Redaktor
Yük avtomobili istehsalı 7 dəfədən çox azalıb
Bu ilin yanvar-mart aylarında Azərbaycanda 1 302 ədəd minik avtomobili və 28 ədəd yük avtomobili istehsal edilib.
Valyuta.az xəbər verir ki, bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,14 dəfə və ya 695 ədədlik artım (minik avtomobillərində) və 7,14 dəfə və ya 172 ədədlik azalma (yük avtomobillərində) deməkdir.
Ümumilikdə isə maşın və avadanlıqların istehsalı 20,9%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 3,1% artıb.
Bununla belə, bəzi sahələrdə kəskin azalmalar müşahidə olunub. Belə ki, traktor istehsalı 25,3% azalaraq cəmi 124 ədəd təşkil edib.
1 112 ədəd nasos istehsal edilib ki, bunun da 1 052 ədədi ştanqlı quyu nasoslarının payına düşüb. Nasosların ümumi istehsalı 33.5%, ştanqlı quyu nasoslarının istehsalı isə 36,08% azalıb. Kran, qapaq və klapanların istehsalında isə 98 faiz azalma müşahidə olunub.
Hesabat dövründə ümumulikdə maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 144,1 milyon manatlıq məhsul istehsal edilib.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərGələn il inflyasiya nə qədər olacaq?
12.12.2025Avropa paytaxtı dünyanın ən yaşanmalı şəhəri seçildi - TOP-10
12.12.2025500 manat pensiyalar bu qədər artacaq - Açıqlama
12.12.2025Daha 606 hərbi qulluqçu mənzillə təmin olunacaq
12.12.2025İsveçdə süni intellekt metro stansiyalarında intiharların qarşısını alır
12.12.2025Aqibət Məmmədovun şirkəti daha 1,5 milyonluq tender qazandı
12.12.2025Qərb icmalçıları 2025-ci ilin ən yaxşı beş smartfonunu seçdi
12.12.2025Güclü külək əsəcək - XƏBƏRDARLIQ
12.12.2025Həyatın ölüm halından sığortası üzrə ödənişlər 32 milyonu keçib
12.12.2025Azərbaycanda əməkhaqqı ayda iki dəfə verilə bilər
12.12.2025