Aktivləri artan “Rabitəbank” hansı gəlir gətirən vəsaitlərini böyüdüb?

Redaktor

18.05.2026 09:54
671

Aktivləri artan “Rabitəbank” hansı gəlir gətirən vəsaitlərini böyüdüb?

2026-cı ilin birinci rübünün yekunlarına görə “Rabitəbank”ın aktivlərində artım qeydə alınıb. Bankın ümumi aktivləri illik müqayisədə 196 milyon 872 min manat artaraq 1 milyard 395 milyon 269 min manata çatıb.

Valyuta.az xəbər verir ki, artım əsasən gəlir gətirən aktivlərin, xüsusilə kredit portfeli və maliyyə institutlarındakı yerləşdirmələrin böyüməsi hesabına formalaşıb.

Belə ki, müştərilərə verilmiş xalis kreditlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 70 milyon 304 min manat artaraq 944 milyon 275 min manat təşkil edib.

Kredit portfelində ən böyük pay biznes kreditlərinin olub. Bu kateqoriya üzrə göstərici illik müqayisədə 14 milyon 354 min manat artaraq 417 milyon 583 min manata yüksəlib. İstehlak kreditləri isə 340 milyon 545 min manata çatıb.

“Rabitəbank”ın banklar və digər maliyyə institutlarındakı depozitləri də kəskin artıb. Sözügedən göstərici bir il əvvəlki 8 milyon 287 min manatdan 62 milyon 51 min manata yüksəlib.

Ticarət və investisiya qiymətli kağızlarına yatırımlar da artım nümayiş etdirib. Bankın bu istiqamətdə aktivləri 133 milyon 749 min manat olub. Bununla yanaşı, digər maliyyə institutlarına verilən kreditlərin həcmi də artaraq 84 milyon 544 min manata çatıb.

Hesabat dövründə nağd pul vəsaitləri və digər aktivlərdə isə azalma qeydə alınıb.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Süni intellekt brauzerlərində yaratdığı əsas təhlükə

28.07.2026

Maykl Ceksonun 47,5 milyon dollarlıq investisiyası milyardlarla dollarlıq aktivə çevrildi

28.07.2026

"Azərişıq" 5,54 milyon manatlıq tender elan edib

28.07.2026

"Apple"ın qərarından sonra məşhur batareya istehsalçısı iflas həddinə çatdı

28.07.2026

Dünyanın ən ağıllı süni intellekt modelləri – 2026-cı ilin reytinqi

28.07.2026

Qlobal iqtisadiyyata hökumətlərdən çox təsir edən şirkətlər

28.07.2026

"Fed"in sentyabr qorxusu: Bazarlar qərardan çox səs bölgüsünə diqqət yetirəcək

28.07.2026

HSBC Sinqapurda qlobal süni intellekt mərkəzi yaradacaq

28.07.2026

"PayPal" ikinci rübdə gözləntiləri üstələdi, illik mənfəət proqnozunu artırdı

28.07.2026

"Əhvalın yoxdursa, işə gəlmə" - Rəhbər işçilərinə "bədbəxtlik məzuniyyəti" verdi

28.07.2026

Süni intellektdən məsləhət aldı və 100 milyon gəliri olan şirkət qurdu

28.07.2026

Analitiklər bu ilin ən perspektivli 10 səhmini açıqlayıb

28.07.2026

UNEC-dən tələbələrə startap imkanı: qaliblərə maliyyə dəstəyi veriləcək

28.07.2026
"Meqa Həyat Sığorta"nın aktivləri azalıb, xərcləri artıb

"Meqa Həyat Sığorta"nın aktivləri azalıb, xərcləri artıb

28.07.2026

Büdcə kəsiri ilə üzləşən şirkətlər nə etməlidir?

28.07.2026

AZCON Holding və “Amazon Web Services” əməkdaşlığı genişləndirir

28.07.2026

Özəl şirkətlər ƏDV hesablarındakı vəsaiti DSMF-yə yönəldə biləcək

28.07.2026

“Ziraat Bank Azərbaycan”ın kredit portfeli bir ildə 33% böyüyüb

28.07.2026

"Multiverse Computing" şirkəti 500 milyon avro investisiya cəlb etməyi hədəfləyir

28.07.2026

"Mercedes"in gəliri azalsa da, mənfəəti gözləntiləri üstələdi

28.07.2026

Məzənnə

Yüklənir...