entrepreneur.com" saytında Aytekin Tank yazır ki, gündəlik yazı və düşüncə prosesi onun biznes ideyasını gəlirli şirkətə çevirməsində əsas rol oynayıb. Onun sözlərinə görə, bu vərdiş fikirləri “aydın və həyata keçirilə bilən” formaya salmağa kömək edib.
Onlar maliyyə barədə hər gün yeni nəsə öyrənirlər
"Credwise" nəşrinin maliyyə redaktoru və şəxsi maliyyə eksperti Uilyam Berqmarkın sözlərinə görə, sərvət toplayan insanlar öyrənməyə maraqlı və açıq olurlar. Onlar hər gün bir neçə dəqiqə ayıraraq maliyyə mövzusunda məqalə oxuyur, podkast dinləyir və ya büdcə, investisiya və pul psixologiyası barədə videolara baxırlar. Maliyyə savadlılığı olmadan sərvəti artırmaq mümkün deyil. Pulun necə işlədiyini bilmədən onu çoxaltmaq çətindir. Maliyyə bilikləri həm düzgün qərar verməyə, həm də bahalı səhvlərdən qaçmağa imkan yaradır.
Onlar vaxtlarını ciddi şəkildə qoruyurlar
Hesabınızı böyütmək istəyirsinizsə, diqqətinizi yayındıran amillərə qarşı sərhədlər qoymalısınız. Daim başqalarının xahişlərinə “hə” demək, həddindən artıq öhdəlik götürmək və tükənmişlik sərvət quruculuğuna kömək etmir. "Real Entrepreneur Women" şirkətinin təsisçisi və baş icraçı direktoru Sofi Musumeci bildirir ki, varlı insanlar vaxtlarını dəyərli aktiv kimi qoruyurlar. Onlar həddindən artıq öhdəlik götürmür və hamını razı salmağa çalışmırlar. Təqvimlərinə hörmət edir, vacib məsələlərə, o cümlədən istirahətə vaxt ayırırlar. Unutmaq olmaz ki, “yox” sözü tam bir cümlədir.
Onlar maliyyə vəziyyətlərini mütəmadi yoxlayırlar
Sərvətini artırmaqda qərarlı olan insanlar maliyyə vəziyyətlərini davamlı olaraq nəzərdən keçirirlər. Onlar sadəcə ümid etmirlər, konkret rəqəmlərlə işləyirlər. Bank çıxarışlarının, kredit kartı hesabatlarının və yaxınlaşan ödənişlərin yoxlanılması xərclərə nəzarəti artırır, mümkün saxtakarlıq hallarını erkən aşkar etməyə kömək edir və şüurlu qərarların qəbuluna şərait yaradır. Bu, eyni zamanda daha effektiv büdcə planlaşdırmasına imkan verir.
Onlar investisiya edirlər
Sərvəti artırmağın ən effektiv yollarından biri pulu işlətməkdir. Hər gün əlavə vəsait yatırmaq vacib olmasa da, artıq investisiya olunmuş vəsaitin faiz üzərinə faiz prinsipi ilə artması uzunmüddətli uğurun əsasını təşkil edir. Uilyam Berqmarkın sözlərinə görə, uzunmüddətli perspektivdə varlanan insanlar “kifayət qədər pul yığandan sonra” investisiya etməyi gözləmirlər. Onlar mümkün qədər tez başlayırlar. Məbləğin 10 dollar və ya 500 dollar olmasından asılı olmayaraq, əsas məsələ pulun işlədilməsi vərdişini formalaşdırmaqdır. Onlar bilirlər ki, nə qədər tez başlasalar, vəsaitləri mürəkkəb faiz hesabına bir o qədər çox artacaq. Bazar qeyri-müəyyən olduqda belə, onlar investisiyanı qısa məsafəli qaçış deyil, marafon kimi qiymətləndirərək davamlı qalırlar.
Onlar qazandıqlarından az xərcləyirlər
Bu, sadə riyaziyyatdır. Qazandığınız bütün vəsaiti xərcləyirsinizsə, xalis sərvətinizi artırmaq mümkün deyil. Sərvət qurmaq istəyən insanlar gəlirlərindən az xərcləməyə xüsusi diqqət yetirirlər. Berqmark qeyd edir ki, onlar gəlir artdıqca xərclərin də artması tələsinə düşmürlər. Əksinə, daha təvazökar həyat tərzi seçir və vəsaiti yığım üçün ayırırlar. Bu, xəsis olmaq deyil, maliyyə gələcəyinə nəzarət etmək deməkdir.
Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Apple" "iPhone 18 Pro" üçün qırmızı rəngi sınaqdan keçirir
23.02.2026İnternetdəki ruhlar: Süni intellekt agentləri dünyanı ələ keçirir?
23.02.2026İnsanı işini sevdirən səbəblər - Alimlərdən maraqlı tədqiqat
23.02.2026Mark Kyuban deyir ki, tənəzzül dövründə bu 7 addımı atmalısınız
23.02.2026Mebel idxalına çəkilən xərclər azalıb
23.02.2026ABŞ-nin Azərbaycandakı səfirliyinin məsul əməkdaşına hökm oxundu
23.02.2026Hər il daha da varlanan insanların 6 gündəlik vərdişi
23.02.2026İş müsahibələrinin kabusu: Maaş barədə suala necə cavab vermək lazımdır?
23.02.2026Avropa ölkəsi yeni qaz mərkəzi olmağı hədəfləyir
23.02.2026Dünya milyarderlərinə məxsus lüks yaxtalar - SİYAHI
23.02.2026Bakıda 1,3 milyon manata məktəb tikiləcək
23.02.2026"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®
23.02.2026Qumar saytından 2 min pul uddu, 3 min manat cərimələndi
23.02.2026“Mərkəzi Neftçilər Xəstəxanası” şöbələrinin təmirinə 3 milyon ayırdı
23.02.2026Nazirin iki müavini vəzifəsindən azad edildi
23.02.2026Azərbaycanda ən çox tütün istehsal edilən şəhərlər - SİYAHI
23.02.2026Naxçıvanda yüksəkvəzifəli məmur işdən çıxarıldı
23.02.2026Azərbaycan vətəndaşları Türkiyədən nə qədər mənzil alıb?
23.02.2026