Ruzanna Bəşirova
Xərclər üzrə konsultant
Yay 23 sentyabrda öz yerini payıza verəcək, amma adətən bütün mövsümlərdə son 1 ay mövsümün sonu sayılır. Yay mövsümünün sonu eyni zamanda həm də yeni tədris ilinin başlağıncıdır. Bu zaman məktəbli paltarları mövsüm vitrinlərinə çıxmağa başlayır.
Tələbatın olmadığı düşünülən yay mövsümü geyimləri isə 50-70% bəzən də 90%-ədək endirimə düşür.
Doğru xərcləmədən danışırıqsa, bu endirimdən faydalanmalıyıq.
Zaman sürətli keçdiyi üçün, gələn ilin yayına hələ bir il qaldığını düşünənlər də ola bilir. Təcrübə göstərir ki, bu vaxt bir göz qırpımında elə keçib gedir ki, heç xəbərimiz də olmur. Ona görə, mövsüm endirimlərini dəyərləndirək.
Normal zamanlarda 17-18 manatdan başlayan və üzü üçrəqəmli qiymətlərə doğru gedən futbolkaları bu mövsüm endirimləri zamanı 10 manatdan aşağı qiymətlərə almaq mümkündürsə, niyə də almayaq?
Nəzərə alsaq ki, futbolka az qala ilin bütün fəsillərində gündəlik geyimimizə çevrilib, həm klassik, həm cins, həm də ətəklə kombin edilə bilir, pencək və gödəkçənin altından geyinmək olur, buna görə də hər zaman aktual olan bir geyim əşyasıdır. Bu qədər funksional olmağı hər kəsdin qardeorobunda özünə bir yer açmasına səbəb olur.
Buna görə də, endirimlərdən yaralanıb bu geyim vasitəsini indi alaraq büdcəmizə xeyli yaxşılıq etmiş olarıq. Bundan başqa, “mövsüm bitdi neynirəm” deyib keçməyin. Qiyməti 25-30 manatdan başlayıb üzüyuxarı qalxan çimərlik geyimləri, şortlar, kroplar və yay ayaqqabıları da eyni cür endirimlərə düşüb. Qiyməti münasib olduğu üçün almağa dəyər. Əgər siz səyahət edən və ya hovuza gedən birisinizsə, bu sizin üçün möhtəşəm fürsətdir.
Klassik şortları çəkmə və pencəklə də zövqlü şəkildə kombin etmək olduğu üçün zövqünüzə uyğun şortları da bu endirimlərdən əldə etmək büdcənin üzünü güldürür.
Sadəcə olaraq endirim zamanı diqqətli olmaq lazımdır ki, yersiz alış etməyəsən. Bəzən endirimli qiymətləri görürük, deyirik ki, heç nə olmaz, ucuzdur, alım. Yeni mövsümdə baxırsan ki, heç o geyimləri istifadə etmirsən. Yəni, endirimlərdə də düşünərək alış-veriş etsək, daha qənaətli büdcəyə sahib olarıq.

Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMark Kubanın 5 ən yaxşı passiv gəlir ideyası
10.03.2026Bu energetik içkilərdə təhlükəli maddə aşkarlandı - Fotolar
10.03.2026Süni intellektin qaranlıq üzü: Qapı qonşunuz bir məlumat mərkəzi olsa…
10.03.2026Gəncənin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
10.03.2026Təcrübəçinin yazdığı kod dünya çempionunu necə məğlub etdi?
10.03.2026“Anthropic” ABŞ Müdafiə Nazirliyini məhkəməyə verib
10.03.2026Nazirlik şadlıq sarayının fəaliyyətini dayandırdı
10.03.2026C.Bezosun keçmiş həyat yoldaşı 26 milyard vəsait bağışlayıb
10.03.2026Yaxın Şərqdəki müharibə avroya zərbə vurur: İnvestorlar dollara üz tutur
10.03.2026Prezident ödənilməyən cərimənin ilk növbədə məhkumun maaşından tutulmasını təsdiqləyib
10.03.2026Özbəkistanın “fintech” şirkətinin dəyəri 2,3 milyard dollara çatdı
10.03.2026
2026-cı il üçün Bakıda ən yaxşı startaplar
10.03.2026SOCAR Xəzərdə daha bir yataqda tədqiqata başlayır
10.03.2026