Redaktor
10 süni intellekt dəstəkli CV hazırlama aləti - SİYAHI
Süni intellektin HR sahəsinə təsiri artdıqca, CV hazırlamaq prosesi daha sürətli, dəqiq və ATS-uyumlu hala gəlir. Bu AI alətləri iş elanlarını analiz edir, istifadəçinin təcrübəsini qiymətləndirir və hər bir vakansiyaya uyğunlaşdırılmış professional CV yaradır.
Valyuta.az xəbər verir ki, aşağıda hazırda ən çox istifadə olunan 10 süni intellekt dəstəkli CV hazırlama platforması təqdim olunur.
CVlogin
Türkiyə mərkəzli CVlogin AI dəstəkli CV analizi ilə dil qaydasını, struktur səhvlərini və açar söz uyğunluğunu müəyyən edir. 30-dan çox şablon, türk və ingilis dillərində CV yaratma imkanı təklif edir. Üstəlik, yerli iş bazarına uyğun optimizasiya xüsusiyyətləri ilə seçilir və pulsuz istifadə imkanı var.

Indeed CV Builder
Indeed-in AI dəstəklı CV generatoru tamamilə pulsuzdur və CV-ni birbaşa platformadakı minlərlə vakansiyaya göndərməyə imkan verir. Sistem istifadəçinin daxil etdiyi məlumatları avtomatik olaraq ATS-uyumlu dizayna çevirir və uyğun açar sözlər təklif edir.

Jobscan
Jobscan iş elanları ilə CV-ni müqayisə edir, uyğunluq faizini hesablayır və ATS-in tələb etdiyi açar sözləri göstərir. Hər bir bölmə üzrə inkişaf tövsiyələri verən platforma sektor və vəzifə üzrə fərdi optimizasiya imkanı yaradır.

Kickresume
GPT-4 dəstəyi ilə çalışan Kickresume CV və cover letter-i bir neçə dəqiqəyə hazır vəziyyətə gətirir. LinkedIn-dən məlumatları avtomatik yükləyir, 20 min hazır cümlə və geniş dizayn seçimi təqdim edir. Kreativ sahələr üçün xüsusi şablonlarla seçilir.

OwlApply
OwlApply işə qəbul prosesini avtomatlaşdıran AI əsaslı CV və başvuru platformasıdır. CV-ni analiz edir, ATS uyğunluğunu yoxlayır, eksik açar sözləri göstərir və vakansiyalara avtomatik müraciət funksiyası ilə prosesi sürətləndirir. Çoxdilli çevirmə və AI müsahibə asistanı kimi əlavə imkanlara malikdir.

Resume.io
Resume.io sadə interfeysi və AI dəstəyi ilə dil qaydası, açar söz və formatın avtomatik düzəldilməsi funksiyalarını təklif edir. Real-time önizləmə və geniş modern şablon seçimi ilə istifadəçi rahatlığı təmin olunur.

Resume Genius
Resume Genius yüklənən CV-ni AI vasitəsilə optimallaşdırır, yeni məzmun əlavə edir və ATS uyğun şablonlarla formatlayır. 450-dən çox iş unvanına uyğun nümunələr, AI cover letter generatoru və çoxformatlı (PDF, Word) export funksiyası ilə seçilir.

Resume Worded
Resume Worded CV-ni HR mütəxəssislərinin baxışı ilə analiz edir, dili, strukturu və təsiredicilik səviyyəsini qiymətləndirir. AI yalnız düzəliş deyil, həm də istifadəçinin karyera hədəflərinə uyğun strategiya təklif edir.

Rezi
Rezi AI Keyword Targeting vasitəsilə vakansiyadakı kritik sözləri CV-yə əlavə edir və ATS uyğunsuzluğu riskini aradan qaldırır. Rezi Score 23 göstərici üzrə qiymətləndirmə aparır, Real Time Content Analysis isə eksik və struktur problemlərini anında aşkar edir. Platforma həm də AI cover letter və istefa məktubu generatoru təqdim edir.

Teal
Teal pulsuz CV generatoru və iş axtarış meneceri kimi fəaliyyət göstərir. İş elanını analiz edib ATS balı verir, eksik açar sözləri göstərir və hər vakansiya üçün ayrıca optimallaşdırılmış versiya yaradır. Sürükle-burax redaktoru və limitsiz CV yaratma funksiyası ilə fərqlənir.

Qeyd: Siyahıda Nano Banana və Sora tərəfindən hazırlanan vizuallar istifadə olunub.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMark Kubanın 5 ən yaxşı passiv gəlir ideyası
10.03.2026Bu energetik içkilərdə təhlükəli maddə aşkarlandı - Fotolar
10.03.2026Süni intellektin qaranlıq üzü: Qapı qonşunuz bir məlumat mərkəzi olsa…
10.03.2026Gəncənin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
10.03.2026Təcrübəçinin yazdığı kod dünya çempionunu necə məğlub etdi?
10.03.2026“Anthropic” ABŞ Müdafiə Nazirliyini məhkəməyə verib
10.03.2026Nazirlik şadlıq sarayının fəaliyyətini dayandırdı
10.03.2026C.Bezosun keçmiş həyat yoldaşı 26 milyard vəsait bağışlayıb
10.03.2026Yaxın Şərqdəki müharibə avroya zərbə vurur: İnvestorlar dollara üz tutur
10.03.2026Prezident ödənilməyən cərimənin ilk növbədə məhkumun maaşından tutulmasını təsdiqləyib
10.03.2026Özbəkistanın “fintech” şirkətinin dəyəri 2,3 milyard dollara çatdı
10.03.2026
2026-cı il üçün Bakıda ən yaxşı startaplar
10.03.2026SOCAR Xəzərdə daha bir yataqda tədqiqata başlayır
10.03.2026