"Zabrat maşınqayırma zavodu" özəlləşdirilib

Redaktor

08.01.2026 17:41
145

"Zabrat maşınqayırma zavodu" özəlləşdirilib

Bakının Sabunçu rayonundakı "Zabrat maşınqayırma zavodu" ASC-nin dövlətə məxsus səhmlərinin satışı ilə əlaqədar investisiya müsabiqəsinə yekun vurulub.

Valyuta.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, daha əlverişli şərtlər təklif etmiş "ZMZ Metal" MMC müsabiqənin qalibi elan olunub, onunla alqı-satqı müqaviləsi imzalanıb.

Müqaviləyə əsasən, investor maliyyə-iqtisadi və sosial öhdəliklərlə yanaşı, dövlət büdcəsinə 3 milyon manat köçürmək, habelə 2 il ərzində müəssisədə 7,5 milyon manatlıq İnvestisiya Proqramı icra etmək öhdəlikləri götürüb. İnvestisiya Proqramı çərçivəsində müxtəlif növ mexaniki konstruksiyaların və quraşdırma prosesində istifadə olunan detalların istehsalının təşkil edilməsi, müəssisədə ekoloji təmiz isti sinkləmə sexinin və müvafiq qurğuların quraşdırılması, yeni avadanlıqların alınması, mövcud avandanlıqların təmiri, yeni tikililərin inşası, nəqliyyat vasitələri və texnikaların alınması, infrastrukturun (elektrik enerjisi, qaz, su, kanalizasiya) təkmilləşdirilməsi nəzərdə tutulur.

İnvestisiya qoyuluşları nəticəsində müəssisədə 100 yeni iş yerinin yaradılması planlaşdırılır.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Generalın müavini təqaüdə göndərildi - Yeni təyinat

09.01.2026

Tim Kuk ötən il 74,3 milyon dollar qazanıb

09.01.2026

Azərbaycandan Biləcəri-Böyük Kəsik marşrutu ilə Ermənistana 48 vaqon neft məhsulu göndərilib

09.01.2026

Anar İsgəndərov "Şöhrət" ordeni ilə təltif edilib

09.01.2026

“Tarqovu”da ev almaq neçəyə başa gəlir?

09.01.2026

Qırmızı Ürəklər Fondunun “Bayram səbəti” aksiyası 300-dən çox ailəyə sevinc bəxş etdi ®

09.01.2026

AZAL Bakı-Tehran-Bakı reysini ləğv edib

09.01.2026

DTX xarici xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlıq edən şəxsi həbs edib

09.01.2026

Bu balığı Polşadan 2 manat 19 qəpiyə, Rusiyadan 13 manata alırıq

09.01.2026

Özəl banklara kredit qoyuluşu 1 milyard manatdan çox artıb

09.01.2026

4 investisiya şirkətinin dövriyyəsi azalıb - CƏDVƏL

09.01.2026

Audiovizual Şura üç televiziya və bir radionun yayımını müvəqqəti dayandıracaq

09.01.2026

"Nvidia" böhrana görə 5 il əvvəl buraxılmış videokartları yenidən satışa çıxaracaq

09.01.2026

Könüllü sığorta üzrə yığımlar 121 milyondan çox artıb

09.01.2026

KOBİA sahibkarlar üçün 9 istiqamətdə bazar araşdırması apardı - Nəticələr

09.01.2026

Sabahın hava proqnozu

09.01.2026

"Sertifikat işə qəbulda hər zaman üstünlük yaratmır"

09.01.2026

İşdən çıxarılan icra başçısının səlahiyyətləri ona tapşırıldı

09.01.2026

Azərbaycanda investisiya şirkəti fəaliyyətini dayandırdığını elan etdi

09.01.2026

Novxanıdakı bu restoranlarda “dəvə qutabı” menyudan çıxarıldı

09.01.2026

Məzənnə

Yüklənir...