Redaktor
19 yaşında tapdığı problem onu milyarder etdi
Müasir dövrdə bəzi proqramlar həyatımızın ayrılmaz hissəsinə çevrilib. Onların funksionallığı və istifadə rahatlığı gündəlik fəaliyyətlərimizi asanlaşdırır. Bu proqramlara olan tələbat azalmaqdansa, zaman keçdikcə daha da artır. Bəzən bazarda alternativlər ortaya çıxsa da, istifadəçilər yenə də sevdikləri tətbiqlərə sadiq qalır. Məhz bu cür tətbiqlərdən biri də Canvadır – dizaynı peşəkar səviyyədə bilməyənlər üçün belə yaradıcılığı mümkün edən platforma. Maraqlıdır, günü-gündən sevilən bu proqram necə quruldu?
Valyuta.az xəbər verir ki, “Canva”nın qurucusu Melanie Perkins olub.
Melanie Perkins hələ 19 yaşında universitetdə oxuyarkən, dizayn proqramlarının çox mürəkkəb olduğunu və insanların onları rahatlıqla istifadə edə bilmədiyini görür. Bu müşahidədən çıxış edərək, "hər kəsin asanlıqla dizayn edə biləcəyi" bir platforma qurmaq ideyası yaranır. Bu “Canva”nın əsas ideyasının başlanğıcı olur. O, əvvəlcə bu ideyanı Cliff Obrecht ilə birlikdə ilk layihə olan “Fusion Books”da tətbiq edir. Daha sonra bu ideyanı qlobal platformaya, yəni “Canva”ya çevirmək üçün Cliff və texniki həmtəsisçi Cameron Adamsla birləşirlər.

Uğur çətinlikdən keçir
Melanienin ən böyük çətinliyi investor tapmaq idi. Birlikdə 100-dən çox investorla görüşsələr də, rədd cavabı alırlar. Onun dediyinə görə gənc və qadın olduğu üçün çox investor onun fikrinə ciddi yanaşmayıb. Lakin israrlı olduğu üçün ABŞ-nin texnologiya mərkəzinə – “Silicon Valley”ə gedərək fikirlərini təqdim edbi və nəhayət, Bill Tai kimi tanınmış investorların dəstəyi ilə ilkin sərmayəni tapıb.
“Canva”nın yüksəliş dövrü başladı
“Canva” 2013-cü ildə istifadəyə verildikdən sonra sürətlə məşhurlaşmağa başladı. Bu zaman Melanienin təxmini 27 yaşı var idi. Platforma sadə istifadəçi interfeysi ilə geniş istifadəçi auditoriyası qazandı. Özəlliklə sosial media marketoloqları, kiçik biznes sahibləri və “Canva”nı tez mənimsədi. 2021-ci ildən “Canva”nın dəyəri 40 milyard dollara çatdı
Cütlük milyarder oldu
Melanie Perkins və bu ideyanın həyata keçirilməsində ən yaxın iş ortağı və dəstəkçi olan Cliff Obrecht 2021-ci ildə, yəni Melanie təxminən 34 yaşında olanda onların sərvəti “Canva”nın dəyəri ilə birlikdə milyard dolları keçdi. Forbes məlumatına görə, hər ikisi 1 milyard dollardan çox şəxsi sərvətə sahib oldu. Birlikdə iş quran iki cütlük 2021-ci ildə evləndilər.

“Canva” niyə sevildi?
Hal-hazırda bu proqram 190-dan çox ölkədə istifadə olunur. 2024-cü ildə platformanın 185 milyondan çox istifadəçisi olub. “Canva”nın gündəlik aktiv istifadəçi sayı isə 20 milyondan çoxdur. Rəqəmlərdə bu qədər aktivliyin olması “Canva” nın sevildiyini göstərir. Çünki Melanie Perkins insanların probleminə həll yolu tapdı və problemin həllini satdı. Digər bəzi dizayn proqramlarından fərqli olaraq, “Canva” hamı üçün əlçatandır, istifadəsi rahatdır.
Melanie Perkins deyib ki, əgər real problemi həll edirsinizsə və bu problemi milyonlarla insan yaşayırsa, uğur qaçılmazdır.
“Canva” qurucusu indi nə edir?
Melanie Perkins hazırda “Canva”nın CEO-su və icraçı lideridir. O, şirkətin vizionunu formalaşdırır, sosial məsuliyyət layihələrinə önəm verir və dünyanın hər yerində təhsili və qadın sahibkarlığını dəstəkləyən təşəbbüslərlə məşğuldur. “Canva” isə artıq təkcə dizayn platforması deyil – təqdimatlar, video redaktə, sosial media planlama və komanda əməkdaşlığı üçün çoxşaxəli bir alətə çevrilib.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycanın MDB ölkələri ilə ticarətdə əsas tərəfdaşları - ÖLKƏLƏR
18.03.2026Süni intellektin sağ qalma mübarizəsi: "Lazım gələrsə insanları öldürərəm"
18.03.2026Ən çox ticarət etdiyimiz ölkələr - Siyahı açıqlandı
18.03.2026Azərbaycana gətirilən ətin miqdarı artır
18.03.2026Sabah ölkə ərazisində 20 dərəcə isti olacaq
18.03.2026Azərbaycanda işə qəbul qaydası dəyişir: sənədlərin siyahısı artır
18.03.2026"Nvidia"nın DLSS 5 texnologiyası mübahisəyə səbəb oldu
18.03.2026AFB Bank daşınmaz əmlak krediti: Xəyal etdiyiniz evə bir addım qalır! ®
18.03.2026“zypl.ai” 5,5 milyon dollar investisiya alıb
18.03.2026Bu şəxslər ömürlük pensiya alacaq - Ali Məhkəmə
18.03.2026"Şirkətlərin bayramlara risk yox, strateji fasilə kimi yanaşması lazımdır"
18.03.2026Xəzər dənizində zəlzələ olub
18.03.2026
Bayram günlərində bu 4 bank işləməyəcək
18.03.2026Çay idxalı 37%-dən çox geriləyib
18.03.2026
Bayram günündə işləyən banklar və “exchange”lər açıqlandı - SİYAHI
18.03.2026Neftimizin qiyməti ucuzlaşıb
18.03.2026İbrahim Əhmədov departament direktoru təyin edildi
18.03.2026Rubl ucuzlaşarkən, avro bahalaşmaqda davam edir
18.03.2026