Pensiya, müavinət və təqaüdlər nə qədər artıb? - <span style="color: #ff0000;">Rəsmi rəqəmlər</span>

Redaktor

28.02.2022 14:17
1,333

Pensiya, müavinət və təqaüdlər nə qədər artıb? - Rəsmi rəqəmlər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pensiya, müavinət və təqaüdlərin nə qədər artdığını açıqlayıb.

Nazirlikdən Valyuta.az-a verilən məlumata görə, Prezident İlham Əliyevin imzaladığı sənədlər əsasında bu ilin əvvəlindən növbəti islahat paketi çərçivəsində pensiya, müavinət və təqaüdlərin artırılması təmin edilib.

Ölkə əhalisinin 12 faizini əhatə edən pensiya təminatında ilin əvvəlindən iki istiqamətdə artım baş verib:

- Minimum pensiya 20 faiz artımla 200 manatdan 240 manata çatdırılıb və bu artım 40 min şəxsin pensiyasının artımına imkan verib;

- Pensiyalar orta aylıq əməkhaqqı artımına uyğun indeksləşdirilərək artırılmaqla və pensiyaçılara bu il üzrə maddi yardım (200 manat) ayrılmaqla, pensiyalarda orta hesabla 9 faiz artım edilib. 1,1 mln. pensiyaçını əhatə edən bu artım üçün dövlət büdcəsindən illik əlavə 352 mln. manat sərf olunacaq.

2022-ci ilin 1 yanvarından sosial müavinətlər və bəzi təqaüdlərdə də artımlar olub.

Əlilliyə, yaşa, ailə başçısını itirməyə görə, sağlamlıq imkanları məhdud uşaqlar və b. üçün aylıq sosial müavinətlər orta hesabla 25 faiz, birdəfəlik müavinətlər orta hesabla 46 faiz artırılıb.

Bəzi təqaüdlərdə isə orta hesabla 32 faiz, tələbə təqaüdlərində orta hesabla 20 faiz artım baş verib.

Ümumilikdə 722 min şəxsin (o cümlədən 132 min tələbənin) rifahına dəstək olan bu artımlar üçün də illik əlavə 194 mln. manat ayrılıb.

Sosial ödənişlərdə davamlı artım ünvanlı sosial yardımı da əhatə edir.

Ünvanlı yardımın hesablanması üçün tətbiq olunan ehtiyac meyarı cari ilin əvvəlindən 170 manatdan 200 manata çatdırılıb. Bu artım 250 minədək insanı əhatə edən ailələrə yönələn ünvanlı yardımların da artması ilə nəticələnir. Həmin artım üçün illik əlavə 20 mln. manat xərclənəcək.

Yeni sosial islahat mərhələsi dövlət başçısının tapşırıqları əsasında müharibə iştirakçılarına yeni dəstək tədbirlərini də nəzərdə tutur.

Bu tədbirlərə 1991-1997-ci illərdə xəsarət almış Qarabağ müharibəsi əlillərinin birdəfəlik ödəmə ilə təmin edilməsi və 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövrdə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçulara “Müharibə veteranı” adı verilərək Prezidentin aylıq təqaüdünün təyin olunması daxildir.

Ümumilikdə 2022-ci il üzrə əmək haqqı, pensiya və digər sosial ödənişlərin artımını nəzərdə tutan islahatlar paketi 3,4 milyon şəxsi əhatə edir. Bu artımlar üçün ayrılan illik əlavə vəsait 2,1 mlrd. manat təşkil edir.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“Aqrarkredit”in balansındakı 4 milyonluq obyekt hərraca çıxarılır

10.06.2026

Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər ®

10.06.2026

Edqar Abdullayev: "Azərbaycanda fintexlər 2-3 il ərzində bankları geridə qoya bilər"

10.06.2026

Bit bazarında elektrik alətləri satırdı, indi 15 min istifadəçisi olan startap qurub

10.06.2026

AMB banklar üçün yeni indikatorlar hazırlayacaq

10.06.2026

Sosial şəbəkələrdə yaşın təsdiqi üçün bank kartı tələb olunacaq

10.06.2026

Vüqar Behbudov direktoru işdən çıxardı - Yeni təyinat

10.06.2026

Sağalmaz xəstəliklərdən sığorta üzrə yığımlar 2,3 dəfə artıb

10.06.2026

SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində ®

10.06.2026

Məşhur bankadan qızıl üçün bədbin proqnoz: Kəskin eniş siqnalları güclənir

10.06.2026

Fermerlərin kredit faizlərini dövlət ödəyəcək

10.06.2026

"Apple" abunəlik sistemini kökündən dəyişir

10.06.2026

“Biznesdə yüksək risk – yüksək gəlir” qaydası həmişə işləyirmi?

10.06.2026

Zaur Hacılı: Regionda maliyyə təhlükəsizliyi investorların qərarlarına birbaşa təsir göstərir

10.06.2026

Nazir: "Hər il nəşrlərin alınması üçün dövlət 600 min manat xərcləyir"

10.06.2026

Sabah 33 dərəcə isti olacaq

10.06.2026

Azərbaycanın xarici dövlət borcu 36 milyon dollar azalıb

10.06.2026

Əhalinin gəlirləri 37,7 milyard manat təşkil edib

10.06.2026

Xarici valyutada ən çox qısamüddətli kredit qoyulan 5 region - CƏDVƏL

10.06.2026

TəhsilPlus kartlarının ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan  start verildi  ®

10.06.2026

Məzənnə

Yüklənir...