Mark Kyuban deyir ki, tənəzzül dövründə bu 7 addımı atmalısınız

Redaktor

23.02.2026 21:45
68

Mark Kyuban deyir ki, tənəzzül dövründə bu 7 addımı atmalısınız

Milyarder Mark Kyuban "Dallas Mavericks" basketbol klubunun sahibi və "ABC" telekanalında yayımlanan "Shark Tank" verilişinin uzunmüddətli iştirakçısı kimi tanınır. O, eyni zamanda ardıcıl sahibkar və sosial mediada fəal mövqeyi ilə seçilən ictimai fiqurdur. Onun təkcə "X" (əvvəlki "Twitter") və "Bluesky" platformalarında ümumilikdə 10 milyona yaxın izləyicisi var.

Kyuban iqtisadi geriləmə dövrünü daha az itki ilə keçirmək üçün yeddi tövsiyə səsləndirib:

Kyubanın fikrincə, ilk növbədə borcların yenidən maliyyələşdirilməsi vacibdir. Yüksək faizli kredit kartı borclarını daha aşağı faizli fərdi kredit və ya 0 faizli balans köçürmə kartı ilə əvəz etməklə xərcləri azaltmaq mümkündür. Lakin federal tələbə kreditləri üzrə gəlirə əsaslanan ödəmə planları və uzunmüddətli silinmə imkanları kimi üstünlüklər nəzərə alınaraq qərar verilməlidir.

İkinci vacib addım qənaətin artırılmasıdır. Kyuban qeyd edir ki, nağd vəsaiti olan şəxslərin böhran dövründə imkanları daha geniş olur. Əksər mütəxəssislər üç-altı aylıq yaşayış xərclərinə bərabər ehtiyat fondu tövsiyə etsələr də, bəzi ekspertlər bu müddətin səkkiz aya qədər artırılmasını məqsədəuyğun sayırlar.

O, həmçinin iqtisadi yavaşlamanın iş yerinə mümkün təsirlərini əvvəlcədən qiymətləndirməyi tövsiyə edir. İşəgötürənin ixtisar və ya maaş azaldılması ehtimalını nəzərə almaq, yeni bacarıqlar qazanmaq və peşəkar əlaqələri gücləndirmək riskləri azalda bilər.

Kyuban qənaətcil həyat tərzinin əhəmiyyətini də vurğulayır. O, lazımsız abunəlikləri dayandırmağı, evdə daha sərfəli yeməklər hazırlamağı, pulsuz əyləncə imkanlarından yararlanmağı, mümkün olduqda ikinci əl məhsullar almağı və müxtəlif endirimlərdən istifadə etməyi tövsiyə edir. Onun sözlərinə görə, aşağı xərclər daha az maliyyə stressi deməkdir.

Bundan əlavə, o, iqtisadi proqnozlara kor-koranə inanmağın doğru olmadığını bildirir. Kyuban qeyd edir ki, qlobal iqtisadiyyatda hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini əvvəlcədən dəqiq proqnozlaşdırmaq mümkün deyil və müxtəlif amillər gözlənilməz nəticələrə səbəb ola bilər.

Nəhayət, Kyuban iş yerində peşəkarlığın artırılmasının vacibliyini vurğulayır. Özünü obyektiv qiymətləndirmək, güclü tərəfləri müəyyənləşdirmək və zəif bacarıqları inkişaf etdirmək mühüm əhəmiyyət daşıyır. Müsbət münasibət, konstruktiv tənqidə açıqlıq, güclü ünsiyyət bacarığı, çeviklik, problem həll etmə qabiliyyəti və etibarlılıq əməkdaşın dəyərini artıran əsas xüsusiyyətlər kimi göstərilir.

Kyuban hesab edir ki, gələcəkdə nə baş verəcəyini dəqiq bilmək mümkün olmasa da, indidən maliyyə dayanıqlığını gücləndirmək və peşəkar bacarıqları inkişaf etdirmək istənilən ssenaridə faydalı olacaq.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Apple" "iPhone 18 Pro" üçün qırmızı rəngi sınaqdan keçirir

23.02.2026

İnternetdəki ruhlar: Süni intellekt agentləri dünyanı ələ keçirir?

23.02.2026

İnsanı işini sevdirən səbəblər - Alimlərdən maraqlı tədqiqat

23.02.2026

Mark Kyuban deyir ki, tənəzzül dövründə bu 7 addımı atmalısınız

23.02.2026

Mebel idxalına çəkilən xərclər azalıb

23.02.2026

ABŞ-nin Azərbaycandakı səfirliyinin məsul əməkdaşına hökm oxundu

23.02.2026

Hər il daha da varlanan insanların 6 gündəlik vərdişi

23.02.2026

İş müsahibələrinin kabusu: Maaş barədə suala necə cavab vermək lazımdır?

23.02.2026

Avropa ölkəsi yeni qaz mərkəzi olmağı hədəfləyir

23.02.2026

Dünya milyarderlərinə məxsus lüks yaxtalar - SİYAHI

23.02.2026

Bakıda 1,3 milyon manata məktəb tikiləcək

23.02.2026

"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

23.02.2026

Qumar saytından 2 min pul uddu, 3 min manat cərimələndi

23.02.2026

“Mərkəzi Neftçilər Xəstəxanası” şöbələrinin təmirinə 3 milyon ayırdı

23.02.2026

Nazirin iki müavini vəzifəsindən azad edildi

23.02.2026

Azərbaycanda ən çox tütün istehsal edilən şəhərlər - SİYAHI

23.02.2026

Naxçıvanda yüksəkvəzifəli məmur işdən çıxarıldı

23.02.2026

Azərbaycan vətəndaşları Türkiyədən nə qədər mənzil alıb?

23.02.2026
Özünü müflis elan edərək kredit borcunu sildirmək mümkündürmü?

Özünü müflis elan edərək kredit borcunu sildirmək mümkündürmü? - Ekspert izah edir

23.02.2026

Azərbaycanda suyun qiymətinin artması ilə bağlı xəbərlərə rəsmi reaksiya

23.02.2026

Məzənnə

Yüklənir...