Kassirlər POS terminal seçimində niyə kartın hansı banka aid olduğunu soruşur?

Redaktor

24.02.2026 10:15
53

Kassirlər POS terminal seçimində niyə kartın hansı banka aid olduğunu soruşur?

Pərakəndə ticarət sektorunda kart ödənişləri ilə bağlı bir tendensiya müşahidə olunur. Mağazalarda ödəniş zamanı kassirlər tez-tez müştəridən kartın hansı banka aid olduğunu soruşur və uyğun bankın POS terminalından istifadə edirlər.                                                        

Mağazalar POS terminal seçimində niyə kartın hansı banka aid olduğunu soruşur? Bu, müştəri və satan şəxs üçün mağazalarda hansı fərq yaradır?

Bank məsələləri üzrə mütəxəssis Emin Mahmudov Valyuta.az-a bildirib ki, bu vəziyyət əsasən bank komissiyaları ilə bağlıdır:

"Banklar POS terminal dövriyyəsinə görə mağazalardan hər əməliyyat üzrə komissiya tutur. Bu isə təbii olaraq mağazalar üçün sərfəli deyil. Sahibkar istəyir ki, vəsait nağd şəkildə birbaşa kassaya daxil olsun. Digər tərəfdən, əhalinin böyük hissəsi keşbeklərə, hesab qalığına hesablanan faizlərə və müxtəlif bonuslara görə kartla ödənişə üstünlük verir. Lakin banklar kart sahiblərinə təqdim olunan üstünlükləri POS terminal sahibi olan mağazalar üçün yaratmayıblar. Buna görə də mağazalar üçün POS terminal dövriyyəsinin çox olması hər zaman sərfəli sayılmır. Əgər ödəniş POS terminal vasitəsilə həyata keçirilirsə, mağaza üçün daha az komissiya tətbiq olunan kartlara üstünlük verilir. Məsələn, bankın öz kartı həmin bankın POS terminalında istifadə edildikdə komissiya adətən minimum olur. Bu faiz bankdan banka dəyişir, lakin təxminən 1% təşkil edə bilər. Yəni 100 manatlıq əməliyyatda 99 manat mağazanın hesabına köçürülür, 1 manat isə banka komissiya kimi tutulur. Başqa bankın kartı ilə əməliyyat aparıldıqda 100 manatlıq ödəniş zamanı komissiya təxminən 1 manat yarım - 2 manat ola bilər. Xarici ölkə banklarının kartları ilə ödəniş zamanı isə bu məbləğ 2 manat yarıma qədər arta bilər".

E.Mahmudov qeyd edib ki, bəzi banklar bir-biriylə tərəfdaşdır və eyni prosessinq mərkəzinə daxildir:

"Məsələn, “Azərikard” prosessinq mərkəzinə daxil olan banklar, “MilliKart” şəbəkəsinə qoşulan bankların öz şəbəkəsi çərçivəsində əməliyyatlar daha sərfəli şərtlərlə həyata keçirilə bilər. Bankların prosessinq mərkəzləri daxilində tərəfdaşlıq münasibətləri komissiya məbləğinə birbaşa təsir göstərir və bu halda şərtlər daha əlverişli olur. Ehtimal olunur ki, bəzi hallarda mağaza rəhbərliyi kassirlərə konkret bank kartlarını müəyyən POS terminaldan keçirməyi tapşırır. Məqsəd daha az komissiya ödəməkdir. Bu səbəbdən kassirlər bəzən alıcıdan hansı bankın kartı ilə ödəniş edəcəyini soruşurlar. Son dövrlər mağazalarda QR-kodla ödəniş imkanı da təklif olunur. Gələcəkdə Mərkəzi Bankın “AZQR” funksionallığı tam tətbiq edildikdən sonra, ehtimal edilir ki, bu sistem üzrə komissiya tutulmayacaq və vəsait birbaşa mağazanın hesabına köçürüləcək. Bu halda POS terminal dövriyyəsinin daha da artacağı gözlənilir və kart sahibləri üçün mövcud olan üstünlüklərdən sahibkarlar da faydalana biləcəklər".

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Hər gün işə gecikənlərin nəzərinə - Maaşınızın yarısı tutula bilər

24.02.2026

Ağdam Sənaye Parkında 1 100 yeni iş yeri yaradılıb

24.02.2026

"Forbes" Türkiyənin ən varlı şəxslərinin siyahısını açıqladı – Siyahıya yeni ad daxil oldu

24.02.2026

"Hər işdə birinci qadınlar" ®

24.02.2026

Azərbaycan süni intellekt üçün yerli superkompüter infrastrukturunu işə salıb

24.02.2026

Bir neçə adamın işini görənə əlavə maaş verilməlidir

24.02.2026

MİDA daha bir şəhərdə yaşayış kompleksi tikəcək

24.02.2026

Kimlərin maaşları artacaq?

24.02.2026

Pirəkəşkül məktəblisi nüfuzlu universitetdə 82 minlik təqaüd qazandı

24.02.2026
Kassirlər POS terminal seçimində niyə kartın hansı banka aid olduğunu soruşur?

Kassirlər POS terminal seçimində niyə kartın hansı banka aid olduğunu soruşur?

24.02.2026

Azərbaycan neftinin qiyməti 73 dolları keçdi

24.02.2026
Qiyməti artdıqca müştərisi artan biznes - Yeni başlayan ayda 5-12 min qazanır

Qiyməti artdıqca müştərisi artan biznes - Yeni başlayan ayda 5-12 min qazanır

24.02.2026

Kripto araşdırmaçısından böyük iddia: “Şirkətdəki "insider" əməliyyatlarını ifşa edəcəyəm”

24.02.2026

Rubl və avro ucuzlaşır

24.02.2026
Hotel işçilərinin əməkhaqları artıb

Hotel işçilərinin əməkhaqları artıb

24.02.2026

Kitab satırdı, müştərilər ətir istədi - Təsadüfən yaranan "Avon" necə qlobal brend oldu? - SƏHƏR OXUSU

24.02.2026

"Apple" "iPhone 18 Pro" üçün qırmızı rəngi sınaqdan keçirir

23.02.2026

İnternetdəki ruhlar: Süni intellekt agentləri dünyanı ələ keçirir?

23.02.2026

İnsanı işini sevdirən səbəblər - Alimlərdən maraqlı tədqiqat

23.02.2026

Mark Kyuban deyir ki, tənəzzül dövründə bu 7 addımı atmalısınız

23.02.2026

Məzənnə

Yüklənir...