Redaktor
"Nvidia" böhrana görə 5 il əvvəl buraxılmış videokartları yenidən satışa çıxaracaq
"Nvidia" 2026-cı ilin birinci rübündə 8 GB videoyaddaşa malik "GeForce RTX 3060" videokartlarının istehsalını bərpa etməyi planlaşdırır. Şirkət bununla yaddaş çiplərinin bahalaşması fonunda yaranmış videokart çatışmazlığı problemini həll etməyi hədəfləyir.
Valyuta.az xəbər verir ki, bu barədə ITHome portalı yazır.
Daha əvvəl istehsalın bərpası ilə bağlı şayiələr yayılmışdı, lakin hansı konfiqurasiyadan söhbət getdiyi dəqiqləşdirilmirdi. "RTX 3060" iki versiyada – 8 və 12 GB videoyaddaşla buraxılmışdı və son məlumatlara görə, məhz daha zəif, 8 GB-lıq versiya nəzərdə tutulur.
Bildirilir ki, "Nvidia" yalnız GPU çiplərini təqdim edəcək, tərəfdaşlar isə GDDR6 yaddaşı özləri ayrıca almalı olacaqlar. "GeForce RTX 3060" 2021-ci ildə təqdim edilib və hələ də "Steam" istifadəçiləri arasında ən populyar videokart olaraq qalır. Onun istehsalı 2024-cü ilin yayında dayandırılmışdı.
8 GB yaddaşa malik "RTX 3060" videokartlarının kütləvi istehsalı 2026-cı ilin birinci rübündə başlayacaq, lakin ilk məhdud partiyalar artıq yanvarın sonuna qədər satışa çıxa bilər. Gözlənilir ki, qiymətlər əvvəlki səviyyədə – təxminən 300 ABŞ dolları civarında qalacaq.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərDünyanın ən populyar avtomobili seçildi - TOP-10
09.01.2026Bu sığorta növlərində müştərilərə heç bir ödəniş edilməyib
09.01.202630 illik səssizlik pozulur: Kompüter dünyasının əfsanə markası geri qayıdır
09.01.2026Robert Kiyosaki zəngin olmaq üçün 4 gəlir növünü məsləhət görür
09.01.2026"YouTube"da yeni hesab açanları gözləyən təhlükə: Hər 5 videodan biri…
09.01.2026Azərbaycanda bu ölkələrdən gətirilən ətlər satılır - SİYAHI
09.01.2026"OpenAI" "Convogo"nun komandasını satın alır
09.01.2026Azərbaycanda bu dərmanlar apteklərdə pulsuz verilir - RƏSMİ
09.01.2026Azərbaycanda şirkət "təzə göyərti"yə görə cərimələndi - 2 milyon borcu üzə çıxdı
09.01.20262025-ci ilin ən bəxtsiz turistləri açıqlandı - İlginc hadisələr
09.01.2026Zara İbrahimzadə PAŞA Bankın Baş Direktoruna müşavir təyin olunub
09.01.2026Bəzi abidələrin siyahısına dəyişiklik edildi
09.01.2026Qabiliyyət imtahanlarına hazırlaşan abituriyentlərin nəzərinə!
09.01.2026Ən çox şikayət olunan internet provayderləri açıqlanıb
09.01.2026ETX: "Telegram" və "WhatsApp" hesabları ilə bağlı araşdırmalar davam etdirilir
09.01.2026“Microsoft” süni intellektin xərcini əməkdaşlara ödədir?
09.01.2026