Redaktor
Bir neçə adamın işini görənə əlavə maaş verilməlidir
Mağazada vəzifəsi satıcı olan Mahir Əliyev (ad-soyadlar şərti) iş vaxtında eyni zamanda kassir işini də görür. Səbəb isə həmin vəzifə üzrə çalışan şəxsin bir neçə aydır ki, işdən çıxmasıdır. Dükanın sahibi Arif Əhmədov isə nə vakant yerə işçi götürür, nə də ki, Mahirə bu işi yerinə yetirdiyinə görə əlavə əməkhaqqı verir.
Təcrübədə belə hallarla tez-tez qarşılaşırıq. Bəs qanunvericilik nə deyir?
Valyuta.az xəbər verir ki, “Qafqazinfo” bu mövzu ilə bağlı kiçik araşdırma aparıb. Əvvəlcə ondan başlayaq ki, Əmək Məcəlləsinə görə, vakant vəzifə üzrə işin digər işçiyə həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi vakant vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona vakant vəzifə üçün nəzərdə tutulmuş əməkhaqqının yarısından az olmamaq şərti ilə əməkhaqqına əlavə ödənilməlidir.
Eyni zamanda, vakant vəzifə üzrə işçiyə 3 aydan çox olmayan müddətə əmək funksiyasının yerinə yetirilməsi həvalə edilə bilər. Bu müddət bitdikdən sonra ya əvəzedici işçi onun razılığı ilə həmin vəzifəyə keçirilir, ya hər iki vəzifə birləşdirilərək əvəzedici işçinin əmək funksiyasının genişləndirilməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanılır, ya da vakant vəzifəyə yeni işçi götürülür.
Əgər vakant vəzifə ilə vakant olmayan eyni xarakterlidirsə, həmin vakant olmayan vəzifəni tutan işçi onun razılığı ilə öz vəzifəsində qalmaqla, həmçinin belə vakant vəzifəyə təyin edilə bilər. Bu zaman işçiyə vakant vəzifə üzrə nəzərdə tutulmuş maaşın yarısından az olmamaq şərti ilə əməkhaqqına əlavə ödənilir.
Məcəlləyə görə, vaxtamuzd (işçini işlədiyi vaxta görə əməkhaqqı alması) işçi eyni zamanda müxtəlif işlər, vəzifələr, peşələr və ya ixtisas dərəcələri üzrə işləri yerinə yetirdikdə, habelə müəyyən edilmiş normalardan artıq dəzgaha, maşına, aparata xidmət etdikdə, onun əməyi daha yüksək haqq verilən ixtisas dərəcələri, tarif maaşları üzrə ödənilir və əməkhaqqına əlavə edilir. Bu ödənişlərin məbləği və onun ödənilməsi şərtləri kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir. Kollektiv müqavilənin bağlanmadığı hallarda isə bu, işəgötürənlə həmkarlar ittifaqları təşkilatı tərəfindən hesablanır.
Bundan başqa, işçinin əmək müqaviləsində nəzərdə tutulmuş işlərlə yanaşı, iş vaxtı ərzində digər peşələr üzrə işləri də tam və ya qismən icra etdikdə, onun əməkhaqqına əlavə ödənilməlidir. Əməkhaqqına əlavənin miqdarı kollektiv müqavilə və ya tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsində nəzərdə tutulan qaydada müəyyən edilir.
Həmçinin özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı, müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin maaşı ilə onun maaşı arasındakı fərq ödənilir. Əvəz edilən işçinin maaşı əvəz edən işçinin maaşı ilə eyni və ya ondan az olduqda isə əməkhaqqına əlavə verilir. Bu əlavə işçinin və işgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilir.
Buradan aydın olur ki, Mahir Əliyevə satıcı vəzifəsi ilə yanaşı, kassir vəzifəsinin həvalə edilməsi, ilk növbədə özünün razılığı ilə olmalıdır. Həmçinin ona kassir vəzifəsi üzrə nəzərdə tutulmuş əməkhaqqının yarısından az olmamaq şərti ilə əməkhaqqına əlavə ödənilməlidir.
Mahirə kassir vəzifəsi 3 aydan çox olmayan müddətə həvalə edilə bilər. Bu müddət bitdikdən sonra Mahir ya kassir vəzifəsinə keçirilməli, ya hər iki vəzifə birləşdirilərək onunla əmək funksiyasının genişləndirilməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanılmalı, ya da kassir vəzifəsinə yeni işçi götürülməlidir.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSabahın hava proqnozu
24.02.2026“CFI Financial İnvestisiya”da Müşahidə Şurasından iki üzv pay alıb
24.02.2026Azərbaycanda 300 manata qədər uşaq qidaları - Yerli istehsal niyə yoxdur?
24.02.2026Dünyanın ən varlı 65-ci adamı azərbaycanlıdır
24.02.2026Hər gün işə gecikənlərin nəzərinə - Maaşınızın yarısı tutula bilər
24.02.2026Ağdam Sənaye Parkında 1 100 yeni iş yeri yaradılıb
24.02.2026"Forbes" Türkiyənin ən varlı şəxslərinin siyahısını açıqladı – Siyahıya yeni ad daxil oldu
24.02.2026"Hər işdə birinci qadınlar" ®
24.02.2026Azərbaycan süni intellekt üçün yerli superkompüter infrastrukturunu işə salıb
24.02.2026Bir neçə adamın işini görənə əlavə maaş verilməlidir
24.02.2026MİDA daha bir şəhərdə yaşayış kompleksi tikəcək
24.02.2026Kimlərin maaşları artacaq?
24.02.2026Pirəkəşkül məktəblisi nüfuzlu universitetdə 82 minlik təqaüd qazandı
24.02.2026
Kassirlər POS terminal seçimində niyə kartın hansı banka aid olduğunu soruşur?
24.02.2026Azərbaycan neftinin qiyməti 73 dolları keçdi
24.02.2026
Qiyməti artdıqca müştərisi artan biznes - Yeni başlayan ayda 5-12 min qazanır
24.02.2026Kripto araşdırmaçısından böyük iddia: “Şirkətdəki "insider" əməliyyatlarını ifşa edəcəyəm”
24.02.2026Rubl və avro ucuzlaşır
24.02.2026