BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7948
  • RUB
    1.7
  • TRY
    0.0488
  • GBP
    2.1672
60551

Mövzunu “vergiler.az”a iqtisadçı ekspert Anar Bayramov şərh edir. 

Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin öncəki və cari redaksiyasını bir cədvəldə təqdim edirik ki, həmkarlarımız üçün dəyişikliklərin mahiyyəti tam aydın olsun:

Maddə 73. Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası

Öncəki redaksiyada Cari redaksiyada
1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 1. Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur.

İndi isə Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsi ilə bağlı bəzi məqamlara aydınlıq gətirək. Dəyişikliyə qədər müddətli əmək müqaviləsinin bitməsi ilə bağlı işəgötürən tərəfindən işçiyə müddət başa çatmadan öncə xəbərdarlıq verməsi qanunvericilikdə nəzərdə tutulmamışdı. Yəni, işəgötürən müqavilə müddəti bitdikdən sonrakı 1 həftə ərzində əmək müqaviləsinə xitam verə bilirdi. Yeni dəyişiklikdən sonra əgər işəgötürən müddətli əmək müqaviləsinə müddətin bitməsinə görə xitam vermək istəyirsə, mütləq işçiyə xəbərdarlıq etməlidir. Maddənin tələblərini misalla izah etmədən öncə bir məqamı vurğulayaq ki, Əmək Məcəlləsində edilən dəyişiklik Rusiya təcrübəsində çoxdan tətbiq edilirdi. Məlumat üçün bildirək ki, Rusiyanın əmək qanunvericiliyində müddətli əmək müqaviləsinin bitməsi ilə bağlı işçiyə xəbərdarlıq edilməsi nəzərdə tutulub. Rusiya Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən, işəgötürən tərəfindən işçiyə işdən çıxarılmağa ən azı üç təqvim günü qalmış əmək müqaviləsinin müddətinin başa çatmasına görə ona xitam verilməsi barədə yazılı məlumat verilməlidir.

Azərbaycan qanunvericiliyində yeni dəyişikliklərin müxtəlif hallarını nəzərdə tutan misal vasitəsilə izah edək.

Misal: İşəgötürən 10 yanvar 2024-cü il tarixdə işçi ilə 8 aylıq əmək müqaviləsi imzalayıb. Müqavilə müddəti 10 sentyabr 2024-cü il tarixdə başa çatmalıdır.

Birinci hal: İşəgötürən 20 avqust 2024-cü il tarixdə işçiyə kağız daşıyıcıda xəbərdarlıq edir ki, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda, yəni 10 sentyabr 2024-cü il tarixdə müqaviləyə xitam verəcək. Bu zaman işəgötürən Əmək Məcəlləsinin 73-cü maddəsinin birinci hissəsindəki müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tələbini gözləmiş olacaq.

İkinci hal: İşçi 25 avqust 2024-cü il tarixdə işəgötürənə bildirir ki, müddətli əmək müqaviləsinin artırılmasını istəmir. İşəgötürən müddətli əmək müqaviləsinin artırılmasında maraqlı olsa belə, əmək müqaviləsinin müddətinin bitdiyi gün ona xitam verməlidir. Çünki işçi Əmək Məcələsinin tələblərinə uyğun olaraq xəbərdarlıq müddətini gözləməklə xəbərdarlığını həyata keçirib.

Üçüncü hal: İşəgötürən 8 sentyabr 2024-cü il tarixdə işçiyə xəbərdarlıq göndərir ki, 10 sentyabrda başa çatan əmək müqaviləsinin müddəti uzadılmayacaq. İşəgötürən əmək müqaviləsinin müddətinin bitməsi haqqında ən azı bir həftə tələbi ilə bağlı xəbərdarlıq müddətini ötürdüyü üçün əmək müqaviləsi növbəti 8 ay müddətinə uzadıla bilər.

Dördüncü hal: İşçi 7 sentyabr 2024-cü il tarixdə müddətli əmək müqaviləsinin bitməsi ilə bağlı işəgötürəni xəbərdar edir. Amma işəgötürən işçinin ən azı bir həftəlik xəbərdarlıq müddətini ötürdüyünü bildirərək müddətli əmək müqaviləsinin 8 aylıq müddətə artırılacağını bildirir. Bu zaman işçi 8 aylıq müddəti gözləmək istəmədiyi halda, 69-cu maddənin tələblərinə uyğun olaraq işdənçıxma ərizəsini təqdim edə bilər. İşəgötürən işçini 10 sentyabr 2024-cü il tarixdən sonra işdən azad edərsə, xitamla bağlı ǝmrdə xitamın əsasını müqavilənin müddətini bitməsi kimi yox, işçinin öz ərizəsi ilə işdən çıxması kimi qeyd etməlidir.

İşəgötürən və işçi tərəfindən xəbərdarlıq müddətini xüsusi qeyd etməkdə məqsədimiz odur ki, həmkarlarımız müddətli əmək müqaviləsinin bitməsi ilə bağlı tələbləri gözləsinlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycandan bu ölkəyə bir kiloqramı 20 manata nar satılır - ÖLKƏLƏR, QİYMƏTLƏR

Texnologiya nəhənglərinin "Nasdaq" birjasına təsiri - "Reuters"

ABŞ-da milyarder olan türkiyəli çobanın uğur hekayəsi

ABŞ-da milyarder olan türkiyəli çobanın uğur hekayəsi

Milyonlarla “YouTube” videoçarxları dublyaj ediləcək

"Zara"nın sahibi gözləntiləri qarşılaya bilmədi - "Reuters"

OMV şirkəti "Qazprom"la 2040-cı ilə qədər qüvvədə olan müqaviləyə xitam verdi

Ev almaq istəyənlərin nəzərinə! - Qiymətlər bahalaşacaq

Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi

İki ən böyük birja fondunun yarım milyardlıq "Ethereum" alışı

İki ən böyük birja fondunun yarım milyardlıq "Ethereum" alışı

Son günlər metroda nə baş verir? - Video

ABŞ-nin büdcə kəsirində 64%-lik artım - Hesabat

“Aztelekom”da yeni təyinat

Daşkəsəndə küləyin sürəti saniyədə 23 metrə çatıb - FAKTİKİ HAVA

Mask tarixdə sərvəti 400 milyardı keçən ilk şəxs oldu

Mask tarixdə sərvəti 400 milyardı keçən ilk şəxs oldu

Azərbaycan nefti ardıcıl üç gündür bahalaşır

Qızılın qiyməti 2 750 dollara yaxınlaşıb

Abşeronun və Bakının bəzi qəsəbələrində qaz olmayacaq

Bank borcunu "sildirmək" neçəyədir?

Manat avro, rubl və lirə qarşısında gücləndi - Məzənnə

Daha çox qazanc əldə etmək üçün endirim etməyin yolları - SƏHƏR OXUSU

Daha çox qazanc əldə etmək üçün endirim etməyin yolları - SƏHƏR OXUSU

Mehriban Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi

Heydər Əliyevin vəfatından 21 il ötür

Bayden 14 milyard dollarlıq satışa mane olacaq

Almaniya Ukraynaya 37 milyard avro yardım edib - Avropada lider...

AYNA məhkəməlik oldu

2024-də turistlərin ən çox axtardığı ölkə və şəhərlər: Türkiyə liderdir

100 min dollardan çox illik maaş - Diplomsuz işçilərin ən çox qazana biləcəyi sahələr

Rusiyada ixtisaslı kadr çatışmazlığı 1,5 milyon nəfərə çatır

"Qərb Ulduzu" məhkəməyə verildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin