Redaktor
Kitab satırdı, müştərilər ətir istədi - Təsadüfən yaranan "Avon" necə qlobal brend oldu? - SƏHƏR OXUSU
Dünyaca məşhur şirkətlərin tarixlərinə nəzər saldıqda görürük ki, onların bəziləri gözlənilməz, hətta ilk baxışda sadə görünən bir ideyadan doğaraq qlobal brendə çevrilib. Bu gün milyardlarla dollarlıq dəyəri olan həmin şirkətlər bir zamanlar kiçik təşəbbüs kimi başlayıb, zamanla isə tamamilə fərqli istiqamətdə inkişaf edərək dünya bazarını fəth ediblər. Belə maraqlı və qeyri-adi yaranma hekayəsinə sahib brendlərdən biri də "Avon"dur.
Valyuta.az dünyanın ən məşhur brendlərindən biri olan "Avon"nun yaranma hekayəsini təqdim edir:
Dünyanın tanınmış kosmetika şirkətlərindən biri olan "Avon"un əsası XIX əsrin sonlarında amerikalı sahibkar Devid H. Makkonnell tərəfindən qoyulub. Maraqlıdır ki, Makkonnell əvvəlcə kosmetika sahəsində deyil, kitab satışı ilə məşğul olurdu. O, 1880-ci illərdə qapı-qapı gəzərək kitab satır, müştərilərin diqqətini cəlb etmək üçün isə onlara kiçik hədiyyələr təqdim edirdi. Bu hədiyyələrdən biri də yerli aptekdə hazırlanan ətir nümunələri idi.
Lakin qısa müddət sonra Makkonnell fərq etdi ki, insanlar kitablardan daha çox həmin ətirlərlə maraqlanır. Müştərilərin bu reaksiyası onun biznes istiqamətini tamamilə dəyişdi. Beləliklə, o, kitab satışını dayandıraraq 1886-cı ildə Nyu-Yorkda The California Perfume Company adlı şirkət yaratdı. Şirkət sonradan, 1928-ci ildə “Avon” adını aldı. Bu ad İngiltərənin Stratford-upon-Avon şəhərinin – Makkonnellin sevdiyi dramaturq Uilyam Şekspirin doğulduğu məkanın şərəfinə seçilmişdi.
Şirkətin inkişafında mühüm dönüş nöqtəsi ilk qadın satış nümayəndəsinin işə götürülməsi oldu. Persis Foster Eymes Albee adlı bu qadın qapı-qapı satış modelini sistemləşdirərək geniş satış şəbəkəsinin formalaşmasına töhfə verdi. O dövrdə qadınların iş imkanlarının məhdud olduğu nəzərə alınsa, bu addım həm biznes, həm də sosial baxımdan yenilik sayılırdı. Məhz bu model sonradan məşhur “Avon Lady” anlayışının yaranmasına səbəb oldu və şirkətin əsas satış strategiyasına çevrildi.
XX əsrin əvvəllərindən etibarən "Avon" kataloq satışına, reklam kampaniyalarına və nümayəndə şəbəkəsinin genişləndirilməsinə xüsusi diqqət ayırdı. 1950-ci illərdə yayımlanan “Ding-Dong, Avon Calling” reklam kampaniyası isə brendi daha da populyarlaşdıraraq tarixdə ən uzunmüddətli və uğurlu reklam layihələrindən biri kimi yadda qaldı.
Şirkət yalnız kosmetika satışı ilə kifayətlənməyərək sosial təşəbbüslərə də önəm verdi. 1955-ci ildə yaradılan "Avon Foundation" qadınların sağlamlığı, xüsusilə süd vəzi xərçəngi ilə mübarizə və məişət zorakılığına qarşı layihələri dəstəkləməyə başladı. Bu təşəbbüslər "Avon"u yalnız biznes brendi deyil, eyni zamanda sosial məsuliyyət daşıyan qlobal şirkət kimi tanıtdı.
Bu gün "Avon" dünyanın 100-dən çox ölkəsində fəaliyyət göstərir, milyonlarla müstəqil satış nümayəndəsini birləşdirir və kosmetika bazarında ən tanınmış brendlərdən biri hesab olunur. Bir zamanlar sadə satış üsulu kimi ortaya çıxan ideya isə zamanla qlobal biznes modelinə çevrilərək milyonlarla insan üçün gəlir və karyera imkanı yaradıb.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərPrezident təsdiq etdi: Kimlərin maaşları artacaq?
24.02.2026Pirəkəşkül məktəblisi nüfuzlu universitetə qəbul olundu
24.02.2026
Kassirlər POS terminal seçimində niyə kartın hansı banka aid olduğunu soruşur?
24.02.2026Azərbaycan neftinin qiyməti 73 dolları keçdi
24.02.2026
Qiyməti artdıqca müştərisi artan biznes - Yeni başlayan ayda 5-12 min qazanır
24.02.2026Kripto araşdırmaçısından böyük iddia: “Şirkətdəki "insider" əməliyyatlarını ifşa edəcəyəm”
24.02.2026Rubl və avro ucuzlaşır
24.02.2026