“Unibank”ın milyonlarla manatlıq faiz gəlirinin əsas mənbələri

Redaktor

08.05.2026 12:00
358

“Unibank”ın milyonlarla manatlıq faiz gəlirinin əsas mənbələri - Rəqəmlər

“Unibank” 2026-cı ilin birinci rübündə faiz gəlirlərini artırıb. Bankın maliyyə hesabatına əsasən, faiz gəlirləri illik müqayisədə 58 milyon 26 min manatdan 69 milyon 578 min manata yüksələrək 19,9% artıb.

Valyuta.az xəbər verir ki, hesabat dövründə faiz gəlirlərinin əsas hissəsi müştərilərə verilmiş kreditlərdən formalaşıb.

Bu istiqamətdən əldə olunan gəlir 65 milyon 334 min manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 9 milyon 719 min manat və ya 17,5% çoxdur. 2025-ci ilin birinci rübündə həmin göstərici 55 milyon 615 min manat olub.

Banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri illik müqayisədə 123 min manatdan 268 min manata yüksəlib. 

“Unibank”ın banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri də əhəmiyyətli artım göstərib. Bu gəlirlər 287 min manatdan 1 milyon 364 min manata çataraq təxminən 4,8 dəfə yüksəlib.

Ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri isə 1 milyon 15 min manatdan 1 milyon 269 min manata yüksəlib ki, bu da illik müqayisədə 25,1% artım deməkdir.

Digər faiz gəlirləri də 35,9% artaraq 987 min manatdan 1 milyon 342 min manata çatıb. 

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

28 May ərazisində obyektlərin icarə qiymətləri - CƏDVƏL

04.06.2026

Kripto bazarının yaxından izlədiyi şirkət 70 milyon dollarlıq "Bitcoin" satdı

04.06.2026

Peşə riskləri üzrə icbari sığorta ödənişlərində 660 min manatlıq azalma

04.06.2026

"Lovable" "Google Cloud" ilə çoxillik müqavilə imzalayıb

04.06.2026

Sabah Azərbaycanda 32 dərəcə isti olacaq

04.06.2026

Xaçmaz və Beyləqanda elektrik şəbəkələri 5,5 milyona yenilənəcək

04.06.2026

Eldar Rəsulova “AzərGold”da vəzifə verildi

04.06.2026

Qırmızı Ürəklər Fondunun “Qurban payı” aksiyası çərçivəsində 400 ailəyə yardım edildi ®

04.06.2026

Kəndli əvvəlkindən qat-qat çox icarə haqqı ödəyir

04.06.2026

Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır -Ali Məhkəmə açıqladı

04.06.2026

PAŞA Bank-ın səhmdarı olmaq artıq hər kəs üçün mümkündür - İkram Səfərəliyev ilə müsahibə®

04.06.2026

Sığortaçıları ziyana salan növ - ödənişlər yığımları 2,8 dəfə üstələdi

04.06.2026

Buğda istehsalına mane olan nədir? - Nazirlik açıqladı

04.06.2026

Ət istehsalı artırılacaq - qiymətlər azalacaq?

04.06.2026

Mərkəzi Bankda "Manato" üzrə daxil olan şikayətlər araşdırılır

04.06.2026

Tramvay xətləri dövlət mülkiyyətində olacaq

04.06.2026

Pay torpaqları birləşdirilir - Azərbaycanda ilk

04.06.2026

Mopedlərlə bağlı yeni QAYDA

04.06.2026

"Bank Respublika"nın Premium debet kartları neçəyədir? - Qiymətlər və şərtlər

04.06.2026

Hesablama Palatasına yeni səlahiyyət verilir

04.06.2026

Məzənnə

Yüklənir...