Redaktor
Kripto araşdırmaçısından böyük iddia: “Şirkətdəki "insider" əməliyyatlarını ifşa edəcəyəm”
Kripto dünyasının anonim araşdırmaçılarından olan ZachXBT yenidən gündəmə gəlib.
Valyuta.az xəbər verir ki, tanınmış blokçeyn tədqiqatçısı böyük və gəlirli kripto şirkətlərindən birində həyata keçirildiyi iddia olunan “insider” əməliyyatlarla bağlı yeni araşdırma dərc etməyə hazırlaşır.
Araşdırmaçının sözlərinə görə, hesabat 26 fevral tarixində yayımlanacaq. O, X sosial şəbəkəsində paylaşdığı məlumatda şirkət əməkdaşlarının daxili məlumatlardan istifadə edərək necə gizli əməliyyatlar apardıqlarını və bu sistemi uzun müddət necə davam etdirə bildiklərini açıqlayacağını bildirib.
Kripto sektorunda baş verən bir çox hadisələri üzə çıxarması ilə tanınan ZachXBT xüsusilə haker hücumları, fırıldaqçılıq sxemləri, “rug pull” halları və çirkli pulların yuyulması ilə bağlı araşdırmaları ilə tanınır. O, bu hadisələri blokçeyn üzərindəki məlumatları izləməklə təhlil edərək ictimaiyyətə təqdim edir.
Araşdırmaçı daha əvvəl 2022-ci ildə 100 milyon dollardan çox zərərə səbəb olan Axie Infinity Horizon Bridge hücumu zamanı Şimali Koreyanın Lazarus qrupunun əlaqəsini üzə çıxarmışdı. Bundan başqa, FTX birjasının iflasından sonra baş verən şübhəli əməliyyatlar və 2023-cü ildə Atomic Wallet platformasına edilən kiberhücumla bağlı da məlumatların araşdırılmasında iştirak edib.
Gözlənilən yeni hesabatın kripto bazarında ciddi rezonans doğura biləcəyi və sektorda şəffaflıq müzakirələrini yenidən gündəmə gətirəcəyi ehtimal olunur.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərPrezident təsdiq etdi: Kimlərin maaşları artacaq?
24.02.2026Pirəkəşkül məktəblisi nüfuzlu universitetə qəbul olundu
24.02.2026
Kassirlər POS terminal seçimində niyə kartın hansı banka aid olduğunu soruşur?
24.02.2026Azərbaycan neftinin qiyməti 73 dolları keçdi
24.02.2026
Qiyməti artdıqca müştərisi artan biznes - Yeni başlayan ayda 5-12 min qazanır
24.02.2026Kripto araşdırmaçısından böyük iddia: “Şirkətdəki "insider" əməliyyatlarını ifşa edəcəyəm”
24.02.2026Rubl və avro ucuzlaşır
24.02.2026