Azərbaycan süni intellekt üçün yerli superkompüter infrastrukturunu işə salıb

Redaktor

24.02.2026 11:12
40

Azərbaycan süni intellekt üçün yerli superkompüter infrastrukturunu işə salıb

Azərbaycanda “Lenovo”nun “ThinkSystem” yüksək performanslı serverləri əsasında qurulmuş ilk Superkompüter Mərkəzi istifadəyə verilib. 

Valyuta.Az-ın verdiyi xəbərə görə, layihə ölkənin 2025–2028-ci illər üzrə Süni İntellekt Strategiyasına uyğun olaraq, AzInTelecom MMC tərəfindən həyata keçirilib və yüksək performanslı hesablama (YPH) imkanlarının genişləndirilməsini hədəfləyir.

Yeni mərkəz məlumatların ölkə daxilində emalını təmin etməklə süni intellekt (Sİ) əsaslı dövlət xidmətlərinin, kibertəhlükəsizlik analitikasının və milli tədqiqat layihələrinin yerli infrastruktur üzərində həyata keçirilməsinə imkan yaradacaq. Bu isə məlumat təhlükəsizliyinin gücləndirilməsi və xarici resurslardan asılılığın azaldılması baxımından əhəmiyyətli hesab olunur.

“AzInTelecom”un İdarə Heyətinin sədri Elxan Əzizov bildirib ki, mərkəz böyük həcmli məlumatların emalı və Sİ modellərinin sürətli işləməsi üçün strateji texnoloji baza rolunu oynayacaq. Onun sözlərinə görə, seçilmiş infrastruktur yerli Sİ layihələrinin ölkə daxilində inkişafına və dövlətə məxsus məlumatların daha təhlükəsiz mühitdə idarə olunmasına şərait yaradır.

Texniki baxımdan superkompüter klasteri “Lenovo” şirkətinin “ThinkSystem” serverləri əsasında qurulub və NVIDIA H200 qrafik prosessorları ilə təchiz edilib. Sistem yüksəksürətli “NVIDIA InfiniBand NDR” (400 Gb/s) şəbəkə texnologiyası və xüsusi idarəetmə klasteri ilə dəstəklənir. Məlumatların saxlanması və emalı DDN AI400X2 platforması vasitəsilə həyata keçirilir. Platforma “NVIDIA AI Enterprise” proqram təminatı ilə işləyir və istehsalçı tərəfindən texniki dəstək göstərilir.

Şirkətin açıqlamasına görə, yeni mərkəz iri həcmli Sİ modellərinin öyrədilməsi, dəqiq tənzimlənməsi və real mühitdə tətbiqinə sərf olunan vaxtın azaldılmasına imkan verəcək. Bu isə həm dövlət qurumları, həm də özəl sektor üçün rəqəmsal layihələrin daha operativ reallaşdırılmasına şərait yarada bilər.

“Lenovo Global Technology Azerbaijan”ın direktoru Rasim Bəxşi isə qeyd edib ki, layihə qlobal superkompüter təcrübəsinin ölkədaxili infrastrukturla inteqrasiyası nümunəsidir və gələcəkdə artan texnoloji tələblərə uyğun şəkildə genişləndirilə bilər.

Aydın

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Sabahın hava proqnozu

24.02.2026

“CFI Financial İnvestisiya”da Müşahidə Şurasından iki üzv pay alıb

24.02.2026

Azərbaycanda 300 manata qədər uşaq qidaları - Yerli istehsal niyə yoxdur?

24.02.2026

Dünyanın ən varlı 65-ci adamı azərbaycanlıdır

24.02.2026

Hər gün işə gecikənlərin nəzərinə - Maaşınızın yarısı tutula bilər

24.02.2026

Ağdam Sənaye Parkında 1 100 yeni iş yeri yaradılıb

24.02.2026

"Forbes" Türkiyənin ən varlı şəxslərinin siyahısını açıqladı – Siyahıya yeni ad daxil oldu

24.02.2026

"Hər işdə birinci qadınlar" ®

24.02.2026

Azərbaycan süni intellekt üçün yerli superkompüter infrastrukturunu işə salıb

24.02.2026

Bir neçə adamın işini görənə əlavə maaş verilməlidir

24.02.2026

MİDA daha bir şəhərdə yaşayış kompleksi tikəcək

24.02.2026

Kimlərin maaşları artacaq?

24.02.2026

Pirəkəşkül məktəblisi nüfuzlu universitetdə 82 minlik təqaüd qazandı

24.02.2026
Kassirlər POS terminal seçimində niyə kartın hansı banka aid olduğunu soruşur?

Kassirlər POS terminal seçimində niyə kartın hansı banka aid olduğunu soruşur?

24.02.2026

Azərbaycan neftinin qiyməti 73 dolları keçdi

24.02.2026
Qiyməti artdıqca müştərisi artan biznes - Yeni başlayan ayda 5-12 min qazanır

Qiyməti artdıqca müştərisi artan biznes - Yeni başlayan ayda 5-12 min qazanır

24.02.2026

Kripto araşdırmaçısından böyük iddia: “Şirkətdəki "insider" əməliyyatlarını ifşa edəcəyəm”

24.02.2026

Rubl və avro ucuzlaşır

24.02.2026
Hotel işçilərinin əməkhaqları artıb

Hotel işçilərinin əməkhaqları artıb

24.02.2026

Kitab satırdı, müştərilər ətir istədi - Təsadüfən yaranan "Avon" necə qlobal brend oldu? - SƏHƏR OXUSU

24.02.2026

Məzənnə

Yüklənir...