Redaktor
Süni intellekt brauzerlərində yaratdığı əsas təhlükə
İnternetdə naviqasiyanı asanlaşdıran, səhifələri xülasə edən və hətta alış-veriş əməliyyatlarını avtomatlaşdıran yeni nəsil süni intellekt alətlərinin ciddi təhlükəsizlik riskləri yarada biləcəyi müəyyən edilib.
Valyuta.az xəbər verir ki, Vaşinqton Universitetinin tədqiqatçılarının Braziliyada keçirilən beynəlxalq konfransda təqdim etdiyi araşdırmaya əsasən, süni intellekt dəstəkli brauzerlər və agentlər müəyyən hallarda istifadəçilərin şəxsi məlumatlarını zərərli internet resurslarına ötürə bilər.
Araşdırmada bildirilir ki, gündəlik rəqəmsal tapşırıqları avtomatlaşdıran süni intellekt agentləri ənənəvi internet təhlükəsizlik mexanizmləri ilə tam uyğun işləmir.
Klassik internet brauzerlərində müxtəlif saytların bir-birinin məlumatlarına icazəsiz çıxışını məhdudlaşdıran "Eyni mənbə siyasəti" (Same-Origin Policy) adlı təhlükəsizlik mexanizmi mövcuddur. Bu sistem istifadəçinin açıq olan bank hesabı, elektron poçtu və digər həssas məlumatlarının üçüncü tərəf saytları tərəfindən əldə edilməsinin qarşısını alır.
Lakin süni intellekt agentləri tapşırıqları yerinə yetirmək üçün ekrandakı məzmuna, açıq vərəqlərə və bəzi hallarda reklam kodlarına geniş çıxış hüququ tələb edir. Məhz bu geniş səlahiyyətlər təhlükəsizlik mexanizmlərinin effektivliyini azalda bilər.
Tədqiqatçılar bildirirlər ki, zərərli internet səhifələrində gizlədilən xüsusi əmrlər süni intellekt agentlərini manipulyasiya edərək həssas məlumatların üçüncü tərəflərə ötürülməsinə səbəb ola bilər.
Mütəxəssislər bazarda mövcud olan müxtəlif süni intellekt brauzerlərini müqayisə edərək onların təhlükəsizlik səviyyələrində ciddi fərqlər aşkar ediblər.
Araşdırmaya görə, daha funksional və geniş imkanlara malik sistemlər məlumatların qorunması baxımından daha həssas olub. Əksinə, imkanları daha məhdud olan bəzi süni intellekt həlləri kiberhücumlara qarşı daha dayanıqlı nəticə göstərib.
Tədqiqat müəllifləri qeyd edirlər ki, bu sahədə vahid təhlükəsizlik standartları formalaşana qədər istifadəçilər süni intellekt dəstəkli brauzerlərdən istifadə zamanı ehtiyatlı davranmalı, onlara yalnız zəruri icazələri verməli və həssas məlumatlarla işləyərkən əlavə diqqət göstərməlidirlər.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərDaşınmaz əmlakın icbari sığortası üzrə yığımlar 58% azalıb
28.07.2026Süni intellekt brauzerlərində yaratdığı əsas təhlükə
28.07.2026Maykl Ceksonun 47,5 milyon dollarlıq investisiyası milyardlarla dollarlıq aktivə çevrildi
28.07.2026"Azərişıq" 5,54 milyon manatlıq tender elan edib
28.07.2026"Apple"ın qərarından sonra məşhur batareya istehsalçısı iflas həddinə çatdı
28.07.2026Dünyanın ən ağıllı süni intellekt modelləri – 2026-cı ilin reytinqi
28.07.2026Qlobal iqtisadiyyata hökumətlərdən çox təsir edən şirkətlər
28.07.2026"Fed"in sentyabr qorxusu: Bazarlar qərardan çox səs bölgüsünə diqqət yetirəcək
28.07.2026HSBC Sinqapurda qlobal süni intellekt mərkəzi yaradacaq
28.07.2026"PayPal" ikinci rübdə gözləntiləri üstələdi, illik mənfəət proqnozunu artırdı
28.07.2026"Əhvalın yoxdursa, işə gəlmə" - Rəhbər işçilərinə "bədbəxtlik məzuniyyəti" verdi
28.07.2026Süni intellektdən məsləhət aldı və 100 milyon gəliri olan şirkət qurdu
28.07.2026Analitiklər bu ilin ən perspektivli 10 səhmini açıqlayıb
28.07.2026UNEC-dən tələbələrə startap imkanı: qaliblərə maliyyə dəstəyi veriləcək
28.07.2026