Redaktor
Hər gün işə gecikənlərin nəzərinə - Maaşınızın yarısı tutula bilər
Azərbaycan qanunvericiliyində işçinin işə gecikməsi zamanı görülüən intizam tədbirləri öz əksini tapıb.
Valyuta.az "Trend"ə istinadən xəbər verir ki, işə gecikmək qanunvericilikdə əmək və icra intizamının pozulması kimi təsbit edilib.
Belə ki, əmək və icra intizamının möhkəmləndirilməsi üçün tədbirlər üzrə tərəflərin qarşılıqlı öhdəlikləri kollektiv müqaviləyə daxil edilir.
Vəkillər Kollegiyasının üzvü Ruslan Mustafayev məsələ ilə bağlı açıqlamasında deyib ki, gecikmə işəgötürənlə işçi arasında olan müvafiq qaydaların pozuntusu deməkdir. İşəgötürən işçinin gecikməsini əsaslandıraraq müəyyən tənbeh növlərindən istifadə edə bilər:
“Bu, xəbərdarlıq, əmək haqqından tutulmalar, hətta işdən xaric edilmə də ola bilər. İşçi müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün işdən çıxarıla da bilər. Əslində gecikməyə görə işdənçıxarma bu, bir neçə dəfə təkrarlandığı halda, mümkün olur. Əgər işçi gecikərək istehsalatın gedişatına təsir göstərirsə, iş fəaliyyətinin ahəngini pozursa, işəgötürən ciddi ziyanlarla üzləşirsə, bu əsaslara birinci dəfədən də işdən çıxarıla bilər”.
R.Mustafayev bildirib ki, mövcud qanunvericilikdə işçinin konkret olaraq neçə dəfə işə gecikdiyi halda, işdən çıxaralacağına dair müddəa yoxdur:
“Qayda ondan ibarətdir ki, işçinin bir neçə dəfə gecikməsi işəgötürənin işinə ziyan vurur. Bu hal bir dəfə gecikmə ilə də baş verə bilər. Və ya 2-3 dəfə baş verdikdən sonra da işəgötürən hesab edər ki, bu, qəsdən, dəfələrlə, təkrarən törədilir, işin gedişatına mənfi təsir göstərir, onunla yolları ayıra bilər. Gecikmə sayı ilə bağlı konkret bir tələb yoxdur”.
Vəkil vurğulayıb ki, cərimələrin məbləği müqavilə il tənzimlənən məsələlərdir:
“İşəgötürən əmək müqaviləsində müəyyən şərtləri irəli sürür, işçinin üzərinə müəyyən vəzifələr qoyur. Vəzifələrindən biri də o ola bilər ki, işə gecikdiyi halda, onun əmək haqqının müəyyən hissəsində - 5, 10, 25, 50 faiz, lakin ağlabatan məbləğdə - cərimə olunacaq. İşçi işə götürüldükdə həmin müqavilənin şərtləri ilə razılaşırsa, imzası ilə təsdiqləyirsə, təbii olaraq gecikdiyi, müqavilədə üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi təqdirdə, həmin müqavilədə göstərilən şərtlərə uyğun olaraq cəzalandırıla bilər”.
Hüquqşünasın sözlərinə görə, vətəndaşın işə gecikməsinə səbəb olan faktorlar nəzərə alına bilər:
“Hamımız nəqliyyat vasitələrindən istifadə edirik, tıxaca da düşə bilərik, qəza ola, yol bağlana bilər, hava şəraiti ilə əlaqədar və s. səbəbdən işə gecikə bilərik. İşəgötürən təbii olaraq bu halları nəzərə ala bilər. Lakin bu onun vəzifəsi deyil, nəzərə almaya da bilər. Əgər işçi məsuliyyətlidirsə, bu hal 1-2 dəfə təkrarlana bilər. Yox, əgər 4-5 dəfə, tez-tez təkrarlanırsa, bu, artıq məsuliyyətsizliyin göstəricisidir. İşəgötürən, əlbəttə ki, o işçi ilə haqlı olaraq yolları ayırmaq istəyəcək”.
Əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilərkən görülən tədbirlər
Əmək Məcəlləsinə əssən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilə bilər. Bu əsasla (“ç” bəndi) əmək müqaviləsinə xitam verilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri
İşçi Əmək Məcəlləsi və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunda nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilir.
İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, daxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər:
- töhmət vermək;
- sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək;
- kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək;
- əmək müqaviləsinə “ç” bəndi ilə xitam vermək.
İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Yuxarıda göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.
İşə gecikmə ilə bağlı tədbirlər daha çox müqavilə və iş saatları ilə tənzimlənir. Müəyyən kateqoriya insanlar var ki, onlar daha az iş vaxtına cəlb olunma hüquqları var. Himayəsində azyaşlı olan qadınlar, analıq məzuniyyətində olmayıb işə çıxan hamiləlik dövründə olan qadınlar və s şəxslər qısaldılmış iş rejiminə uyğunlaşdırılırlar. Bu, rəhbərliklə razılıq əsasında həyata keçirilən prosesdir.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
Ən çox yeni iş yerinin açılıb, işsizlərin sayının da yüksək olduğu bölgələr - CƏDVƏL
24.02.2026Trampın oğlu ilə eyni universitetdə oxuyacaq azərbaycanlı: "Kənd məktəbindən Çinə getmək asan deyil"
24.02.2026Sabahın hava proqnozu
24.02.2026“CFI Financial İnvestisiya”da Müşahidə Şurasından iki üzv pay alıb
24.02.2026Azərbaycanda 300 manata qədər uşaq qidaları - Yerli istehsal niyə yoxdur?
24.02.2026Dünyanın ən varlı 65-ci adamı azərbaycanlıdır
24.02.2026Hər gün işə gecikənlərin nəzərinə - Maaşınızın yarısı tutula bilər
24.02.2026Ağdam Sənaye Parkında 1 100 yeni iş yeri yaradılıb
24.02.2026"Forbes" Türkiyənin ən varlı şəxslərinin siyahısını açıqladı – Siyahıya yeni ad daxil oldu
24.02.2026"Hər işdə birinci qadınlar" ®
24.02.2026Azərbaycan süni intellekt üçün yerli superkompüter infrastrukturunu işə salıb
24.02.2026Bir neçə adamın işini görənə əlavə maaş verilməlidir
24.02.2026MİDA daha bir şəhərdə yaşayış kompleksi tikəcək
24.02.2026Kimlərin maaşları artacaq?
24.02.2026Pirəkəşkül məktəblisi nüfuzlu universitetdə 82 minlik təqaüd qazandı
24.02.2026
Kassirlər POS terminal seçimində niyə kartın hansı banka aid olduğunu soruşur?
24.02.2026Azərbaycan neftinin qiyməti 73 dolları keçdi
24.02.2026