Redaktor
Parlamentə seçilən ən gənc deputatlar onlardır
Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərinin ilkin nəticələri açıqlanıb.
Valyuta.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasını açıqladığı ilkin nəticələrə əsasən siyahıda ən gənc deputat 29 yaşlı Mahir Süleymanlı olacaq.

O, 56 saylı Şabran-Xaçmaz seçki dairəsindən namizədliyini irəli sürüb. İlkin nəticələrə görə gənc namizəd 10 min 131 səs toplayıb. Mahir Süleymanlı ən yaxın rəqibini 8 min səsə yaxın qabaqlayır.
Mahir Süleymanlı 28 fevral 1995-ci ildə anadan olub. O keçmiş deputat Tahir Süleymanlının oğludur.
Daha bir gənc deputat isə Mircəlil Qasımlıdır. O 19 mart 1992-ci ildə anadan olub. 32 yaşlı Mircəlil Qasımlı 123 saylı Kəlbəcər seçki dairəsində liderdir. O 13015 səs toplayıb və ən yaxın rəqibini 8 min səs qabaqlayır. Mircəlil Qasımlı isə "Bakı Məişət Maşınları” ASC-nin sədridir. "Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudovun kürəkənidir. O, işğaldan azad olunmuş rayonlardan birində xüsusi nümayəndəlikdə çalışıb.

Daha bir gənc 11 saylı Binəqədi-Qaradağ seçki dairəsindən uğur qazanan 31 yaşlı Səbinə Xasayevadır.

O, 1993-cü il martın 30-da Bakı şəhərində doğulub. Səbinə Xasayeva 2-ci dəfədir ki, deputat seçilir.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərUzaqdan iş tapmaq istəyənlərin diqqət etməli olduğu 8 məqam
23.01.2026
Şirkətlər “Bank VTB Azərbaycan”dan 17 milyon manatdan çox depozitlərini geri götürüblər
23.01.2026Acun Ilıcalının iş ortağı saxlanılıb - O, kimdir?
23.01.2026İnvestisiya üçün cəlbedici ən yaxşı kiçik səhmlər
23.01.2026Leyla Səfərova Metropolitendəki vəzifəsindən çıxarıldı - YENİ TƏYİNATLAR
23.01.2026Etibarlı liman bahalaşır - Qızılın dəyəri 10 min manatı ötəcək
23.01.2026Bu üsulla qadınlar səhər işə hazırlığa az vaxt sərf edir
23.01.2026Sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
23.01.2026
29 ölkədə Mərkəzi Bankları qadınlar idarə edir
23.01.2026Azərbaycan xaricdən 117 milyon dollarlıq ət gətirib
23.01.2026Bu şəxslərin təhsil haqlarını dövlət ödəyəcək - Deputat açıqladı
23.01.2026Azərbaycanda qanunvericiliyi pozan məşhur şirkətlər- ADLAR
23.01.20266 milyonluq yeyintidə təqsirli bilinən rəisin cəzası azaldıldı
23.01.2026S&P: Azərbaycan bankları 2026-cı ildə dayanıqlılığını qoruyacaq
23.01.2026Azərbaycanda internet provayderi cərimələnib
23.01.2026