Redaktor
ABŞ-nin Azərbaycandakı səfirliyinin məsul əməkdaşına hökm oxundu
ABŞ-nin Azərbaycandakı səfirliyinin təsərrüfat şöbəsinin məsul əməkdaşı Rafiq Göyüşovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Valyuta.az "Teleqraf"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Rafiq Göyüşovun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib.
Ona 3 il sınaq müddəti olmaqla şərti cəza verilib.
İttihama görə, Rafiq Göyüşov Nəsimi rayonu, S. Vurğun küçəsində yerləşən "Turkish Red Bricks” yaşayış kompleksində diplomatik korpusun işçilərinə kirayə mənzillərin tutulması və avtomobillərin parklanması üçün əlavə ödənişlərin həyata keçirilməsinin zəruriliyini səfirliyinin aidiyyəti vəzifəli şəxslərinə bildirib, onları aldadıb.
O, inam yaratmaq üçün cinayətin törədilməsinə aidiyyəti olmayan tanışı Azər Səmədovu səfirlik əməkdaşlarının yaşadığı yaşayış binalarında təsərrüfat və digər bu kimi işlərdən məsul olan şəxs kimi təqdim edib. Əldə olunan pullar Səmədovun bank hesabına köçürülüb.
İstintaq materiallarına əsasən, Göyüşovun qanunsuz əməllərindən biri xaricdən gələn səfir və digər diplomatların müvəqqəti yerləşdirilməsi üçün ayrılan vəsaitlərin ələ keçirilməsi ilə bağlıdır. Məsələn, qonaq üçün günlük 200 manata kirayə mənzil tutulduğu halda, o, sənədlərdə bu məbləği 400 manat kimi göstərib. Bu və digər oxşar halların nəticəsində yarım milyondan artıq vəsait ələ keçirilib.
Qeyd edək ki, Rafiq Göyüşov dəymiş ziyanı ödəməyib. Təqsirli bilinərsə, onu 10 ildən 14 ilədək həbs cəzası gözləyir.
Rafiq Göyüşova Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Onun barəsində məhkəməyə qədər polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Apple" "iPhone 18 Pro" üçün qırmızı rəngi sınaqdan keçirir
23.02.2026İnternetdəki ruhlar: Süni intellekt agentləri dünyanı ələ keçirir?
23.02.2026İnsanı işini sevdirən səbəblər - Alimlərdən maraqlı tədqiqat
23.02.2026Mark Kyuban deyir ki, tənəzzül dövründə bu 7 addımı atmalısınız
23.02.2026Mebel idxalına çəkilən xərclər azalıb
23.02.2026ABŞ-nin Azərbaycandakı səfirliyinin məsul əməkdaşına hökm oxundu
23.02.2026Hər il daha da varlanan insanların 6 gündəlik vərdişi
23.02.2026İş müsahibələrinin kabusu: Maaş barədə suala necə cavab vermək lazımdır?
23.02.2026Avropa ölkəsi yeni qaz mərkəzi olmağı hədəfləyir
23.02.2026Dünya milyarderlərinə məxsus lüks yaxtalar - SİYAHI
23.02.2026Bakıda 1,3 milyon manata məktəb tikiləcək
23.02.2026"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®
23.02.2026Qumar saytından 2 min pul uddu, 3 min manat cərimələndi
23.02.2026“Mərkəzi Neftçilər Xəstəxanası” şöbələrinin təmirinə 3 milyon ayırdı
23.02.2026Nazirin iki müavini vəzifəsindən azad edildi
23.02.2026Azərbaycanda ən çox tütün istehsal edilən şəhərlər - SİYAHI
23.02.2026Naxçıvanda yüksəkvəzifəli məmur işdən çıxarıldı
23.02.2026Azərbaycan vətəndaşları Türkiyədən nə qədər mənzil alıb?
23.02.2026