Valyuta.az Rəqəmsal marketinq və biznesin inkişafı üzrə menecer Rəqsanə Məmmədovanın “Bizneslərdə marketinqin cavab verməli olduğu 3 sual” yazısını təqdim edir.
Biznesin həcmindən asılı olmayaraq, marketinq 3 suala cavab verməlidir. Kimə? Harada? Nə?
Kimə?
Kiçik biznes kimə, yəni hansı hədəf auditoriyasına məhsul satır? Bura yalnız demoqrafik (yaş, cins, yaşadığı ərazi) göstəricilər daxil deyil. Əsas məqsəd potensial müştərilərin hansı səbəblərə görə məhsul alınmasını təyin etməkdir. Adətən, bu, bir səbəbin üzərindən olmur.
Ola bilər ki, brend faktoru önəmli olsun. Məsələn, brend kosmetika bazarında qərar vermədə vacib elementlərindən biridir. Və ya şirkətin yerləşdiyi ərazi önəmlidir. Məsələn, təhsil seqmentində, kursun ünvanı seçim faktorlarından biridir. Kredit şərtləri isə mebel alıcıları üçün qərarverici ola bilər. Bəzən rəqiblər üçün yazılan rəyləri oxuyub, insanların seçim faktorlarını bilmək olar.
Növbəti addımda qiymət strategiyasını formalaşdırmalıdır. Buraya endirim kampaniyaları, aksiyalar, hissə-hissə ödəniş və s. daxildir. Kiçik şirkətlər adətən bazara daxil olmaq üçün dempinq qiymətdən istifadə edirlər. Ucuz qiymət şirkəti qısa müddət ərzində böyüdə bilər, amma uzun müddət ərzində isə şirkət müflis ola bilər. Ona görə də, qiymət siyasəti önəmlidir.
Keçək növbəti mərhələyə: Harada?
B2B biznes üçün bu zənglər və görüşlərdir. B2C üçün bu sosial media və ya pərakəndə mağaza ola bilər. Əslində burada çətin bir məqam yoxdur.
Sonuncu sual “Nə”?
Yəni, alıcılara hansı marketinq mesajları veriləcək? Rəqib üstünlük nədir? Məhsulun hansı xüsusiyyətləri satışı artıra bilər? Biznes, potensial alıcıya hansı mesajı verib satışları artıra bilər?
Nə sualının cavabını tapmaq vaxt tələb edir. Bəzən isə çoxsaylı reklam testlərindən sonra bunu tapmaq olur. Bu proseslər elə də asan və sadə deyil.
Ona görə kiçik sahibkarların minimal marketinq bilikləri olması, biznesin effektivliyini artıra bilər. Nəzəriyyədə olsa, marketinq sahəsində biliklər mütləqdir.

Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Apple Store" süni intellekt işçi və müştəri söhbətlərini qeyd edəcək
20.07.2026İnsanları anlamaq: İş dünyasının ən vacib bacarıqlarından biri
20.07.2026"Fed" qərarı öncəsi "Bitcoin"də 2,5 milyard dollarlıq əməliyyat
20.07.2026Şahdağa gedən yolun üzərində 2,6 milyona torpaq satışa çıxarıldı
20.07.2026İllik 250 min dollarlıq maaşı geridə qoydu, matcha kafesi açdı: "İndi daha xoşbəxtəm"
20.07.2026
Aptek ödənişlərində ən yüksək keşbek verən bank kartları - CƏDVƏL
20.07.2026"The Odyssey" dünya üzrə 264 milyon dollar topladı
20.07.2026
"Bank of Baku"nun milyardlıq kredit portfelində ən böyük pay hansı kreditlərindir?
20.07.2026"Bolt" rəsmisi: "Sürücülər yüksək reytinq qazanmaq üçün sərnişinlərlə daha az danışırlar"
20.07.2026İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®
20.07.202610 yaşında başladığı biznesi 13 yaşda beynəlxalq sərgilərə çıxardı - Müsahibə
20.07.2026Mayda kreditlərin sığortası üzrə hər 100 manat yığıma 91 qəpik ödəniş düşüb
20.07.2026