Ruzanna Bəşirova
Xərclər üzrə konsultant
Maaşım niyə tez bitir? Bu sual çox adamı düşündürür. Bəli, mən də razılaşıram ki, ölkəmizdə sosial-iqtisadi vəziyyət inkişaf etməkdə olan ölkə olduğumuz üçün bir az aşağıdır. Bu səbəbdən də, maaşımız inkişaf etmiş ölkələrdə olan orta aylıq əməkhaqqı qədər deyil.
Lakin bizim maaşımızın tez bitməsinə səbəb olan sadəcə onun azlığı və ya qiymətlərin baha olmağı deyil. Eləcə də, maaşın tez bitməsinə təsir edən, düzgün xərcləyə bilməmək kimi bir nüans da var.
Maaşımızın artmağı və qiymətlərin aşağı düşməyi bizim əlimizdə olan və qısa zamanda həll edilə bilən bir proses olmadığı halda doğru xərcləmək sırf özümüzə bağlı prosesdir.
Yaxşı, bəs biz necə edə bilərik ki, maaşımız ayın ortası yox, elə ayın axırı bitsin?
Düzdür, ilk başlarda çətin görünür, amma praktikada sınaqdan keçirilmiş mümkün və faydalı həll yolları vardır.
İlk olaraq qeyd etmək istəyirəm ki, bu yazdıqlarım qətiyyən "bütün həyatınızı belə yaşayın" demək mənasına gəlmir.
Məqsədim həyatımızda müəyyən bir müddət maddi vəziyyətimizi idarə edərək o sıxıntılı dönəmdən rahat keçmək üçündür.
Bunun üçün də bir sıra nüanslara diqqət edərək bəzi prosesləri özümüzə rahatlaşdıra bilərik.
Məsələn, maaşı öncədən istifadə təyinatı üzrə bölmək önəmlidir. Ev kirayəsi, kredit, kommunal, nəqliyyat, bazarlıq, təhsil, geyim və digər xərclər kimi bölək. Daha sonra bu xərcləri müxtəlif formada nizamlamaq lazımdır.
Kirayə və kredit xərclərinə toxuna bilmədiyimiz üçün digər xərcləri nəzarətdə saxlamaq öncəliyimizdir.
Trend və ya dəb olduğu üçün ehtiyac olmayan elektronik əşyalar, marka və bahalı əşya, geyim, aksesuar və s. almaqdan çəkinmək.
Bazarlıq edərkən mütləq siyahı tutmaq və ümumi siyahını müxtəlif zaman fasiləsi verərək 2 dəfə nəzərdən keçirmək.
Marketlərdəki endirim fürsətlərindən istifadə etmək, müxtəlif marketlərdəki qiymətləri müqayisə edərək məhsulları elə almaq. Mövsümü olmayan meyvə-tərəvəzlərdən uzaq durmaq.
Mümkün qədər evdə qidalanmaq, restorana getmək məcburiyyətində qaldıqda, menyudan ən sevdiyiniz deyil ən münasib olan yeməyi seçmək.
Qardeorobunuzdakı istifadə etmədiyiniz paltarlara müxtəlif aksesuarlar əlavə edərək və ya başqaları ilə yeni kombinlər yaradaraq faydalanmaq.
Pik saatlarda taksidən istifadə etməməyə çalışmaq, ictimai nəqliyyata üstünlük vermək və bir qədər piyada gəzmək.
Bütün bunlar xərclərə nəzarətlə yanaşı, həm də sağlam həyat tərzinə də təsir göstərən amillərdir.
Doğru xərcləyib sağlam yaşayın.

Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMark Kubanın 5 ən yaxşı passiv gəlir ideyası
10.03.2026Bu energetik içkilərdə təhlükəli maddə aşkarlandı - Fotolar
10.03.2026Süni intellektin qaranlıq üzü: Qapı qonşunuz bir məlumat mərkəzi olsa…
10.03.2026Gəncənin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
10.03.2026Təcrübəçinin yazdığı kod dünya çempionunu necə məğlub etdi?
10.03.2026“Anthropic” ABŞ Müdafiə Nazirliyini məhkəməyə verib
10.03.2026Nazirlik şadlıq sarayının fəaliyyətini dayandırdı
10.03.2026C.Bezosun keçmiş həyat yoldaşı 26 milyard vəsait bağışlayıb
10.03.2026Yaxın Şərqdəki müharibə avroya zərbə vurur: İnvestorlar dollara üz tutur
10.03.2026Prezident ödənilməyən cərimənin ilk növbədə məhkumun maaşından tutulmasını təsdiqləyib
10.03.2026Özbəkistanın “fintech” şirkətinin dəyəri 2,3 milyard dollara çatdı
10.03.2026
2026-cı il üçün Bakıda ən yaxşı startaplar
10.03.2026SOCAR Xəzərdə daha bir yataqda tədqiqata başlayır
10.03.2026